Icma.az
close
up
RU
İnsanların səbri azalıb, internet çağırışları psixologiyanı dəyişir EKSPERT

İnsanların səbri azalıb, internet çağırışları psixologiyanı dəyişir EKSPERT

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Sosial şəbəkələr ailədaxili zorakılığı artıran əsas faktora çevrilib

Ailədaxili zorakılıq və partnyor münasibətlərində baş verən cinayətlər qadın təhlükəsizliyi ilə bağlı beynəlxalq narahatlığı daha da artırır. BMT-nin açıqladığı son statistika isə problemin miqyasını bir daha ortaya qoyub.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunu (WUF13) çərçivəsində təşkil olunan tədbirdəki çıxışında bildirib ki, 2024-cü ildə dünyada qadın və qız qətllərinin 60 faizi partnyorlar və ya ailə üzvləri tərəfindən törədilib: “Bu, son dərəcə ciddi göstəricidir. Risk xüsusilə böhran dövrlərində daha da artır. Biz bunu pandemiya zamanı açıq şəkildə gördük. Gender həssas siyasətlər mövcud olsa da, onlar çox vaxt ən həssas qadın qruplarına çatmır. Qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan qadınlar, yerli icmaların nümayəndələri, əlilliyi olan qadınlar, post-böhran şəraitində yaşayan və trans qadınlar daha böyük risk altındadır”.

Anaklaudia Rossbax vurğulayıb ki, UN-Habitat-ın 2023–2029-cu illəri əhatə edən Strateji Planında hər kəs üçün adekvat mənzil təminatı əsas prioritetlərdən biridir və burada gender bərabərliyi ilə qadın və qızların gücləndirilməsinə xüsusi diqqət ayrılır:

“Mənzil siyasətlərini formalaşdıran qadın merlər, qadın nazirlər və qadın rəhbərlər olmalıdır. Buna görə qadın və qızları gücləndirən iştirakçı idarəetmə mexanizmlərinə diqqət yetiririk. Qadınlarla bağlı mənzil statistikasının əksər ölkələrdə yetərsiz olması ciddi problemdir və beynəlxalq öhdəliklərlə milli səviyyədə icra arasında böyük fərq qalır”.

İndi bütün dünyada həyat tərzinin dəyişdiyini vurğulayan sosioloq Mətanət Məmmədova Sherg.az-a bildirib ki, insanların səbri, dözümlülüyü azalıb. Hər kəs üçün əlçatan olan internet resurslardakı çağırışlar insanların düşüncəsini başqa istiqamətlərə yönəldir. Sosioloqun fikrincə, bu çağırışları hər zehniyyət eyni cür qəbul etmir:

“Burada təqdim olunan həyat tərzi, zəngin yaşayış, sevgililərin partnyorlarına aldıqları bahalı hədiyyələr, onlarla birlikdə dünya turlarına çıxması kimi görüntülər insanların, xüsusilə qadınların düşüncəsinə mənfi təsir edir. İstəklər, arzular artır, həyat səviyyəsini aşır. Belə olan təqdirdə ailələrdə çoxsaylı problemlər yaranır və bu problemlər zorakılıqla nəticələnir. 

Eyni zamanda bildiyimiz kimi, bu gün bütün dünyada işsizlik problemi var. Kişi yaxşı pul qazana, ailəsini dolandıra bilmir. Çoxsaylı istəklər qarşısında başı aşağı olur. Belə olan təqdirdə isə əsəbilik, səbrsizlik yaranır. Adi bir söz belə insanı təbindən çıxarır, özündən asılı olmayaraq həyat yoldaşına və ailə üzvlərinə qarşı zorakılıq tətbiq edir.

Böhran və pandemiya dövrü tək qadınlar üçün deyil, kişilər, uşaqlar üçün və çətin dövrdür. Adından da bəlli olduğu kimi, böhran və ya pandemiya, yəni insan hər hansı çətinliklə, xəstəliklə mübarizədədir. Belə olan təqdirdə, üstəgəl də sosial qayğıların olması, yersiz istəklər, əlbəttə, tək qadınlara, uşaqlara qarşı deyil, qadınların da kişilərə qarşı zorakılığı ilə nəticələnir. 

Qeyri-rəsmi yaşayış yerlərində yaşayan, həm də əlilliyi olan qadınlar üçün bu həyat tərzi olduqca çətindir. Çox sevindirici haldır ki, bu, bizim ölkə üçün spesifik hal deyil. Çünki bizim dövlətimiz insan amilinə dəyər verir, sosial qayğıya ehtiyacı olan, əlililik dərəcəsi olan şəxslər dövlət tərəfindən xüsusi qayğı əhatəsindədir”. 

M. Məmmədova bildirib ki, xanım Rossbaxın qadınların zorakılığı ilə bağlı söylədiyi fikirlər bəzi dünya dövlətlərinin statistik göstəriciləridir: “Qadınların zorakılıqdan qorunması ilə bağlı ölkəmizdə xüsusi mexanizmlər var. Bu mexanizm dövlətin diqqətindədir, hər an yenilənir, daha üstün qanunlarla tənzimlənir. Azərbaycanda gender bərabərliyi tam şəkildə qorunur, qadınların mənzil təminatı isə onlarla ölkələrlə müqayisədə xeyli yaxşıdır. 

UN-Habitat-ın 2023–2029-cu illər üzrə Strateji Planında gender bərabərliyi və qadınların mənzil təminatını əsas prioritet hesab etməsi hər kəs tərəfindən yüksək qiymətləndirilir. Lakin bu, elə bir qlobal məsələdir ki, çoxsaylı ölkələrin həmrəyliyi ilə reallaşa bilər. Xüsusilə qadınların mənzil təminatı asanlıqla reallaşacaq məsələ deyil. Bunun üçün WUF kimi tədbirlərdə təşəbbüslər qaldırılmalıdır. Belə olarsa, bu məsələ yaxın gələcəkdə müəyyən qədər həllini tapmış olar.

Ümumilikdə isə insan cəmiyyəti varsa, hər hansı səbəbdən zorakılıq da olacaq. Nəzərə alsaq ki, insanlar arasında narkoman, alkoqol, psixoloji vəziyyəti yerində olmayan, kasıb səviyyədə yaşayan, ehtiyac içərisində güzəran keçirən, boş çağırışlara uyan insanlar var, bütün bunlar zorakılığı hər zaman “var” edəcək. Bu səviyyələri azaltmaq, mübarizə və maarifləndirmə aparmaq zorakılıqdan qorunma məsələsində müsbət nəticə verə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri