Icma.az
close
up
RU
Şarl Mişelin sülh mesajı

Şarl Mişelin sülh mesajı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Aİ-nin sabiq prezidenti Zəngəzur dəhlizinin regiona sabitlik gətirəcəyinə inanır

Ermənistan–Azərbaycan münaqişəsinin ilk dövrlərində bir sıra beynəlxalq təşkilatlar və xarici ölkələrin dövlət başçıları tərəfindən qan tökülməsini dayandırmaq üçün bəzi təşəbbüslər irəli sürülmüşdü. Bu təşəbbüslər əsasında müxtəlif görüşlər keçirilmiş, müzakirələr aparılmışdı.

1992-ci ilin əvvəlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırkı ATƏT – S.H.) prosesə cəlb olunmasından, onun Minsk qrupunun yaradılmasından sonra məlum təşəbbüslərin sayı azaldı. Minsk qrupu sülh prosesini, necə deyərlər, öz inhisarına aldı. Qrupun fəaliyyətinin xarakteri barədə nə isə yazmağa ehtiyac duymuruq. Çünki proses Azərbaycan xalqının gözləri önündədir və ona bəllidir.

Sülh prosesinin səmərəsizliyi, Minsk qrupu həmsədrlərinin öz maraqlarından çıxış etmələri, status-kvonu möhkəmləndirmək istəyi, Ermənistanın bir qarış torpağı da danışıqlar yolu ilə geri qaytarmaması İkinci Qarabağ müharibəsinə gətirib çıxardı. Nəticədə, Azərbaycan dövləti və xalqı özü gücü hesabına 30 ilə yaxın davam edən işğal faktını aradan qaldırdı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bundan sonra prosesdə sanki bir boşluq yarandı.

Hər bir məsələyə dair sərrast fikirləri, doğru-düzgün dəyərləndirməsi ilə seçilən Prezident İlham Əliyev 2025-ci il avqustun 26-da Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalında yayımlanan müsahibəsində bu barədə bildirib: “Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Qeyd etdiyim kimi, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur”.

Qeyd etdiyimiz həmin boşluq dönəmində yeni bir format yarandı ki, bu da şərti olaraq “Brüssel formatı” adlanır. O dövrdə Rusiya yenə də prosesdə aparıcı rol oynamağa çalışırdı. Hamının yaxşı xatirindədir ki, müharibənin başa çatmasından sonra Azərbaycan və Rusiya prezidentləri, Ermənistan Baş naziri arasında ilk üçtərəfli görüş 2021-ci il yanvar ayının 11-də Moskvada keçirilmişdi. Hətta Rusiyanın vasitəçiliyi ilə regionda kommunikasiyaların açıqlması, iqtisadi əlaqələrin qurulması ilə məşğul olmaq üçün baş nazirlərin müavinlərinin iştirakı ilə üçtərəfli İşçi Qrupu da yaradılmışdı.

Ancaq qeyd etdiyimiz kimi, Rusiya ilə bərabər 2021-ci ildən iki ölkə arasında Avropa İttifaqının vasitəçiliyi ilə “Brüssel formatı” adlanan danışıqlar prosesi də başladı. Bu format çərçivəsində ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutdu. Bununla Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin də əsası qoyuldu. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparıldı, telefon danışıqları gerçəkləşdi. Həmin ilin noyabrında Brüsseldə təşkil olunan görüşdə kommunikasiyaların açılması, Zəngəzur dəhlizi mövzusu artıq gündəliyə salınmışdı. Sonrakı görüş və müzakirələrin xronologiyası belədir: 2022-ci ilin aprelində ikinci, həmin ilin may ayında üçüncü, avqustda dördüncü görüş keçirildi. Bu görüşlərin hamısında humanitar məsələlər, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının qarşılıqlı açılması və təbii ki, sülh sazişinin hazırlanması müzakirəyə çıxarılmışdı.

Ermənistan–Rusiya münasibətlərinin korlanması, İrəvanın Rusiyadan uzaqlaşması və Qərbə yaxınlaşması fonunda Brüsselin vasitəçiliyinin əhəmiyyəti daha da artmış və sülh sazişinin imzalanması ətrafında müzakirələr daha da ciddiləşmişdi. Təsadüfi deyil ki, 2022-ci ilin aprelində keçirilən görüşdə iki ölkə birgə sərhəd komissiyasının yaradılmasına, oktyabrın 7-də Praqada Avropa Siyasi Birliyinin sammmiti çərçivəsində keçirilən görüşdə isə tərəflər bir-birinin ərazi bütövlüyünün tanınması və Aİ müşahidə missiyasının sərhəddə yerləşdirilməsinə razılaşdı.

Lakin sonradan baş verən bəzi hadisələr ölkəmizin Brüssel formatında keçirilən görüşlərdə iştirakdan rəsmi şəkildə imtina etməsinə gətirib çıxardı. Prezident İlham Əliyev noyabrın 25-də Bakıda “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda dekabrın 7-nə planlaşdırılan Brüssel sammitinə qatılmayacağını bildirdi. Dövlətimizin başçısı buna səbəb kimi noyabrın 15-də Fransa Senatının Azərbaycana qarşı sanksiya çağırışını və Emmanuel Makronun müsahibəsində Azərbaycan əleyhinə fikirlərini göstərdi. 2023-cü ilin may və iyul aylarındakı görüşlərdə iştirak edən Azərbaycan haqlı olaraq bu formatda oktyabr ayına planlaşdırılan daha bir görüşə – Qranada görüşünə qatılmaqdan imtina etdi.

