Sarayda unikal təhsil müəssisəsi: Məktəbdəki vəziyyətə aydınlıq gətirildi
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbdəki mövcud vəziyyətlə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi açıqlama verib.
Oxu.Az-ın sorğusuna cavab olaraq idarədən bildirilib ki, adıçəkilən qəsəbədə əhalinin sıx məskunlaşması ilə əlaqədar bir sıra ümumi təhsil müəssisələrində şagird sıxlığı müşahidə olunur.
"Hazırda qəsəbədə yerləşən 3 nömrəli tam orta ümumtəhsil məktəbində 2 067 şagird təhsil alır və tədris prosesi üç növbədə təşkil olunur.
Mövcud çətinliklərin aradan qaldırılması məqsədilə əlavə inventarların sifariş edilməsi, həmçinin məktəbdə daxili təmir işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilib. Tədris prosesinin fasiləsiz və səmərəli təşkili məqsədilə mövcud standartlar nəzərə alınmaqla müvafiq addımlar atılır.
Qeyd edirik ki, ümumi təhsil müəssisəsində yay aylarında müəyyən təmir işləri aparılıb. Məktəb binasının cari təmir edilməsi ilə bağlı məsələ qeydiyyata götürülüb.
Bildiririk ki, ümumi təhsil müəssisələrinin təmiri və tikintisi mövcud ehtiyaclar nəzərə alınmaqla növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir", - deyə məlumatda bildirilib.
16:40
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbdəki mövcud vəziyyət valideynlər arasında narazılıq yaradıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş şikayəti daxil olub.
Valideyn iddia edir ki, təxminən iki min şagird üçün nəzərdə tutulan məktəbdə hazırda altı minə yaxın şagird təhsil alır. Dərslərin arzuolunmaz şəkildə təşkili ilə yanaşı, məktəbin ümumi vəziyyəti də qənaətbəxş deyil.
"İki min şagirdin təhsil alması üçün nəzərdə tutulan məktəbə altı min insanı sığışdırıblar. Qızım bəzən axşam saat 7-də evə gəlib çıxır. Müəllimlərə deyəndə ki, uşaq vaxtında gəlsin, cavabları bu olur: "Uşaq çoxdur, sıxlıqdır, başqa cür alınmır", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Baxış sayı:140
Bu xəbər 05 Oktyabr 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















