Icma.az
close
up
RU
Sarayevoda Əlyazmalar İnstitutu ilə Tarsus Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Sarayevoda Əlyazmalar İnstitutu ilə Tarsus Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 sentyabr, AZƏRTAC

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda “II Beynəlxalq Anadolu Akademik Araşdırmalar Simpoziumu” təşkil olunub.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Dəyişən dünyada Balkanlar: çoxölçülü yanaşmalar və fənlərarası perspektivlər” mövzusunda təşkil olunan beynəlxalq elmi tədbir müxtəlif elm sahələri üzrə tədqiqatçıları, alimləri və mütəxəssisləri bir araya gətirib.

Simpoziumun əsas məqsədi müxtəlif akademik istiqamətlər arasında elmi dialoqun inkişaf etdirilməsi, müasir tədqiqat nəticələrinin təqdim olunması, beynəlxalq elmi və akademik əməkdaşlıq imkanlarının genişləndirilməsi olub. Beynəlxalq Sarayevo Universitetinin ev sahibliyi etdiyi simpoziumda Əlyazmalar İnstitutunun əməkdaşları əyani və onlayn formatlarda iştirak ediblər.

İnstitutun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini dosent Xatirə Yusifova simpoziumda “XIX–XX əsrlərin əvvəllərində Osmanlı və Balkanlarda fəaliyyət göstərən Azərbaycanəsilli şairlərin ədəbi irsinin Azərbaycana transferi: nəşr tarixi və dil məsələləri” mövzusunda məruzə təqdim edib. Məruzədə həmin şairlərin yaradıcılıq irsinin Azərbaycana ötürülməsi və elmi dövriyyəyə daxil edilməsi məsələləri araşdırılıb, ədəbi irsin nəşr tarixi, mətnlərin yayılma və ötürülmə yolları, dil xüsusiyyətləri, eləcə də Azərbaycan-Osmanlı-Balkan ədəbi-mədəni əlaqələri kontekstində əhəmiyyəti diqqətə çatdırılıb.

Əlyazmalar İnstitutu Sarayevoda Türkiyədən 17 olmaqla, ümumilikdə 25 universitetin rektor və nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə də təmsil olunub. Görüşdə dosent X.Yusifova Əlyazmalar İnstitutunun tarixi, elmi fəaliyyət istiqamətləri, əlyazma irsinin qorunması və tədqiqi, rəqəmsallaşdırılması, habelə beynəlxalq əlaqələri barədə məlumat verib. O, həmçinin institutun təhsil və akademik əməkdaşlığın inkişaf etdirilməsinə verdiyi önəmdən, xarici universitet və elmi-tədqiqat müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi perspektivlərindən bəhs edib.

Beynəlxalq elmi tədbir çərçivəsində mühüm əməkdaşlıq addımlarından biri də Türkiyənin Tarsus Universiteti ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlıq memorandumunun imzalanması olub. Memorandum tərəflər arasında elmi və akademik əlaqələrin genişləndirilməsini, birgə tədqiqatların və elmi layihələrin həyata keçirilməsini, elmi təcrübə mübadiləsini, konfrans, simpozium və digər akademik tədbirlərin təşkilini təşviq etməyi nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri