“Sarı vərəqə “Sabah”ın futbolçusuna göstərilsəydi…”
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Sumqayıt” Misli Premyer Liqasının XII turunda “Sabah”a uduzub – 1:5. “Kimyaçılar”da birinci hissədə qırmızı vərəqə alan Lukas Blek matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı:
– “Sabah”a məğlubiyyəti necə şərh edərdin?
– Təəssüf ki, oyunun böyük hissəsini 10 nəfərlə keçirməli olduq. Bu da rəqiblə bərabər səviyyədə mübarizə aparmağı çətinləşdirdi. Amma 11 nəfərlə oynadığımız müddətdə komandamız yaxşı performans nümayiş etdirirdi.
– Qısa vaxt ərzində iki sarı vərəqə aldın və komandan azlıqda qaldı. Həmin epizodu necə şərh edərdin?
– Komandamın oyununa mənfi təsir göstərdim. Amma düşünürəm ki, hakim qərar verərkən heç də uğurlu olmadı. İkinci sarı vərəqəni heç düşünmədən göstərdi. İnanıram ki, əks vəziyyət olsaydı və sarı vərəqə “Sabah”ın futbolçusuna göstərilsəydi, onu meydandan qovmazdı. Amma bu da futbolun bir parçasıdır, belə hallar olur.
– Hakimlər adətən belə epizodlarda o qədər də sərt qərar vermirlər. Səncə, hakimin “qırmızı”sı həddindən artıq ağır deyildi?
– Bəli, qeyd etdiyim kimi, hakim ikinci sarı vərəqəni göstərməkdə bir qədər tələsik davrandı.
– Oyundan sonra komanda yoldaşlarından üzr istədinmi?
– Bəli, bu, komandamıza mənfi təsir göstərdi. İlk hissədən etibarən bir futbolçu azlıqda oynamaq məcburiyyətində qaldıq. Komanda yoldaşlarımdan üzr istədim, bəziləri ilə ayrıca söhbət də etdim. Təəssüf ki, belə hallar baş verir və futbolun bir parçasıdır.
– Cəzan səbəbindən “Qarabağ”la növbəti oyunu buraxacaqsan. Komandalar arasındakı ilk görüşdə ən yaxşı futbolçulardan biri idiniz. Bu dəfə matçı kənardan izləməli olacaqsınız. Bu vəziyyət sizə psixoloji cəhətdən necə təsir edir?
– Mümkün olduğu qədər hər oyunda komanda yoldaşlarıma kömək etmək istəyirəm. Heç kim ehtiyatda qalmağı və ya oyunu kənardan izləməyi sevmir. Təəssüf ki, bu dəfə matçı izləməli və komanda yoldaşlarımın qələbə qazanması üçün onlara daha çox dəstək olmalıyam.
Komandama zərər vurduğumu hiss edirəm, amma dediyim kimi, bu hadisənin məni ruhdan salmasına imkan verə bilmərəm. Futbolda belə hallar baş verir. Əlbəttə, heç birimiz bunun yaşanmasını istəmirik, amma belə hallarla qarşılaşa bilərik.
Əmin ola bilərsiniz ki, “Sumqayıt”a hər zaman, hansı formada olursa-olsun, kömək etmək istəyirəm!
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 Noyabr 2026 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















