Saşa İliç texniki qələbə haqda: Rəsmi məlumat yoxdur, nəsə demək olmaz
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Meydança çox pis vəziyyətdəydi. Bu da bizim üçün problemlər yaratdı. Bəzi səhvlərimiz oldu və qol buraxdıq. Bizim daha yaxşı komandamız var. Sadəcə bəxtimiz də gətirmədi".
Sportal.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 4-cü turunun “İmişli” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Texniki qələbə münasibəti ilə rəqibi təbrik etmək olar?
- Rəsmi məlumat yoxdur. Nəsə demək olmaz.
- Paytaxtdan ilk dəfə bölgəyə çıxdınız. Qubadakı ab-hava necə idi? Bu cür təbii örtüklü meydançadansa, Şamaxıdakı süni örtüklü meydançada oynamağa üstünlük verərdiz?
- Belə meydançada oynamaq çox çətindir. Problemli meydançadır. Əslində, belə meydançada oynamaqdansa, süni örtüklü meydanda oynamaq daha yaxşıdır. Amma buna mən yox, federasiya qərar verir. Gözəl kompleksdir. Amma meydançanın pis durumda olması, hər şeyi alt-üst edir.
- Mehdi Cənnətov topa çıxışlarda səhvə yol verir. Bununla bağlı tədbir görəcəksiz?
- Mehdi çox təcrübəli qapıçıdır. Bu klubda da bir neçə mövsüm oynayıb. Futboldur da, səhvlər olur.
- Növbəti matçı evdə "Neftçi" ilə qarşılaşacaqsız. Bu görüş "Sumqayıt" üçün prinsipial sayılır. Çünki rəqibin baş məşqçisi "Sumqayıt"dan ora gedib...
- "Neftçi" Azərbaycanın böyük klublarından biridir. Oyuna maksimum hazırlaşacağıq. Xüsusi prinsipiallıq yoxdur.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 13 Sentyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