Bununla da Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Ermənistan arasındakı 2023-cü ilin iyulunda son görüş oldu və bundan sonra Aİ-nin vasitəçiliyi sonlandırıldı. Əvəzində Azərbaycan Ermənistanla münasibətləri regional formatlarda və ya iki tərəfli danışıqlarda həll etməyi təklif etməyə başladı. Məlumdur ki, bu format özünü doğrultdu və onun kulminasiya nöqtəsi avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanması oldu. Bununla belə Aİ-nin, onun sabiq rəhbəri Şarl Mişelin iki ölkənin mövqelərinin yaxınlaşması prosesindəki rolu, əhəmiyyəti qeyd edilməlidir.

***

Sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən görüşlərdə iştirak edən Şarl Mişel Azərbaycan mediasına açıqlamasında deyib: “Bir neçə il bundan əvvəl Azərbaycan və Ermənistan üçün bir-birini daha yaxşı başa düşmək və məkan tapmaq son dərəcə çətin idi. Mən Brüssel formatı ilə əlimdən gələni etməyə çalışmışam”.

O, bildirib ki, Brüsseldə Azərbaycanla Ermənistanın danışıqlar aparması üçün bır sıra fürsətlər baş tutub: “Bəzən çox çətin idi, çünki fikir ayrılığı var idi. Amma mən hiss etdim ki, irəliləyiş əldə etmək və sülh sazişinə doğru müəyyən addımlar atmaq üçün iradə var. Mən çox şadam ki, bu addımlar atılır. Bilirəm ki, hələ bəzi çətinliklər var, amma ərazi bütövlüyünü möhkəmləndirmək, qarşılıqlı suverenliyin tanınmasını təmin etmək üçün çalışmaq vacibdir. Qarşılıqlı əlaqə çox vacib məsələdir, çünki uzunmüddətli perspektivdə iqtisadi layihələr nə qədər çox olarsa, investisiyalar da bir o qədər artacaq. Mən çox şadam ki, bizim Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlara kömək etmək üçün bəzi fürsətlərimiz olub. Ümid edirəm ki, gələcəkdə bu irəliləyişləri möhkəmləndirmək mümkün olacaq”.

Aİ Şurasının sabiq rəhbəri Zəngəzur dəhlizinin açılmasının iki ölkə arasında sabitliyin möhkəmlənməsinə və sülh sazişinin həyata keçirilməsinə təkan verəcəyini deyib. Onun sözlərinə görə, dəhliz Avropa İttifaqı ilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında bağlantı yaradacaq.

Politoloq İlyas Hüseynov XQ-yə bildirdi ki, Şarl Mişelin fikirləri Aİ-nin bölgədəki proseslərdə hələ də rol oynamaq istədiyini və vasitəçiliyi davam etdirmək niyyətində olduğunu göstərir. Onun sözlərinə görə, Mişel diqqəti məhz suverenliyin tanınması və ərazi bütövlüyünün möhkəmləndirilməsi üzərində cəmləşdirir ki, bu da Azərbaycanın maraqları ilə üst-üstə düşür: “Açıqlamada diqqət çəkən digər məqam iqtisadi əməkdaşlığın vacibliyinə dair fikirlərdir. Şarl Mişel qeyd edir ki, qarşılıqlı əlaqələrin artması, sərhədlərin açılması və layihələrin həyata keçirilməsi uzunmüddətli sülhün təmin edilməsində əsas şərtlərdəndir. Bu, Avropanın yanaşmasına tam uyğun gəlir – yəni siyasi sabitliyin iqtisadi inteqrasiyanın nəticəsi kimi formalaşdırılması”.

Ekspertin fikrincə, Ş.Mişelin Zəngəzur dəhlizinə dair fikirləri isə strateji əhəmiyyət kəsb edir: “O, dəhlizin yalnız Azərbaycan–Ermənistan münasibətlərinə deyil, həm də Avropa İttifaqı ilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında bağlantıların gücləndirilməsinə xidmət edəcəyini bildirdi. Əslində, Aİ üçün bu layihə enerji təhlükəsizliyi və nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından mühüm fürsət hesab olunur. Azərbaycan da artıq regional nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir və Zəngəzur dəhlizi bu mövqeyi daha da möhkəmləndirə bilər. Mişelin sözləri göstərir ki, Aİ bu layihəni yalnız iki ölkənin münasibətlərinin normallaşması üçün deyil, bütövlükdə Avrasiya məkanını birləşdirən strateji körpü kimi görür. Nəticə etibarilə, Aİ Şurasının sabiq rəhbərinin açıqlamaları həm Azərbaycan üçün diplomatik üstünlük, həm də region üçün yeni perspektivlərin mesajlarıdır. Ərazi bütövlüyünün tanınması və qarşılıqlı suverenliyin təmin olunması fonunda iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi gələcək sülh sazişinin real zəminə çevrilməsinə xidmət edə bilər”.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see309

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see307

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see259

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see256

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see252

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see237

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see233

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see232

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see224

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see215

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see213

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see207

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see205

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see200

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see198

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see198

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see195

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see188

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see186

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri