Icma.az
close
up
RU
Şəhid vəsiyyəti:“Büküldüyüm bayrağı oğluma verərsən”...

Şəhid vəsiyyəti:“Büküldüyüm bayrağı oğluma verərsən”...

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şanlı qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazılan mübarizə yolunda Vətənin hər bir guşəsindən olan mərd oğullar ön cəbhəyə atılaraq torpaqlarımızın azadlığı uğrunda misilsiz fədakarlıq göstərdilər. Hərbi anda son nəfəsinədək sadiq qalan, döyüş meydanında göstərdiyi şücaətlə adını xalqımızın yaddaşına əbədi həkk edən qəhrəmanlarımızdan biri də şəhid Musa Tapdıq oğlu Həsənovdur. Musa 24 noyabr 1995-ci ildə Mingəçevirdə doğulub. Orta məktəbi başa vurduqdan sonra Musa əvvəlcə Mingəçevir Texniki liseyinin, sonra isə Mingəçevir Turizm Kollecinin məzunu olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra qida sektorunda çalışmağa başlayıb.

21 sentyabr 2020-ci ildə hərbi vəzifəlilərin təlim toplantısına çağırılıb. Musa təlim toplantısına gedərkən ailəsiylə görüşə bilmir. Çünki çağırış gələndə iş yerində olur və son olaraq da müdiriylə görüşüb gedir. Hətta müdirinə gülümsəyərək, zarafatla "deyəsən, mən getməsəm, bu torpaqlar alınmayacaq" - deyir. Musa Tapqaraqoyunlu, Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib. Ailəsiylə son danışığı sentyabrın 28-də olub. Sentyabrın 29-u Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Nəşi isə noyabrın 4-də neytral ərazidən çıxarılaraq ailəsinə təhvil verilib, elə həmin gün dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən III dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Suqovuşanın azad olunmasına görə", “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Musanın doğma qardaşı Tural da Vətən müharibəsinin şəhididir. Musa şəhid olduqdan bir neçə gün sonra Tural da Suqovuşan istiqamətində şəhidlik zirvəsinə yüksəlib. Şəhidimizin 2 övladı Vətənə əmanət qalıb.Vətən yolunda iki oğlunu şəhid verən Nəhayət ana oğulları barədə danışarkən deyir ki, oğullarının ikisi də bir gündə müharibəyə gedib: "Balalarım bir-birindən xəbərsiz şəhid oldular. Musa Turaldan qabaq şəhid olmuşdu. Təsəllim Tural idi. Musanın qırxı çıxandan sonra Turalım da şəhid oldu. Onun da yeddisini dünən verdik. Mən anayam, bir təhər dözürəm, amma 80 yaşlı ataları bu dərdə dözə bilmir, hər gün ağlayır, təsəlli verirəm ki, oğullarımızın hərəsinin iki balası qalıb. Biz onları da böyütməliyik. Turalla sentyabrın 30-da axırıncı danışığım oldu. Dedi ki, "Musadan çox narahatam, bir xəbər varmı?" Dedi, "Ana, biz sabah Suqovuşan uğrunda müharibəyə çıxırıq, zəng etməsəm, narahat olmayın". Amma daha sonra ondan səs çıxmadı. Son dəfə müharibəyə yola düşəndə yoldaşına deyib ki, "Bilirəm ki, bu döyüşdə şəhid olacağam. Mənim büküldüyüm bayrağı oğluma verərsən"...

İki oğul, iki şəhid anası sözünə davam edir: "Oğullarım oxumuş, təhsilli idilər. Hər ikisi əvvəlcə Mingəçevir Texniki liseyin, sonra isə Mingəçevir Turizm kollecinin məzunu olublar. Musanın 25 yaşını Şəhidlər Xiyabanında qeyd etdik. Turalın da 27 yaşı vardı. Döyüş yoldaşları deyir ki, Tural çox ağır yaralanmışdı, son sözü bu olub: “Balalarım mənsiz yaşaya bilməyəcəklər”. O, balalarını çox sevirdi, onlar üçün hər zaman narahat idi. Ailəyə çox bağlı idi. Noyabrın 4-də xəbər gəldi ki, Tural BTR-də yanıb, şəhid olub. Ümidlərim hamsı puca getdi. Mən vətən üçün oğul böyütmüşdüm, Vətən sağ olsun! Onlar da həmişə deyirdilər ki, biz vətən üçün yaranmışıq. Amma ən böyük dərd bir ayda ananın üstünə iki tabut gəlməsi imiş, çox böyük dərddir. İki oğul Turalındır, iki qız da Musanın, indi bizim təsəllimiz onlardır”.

Turalın az yaşlı uşaqları atalarının şəkilinə baxaraq, “atam gələcək” - deyirlər. Şəhidlərin atası Tapdıq Həsənov deyir ki, "Nə yaxşı, bu balacalar var. Başımı onlarla qatıram. Hər dəfə şəkli göstərib, məndən atalarını soruşurlar"...

Müşfiq MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see288

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see285

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see281

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see265

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see255

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see251

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see240

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see236

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see235

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see234

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see222

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see221

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see220

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see220

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see216

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see211

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see209

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see206

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see201

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri