Şarl Boli zədələnmədən meydanı tərk edib?
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
“Araz-Naxçıvan” - “Omoniya” oyununun 25-ci dəqiqəsində qəfil meydanı tərk edən Şarli Boli doğrudanmı zədələnmişdi?
Epizoda baxanda həkimin gəldiyi görünmür, birdən-birə futbolçu adi epizodda yerə yıxılaraq öz istəyi ilə əvəzlənir. Əvvəldən zədəli idi, yoxsa meydanda zədələndi? Zədələndisə, tibbi yardım almaq əvəzinə niyə paltardəyişmə otağına qaçdı? Bəlkə təbii ehtiyaclarını ödəmək istəyirmiş?
Klubun mətbuat katibi Mahal Məmmədov “Football-plus.az”a belə cavab verdi:
“Elə zədə olur ki, futbolçu oynaya bilməyəcəyini anlayır. Əvvəldən zədəsi yox idi. Saat 6-da MRT-dən keçəcək, hər şey bəlli olacaq. Həkimdən soruşdum, dedi ki, ciddi zədə deyil. Bazar ertəsi komanda ilə məşqlərə qoşulub Kiprə yollana biləcək”.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 10 Avqust 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















