Bakıda doğulan, Şuşanı işğal edən erməni general ÖLDÜ
Icma.az, Modern.az saytına istinadən bildirir.
Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı Leonid Martirosov ölüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Leonid Martirosov 1939-cu ildə Bakıda anadan olub. O, 1961-ci ildə Tbilisi Ali Artilleriya Hərbi Məktəbini, 1975-ci ildə isə Leninqrad Hərbi Artilleriya Akademiyasını bitirib.
Martirosov 1961–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Zaqafqaziya və Orta Asiya hərbi dairələrində, eləcə də Şərqi Almaniyada yerləşən sovet qoşun qrupunda xidmət edib. Həmin dövrdə briqada komandirinin müavini, briqada komandiri, Zaqafqaziya Hərbi Dairəsinin 4-cü ordusunun qərargah rəisi vəzifələrində çalışıb.
1988–1992-ci illərdə Ermənistan Müdafiə Komitəsinin əməliyyat şöbəsinin baş zabiti, 1992–1993-cü illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsi rəisinin müavini, 1993–1997-ci illərdə isə həmin idarənin rəisi olub.
L.Martirosov 1991–2000-ci illərdə Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi – Baş Qərargah rəisinin müavini, 2000–2014-cü illərdə isə Ermənistanın baş hərbi müfəttişinin birinci müavini vəzifələrində işləyib.
O, Ermənistanın sərhədyanı ərazilərində və Azərbaycanın Qarabağ bölgəsinin müxtəlif ərazilərində, o cümlədən Şuşanın işğalda iştirak edib.
"Şuşa və Ağdərə uğrunda döyüşlərdə aktiv iştirak etmişəm”,-deyə Martirosov işğal dövründı mətbuata açıqlamasında bildirmişdi. O, məhz Şuşa əməliyyatındakı aktiv yoluna görə general-mayor rütbəsi almışdı.
2014-cü il noyabrında Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanın sərəncamı ilə Ermənistan Hərbi İnspeksiya İdarəsi rəisinini birinci müavini, general-leytenant Leonid Martirosov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 24 Noyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















