Icma.az
close
up
RU
“Satdıqları xarab telefonu nə təmir edir, nə də dəyişirlər” “İrşad”dan ŞİKAYƏT

“Satdıqları xarab telefonu nə təmir edir, nə də dəyişirlər” “İrşad”dan ŞİKAYƏT

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İrşad” mağazalar şəbəkəsindən şikayət var.

News24.az xəbər verir ki, Bizim.Media-ya müraciət edən alıcı Ülvi Həsənov deyir ki, ötən ilin avqustunda mağaza ona qüsurlu telefon satıb. Bu azmış kimi problemli telefon aylardır nə təmir edilir, nə də əvəzində yenisi verilir. Nəticə etibarilə isə alıcı telefonsuz qalıb.

İstehlakçının sözlərinə görə ötən il 16.08.2024 tarixində “İphone 15 Pro” markalı telefon almaq üçün “İrşad” mağazalar şəbəkəsinin Xətai metrosu yaxınlığındakı filialına yaxınlaşıb. Almaq istədiyi rəngdə telefon həmin ünvanda olmadığı üçün vətəndaş məhsulu mağazanın Neftçilər metrostansiyası ərazisindəki filialından əldə edib.

İddiasına görə 7 aydan sonra telefonda problem yaranıb və bu qüsurun istehsalçı qüsuru olduğu elə mağaza tərəfindən də sübut olunub. İstehlakçı telefonu qızıl zəmanətlə aldığı və bunun üçün əlavə 450 AZN pul ödədiyi halda hələ də telefon təmir olunmayıb və ya alıcının ondan imtina istəyi dəstəklənməyib:

“Telefonun ekranı heç bir zədə olmadan yanıb, bu qüsur istehsalçı qüsurudur. İki aydan çoxdur telefonu təmirə vermişəm, təmir müddəti uzanıb. Sonra telefondan imtina etmək istədiyimi dedim. Çünki telefondakı qüsur istehsalçı qüsurudur, əlimdə bunu təsdiq edən fakt var. Qızıl zəmanətin şərtlərində də var ki, müəyyən müddət ərzində təmir mümkün deyilsə, məbləğin bir hissəsi ödənilir. Yəni bu hissələr vaxta görə müəyyən edilir. Təmirə ilk başda razılıq verdim, amma onu da eləmədilər”.

Ülvi Həsənov bildirir ki, müqavilədə 15 iş günü ərzində telefonun təmir olunacağı yazılsa da, iki aydır təmir də olunmur:

“Yubandığı üçün telefondan imtina etdim. Dəyişdirilməsini və yenidən kredit ödənişinə başlamaq istədiyimi bildirdim. Telefonun dəyəri 2700 manatdır, əlavə olaraq da 450 manat qızıl zəmanət də götürmüşəm. Daha doğrusu, 18 aylıq kreditlə almışam. Amma nə yenisi ilə əvəzlənir, nə də telefondakı problem aradan qaldırılır. Halbuki kredit ödənişi üçün hər ay mənə zəng edirlər. Məndə olmayan cihaza görə necə kredit ödəyim?

Üstəlik, buna görə 50 manata yaxın cərimə də yazıblar. Mənə bu müddət ərzində əvəzedici telefon da verməyiblər, özüm də 15 ildən çoxdur həmin mağazalar şəbəkəsinin müştərisiyəm”.

Məsələ ilə bağlı “İrşad” mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Mağazadan Bizim.Media-ya bildiriblər ki, müştərinin məlumatında yanlışlıq var:

“Müştərimiz olan Ülvi Həsənovun bildirdiyi məlumatda yalnışlıq var. Sizə bildirib ki, qızıl zəmanətlə alınıb, lakin təmir edilmir. Təmirin imtinası dəstəklənmir və uzun müddət servisdə qalıb. Əslində zəmanət daxilində smartfonun təmirini biz reallaşdırırıq, ancaq təmir edilməsindən müştəri özü imtina edib. Servisdə uzun müddət qalması da təmirdən imtina edilməsi deməkdir və bu məlumat müştəriyə dəfələrlə bildirilib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri