Sarıbaşda qar örtüyünün hündürlüyü 18 santimetrə çatıb FAKTİKİ HAVA
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabrın 28-i saat 09:00-a olan faktiki hava açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında çiskinli, yağıntılı hava şəraiti hökm sürür. Əvvəlcədən xəbər verildiyi kimi, bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur.
Belə ki, Balakən-Şəki zonasında 13-26 mm, Naxçıvan MR-də 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində 2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntı qeydə alınıb.
Dağlıq ərazilərə qar yağıb, yağan qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda 11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsən, Şahdağda 20 m/s, Mingəçevirdə 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.
Göygöl, Qax, Balakən, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Göyçay, Lerik, Qobustanda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-də 6, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 28 Noyabr 2024 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















