Icma.az
close
up
RU
Saray körpüsü ilə bağlı son durum: Ərazidə hansı işlər görülür?

Saray körpüsü ilə bağlı son durum: Ərazidə hansı işlər görülür?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri sürətlə davam etdirilir.  

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yeni körpü 3 aşırımdan ibarət olmaqla uzunluğu 104 metr təşkil edəcək. Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur. Körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisi də nəzərdə tutulub.  

Aparılan işlər çərçivəsində Saray qəsəbəsi tərəfdən kənar və iki orta dayaqların tikintisi üzrə işlər tam olaraq yekunlaşıb (svaylar, təməllər, sütunlar, sütunlar üzərində riqellər). Həmçinin körpünün birinci aşırım hissəsinin tirləri tam şəkildə quraşdırılıb (16 ədəd, hər birinin uzunluğu 33 metr), üzərində armatur karkası toxunaraq betonlanıb. Hazırda körpünün orta aşırımı üzrə tirlərin quraşdırılması prosesi gedir (16 ədəd, hər birinin uzunluğu 28 metr) və paralel olaraq Sumqayıt şəhəri tərəfdə kənar dayağın armaturlanması və betonlanma işləri aparılır.

4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə bir metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir.  

Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən əsas yol üzərində yerləşən körpünün əhəmiyyəti nəzərə alınaraq tikinti işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb.

Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib. 

Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.

Saray körpüsü ilə bağlı son durum: Ərazidə hansı işlər görülür?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Fevral 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri