Icma.az
close
up
RU
Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?

Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarına dəyişikliklər edilməsi ilə məcburi sosial sığorta üzrə ödənilən müavinətlərin hesablanması qaydaları da dəqiqləşdiirlib. 

İqtisadçı ekspert Anar Bayramov əsas və əlavə iş yerlərində çalışan, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə müavinətin hesablanması meyarlarını  şərh edib.

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 2.11-ci bəndinə əsasən, sığortaolunan əsas iş yeri ilə yanaşı, əlavə iş yerində (yerlərində) də muzdlu işə aid olan fəaliyyətdən gəlir əldə etdikdə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda, qalan günlər üçün isə sığortaolunanlara sığortaçı tərəfindən onun ümumi qazancı əsasında hesablanır və ödənilir.

Nazirlər Kabinetinin 189 saylı qərarının əvvəlki redaksiyasında da əsas və əlavə iş yerləri olduqda ilk 14 təqvim günü üzrə müavinətin ayrıca hesablanması nəzərdə tutulurdu. Lakin son dəyişikliklərdən sonra mexanizm daha dəqiq müəyyən olunub:

- İlk 14 təqvim günü üzrə hər bir işəgötürən öz iş yerində olan qazanc əsasında müavinəti ayrıca hesablayır və ödəyir;

- 14 gündən artıq olan hissə üzrə isə hesablanma artıq işçinin əsas və əlavə iş yerləri üzrə ümumi qazancı əsasında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılır.

Misal 1: İşçi həm əsas, həm də əlavə iş yerində çalışır və 20 gün müddətinə əmək qabiliyyətini müvəqqəti itirib. Bu halda ilk 14 təqvim gününə görə əsas iş yeri üzrə müavinət həmin iş yerindəki qazanc əsasında ayrıca hesablanır. Eləcə də əlavə iş yeri üzrə müavinət də həmin iş yerindəki qazanc əsasında ayrıca hesablanır. Yəni, iki işəgötürən öz payına düşən məbləği ayrıca ödəyir.

İşçi əmək qabiliyyətini 14 gündən çox, yəni, 20 gün müddətinə itirdiyi üçün sığortaçı olan DSMF tərəfindən ödənişlər həyata keçirilməlidir. Beləliklə, 6 gün (20 gün – 14 gün) üzrə müavinət artıq işçinin bütün iş yerləri üzrə ümumi qazancı nəzərə alınmaqla Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanır və ödənilir.

Bəs işçi həm də fərdi sahibkarlıqla məşğul olduğu halda müavinət necə hesablanacaq?

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 2.12-ci bəndinə əsasən, əsas iş yerindən əlavə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət bu Qaydanın 2.11-ci bəndinə əsasən, lakin ilk 14 təqvim günü üçün yalnız əsas iş yeri üzrə sığortaedən tərəfindən hesablanır və ödənilir.

Maddənin tələbindən göründüyü kimi, əgər şəxs həm muzdlu işçi kimi çalışır, həm də fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, bu halda müavinətin hesablanmasında fərqli yanaşma tətbiq edilir.

Birinci mərhələdə - əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət yalnız əsas iş yeri üzrə hesablanır və işəgötürən tərəfindən ödənilir. Bu mərhələdə fərdi sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir nəzərə alınmır.

14 təqvim günündən artıq olan hissə üzrə isə hesablanma artıq 2.11-ci bəndə uyğun qaydada həyata keçirilir. Yəni, bu zaman ümumi qazanc məsələsi aktuallaşa bilər.

Misal 2: İşçi əsas iş yerində çalışır və eyni zamanda fərdi sahibkar kimi tərcümə xidməti göstərir. Əgər işçi əmək qabiliyyətini 10 gün müddətinə müvəqqəti itirərsə, bu halda müavinət yalnız əsas iş yeri üzrə işəgötürən tərəfindən hesablanacaq və ödəniləcək. Əgər işçi 20 gün müddətinə əmək qabiliyyətini müvəqqəti itirərsə, ilk 14 gün üzrə müavinət əsas iş yeri üzrə ödəniləcək, 14 gündən artıq olan 6 gün üzrə isə hesablanma artıq Qaydanın 2.11-ci bəndinə uyğun olaraq həyata keçiriləcək. (Vergiler.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://banco.az
archiveBu xəbər 08 İyun 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri