Icma.az
close
up
RU
Satılmayan çörəklərin aqibəti necə olur? KONKRET

Satılmayan çörəklərin aqibəti necə olur? KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycan mətbəxinin əsas qida məhsullarından biri olan çörək demək olar ki, hər gün süfrələrdə yer alır. Lakin çox vaxt istehlakçılar çörəyin nə qədər müddət satışda qala biləcəyini, onun nə vaxt keyfiyyətini itirdiyini və marketlərdə satılmayan çörəklərin sonradan necə istifadə olunduğunu tam bilmirlər. Bəs Azərbaycanda çörəyin rəf ömrü nə qədərdir və satılmayan çörəklər zavoda qaytarıldıqdan sonra onlardan necə istifadə olunur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib ki, çörək Azərbaycan mətbəxinin vazkeçilməz nemətlərindən biridir və həm də bərəkət rəmzi sayılır.

“Çörəyin rəf ömrü onun tərkibindəki nəmlik səviyyəsindən, istifadə olunan unun növündən və maya texnologiyasından asılıdır. Qida təhlükəsizliyi standartlarına əsasən, qablaşdırılmamış ağ buğda çörəklərinin maksimal satış müddəti 24 saat təşkil edir. Əgər çörək xüsusi polimer və ya kağız paketlərdə qablaşdırılıbsa, bu müddət 48 saatdan 72 saata qədər uzadıla bilər.

Asim Vəliyev qeyd edib ki, çörəyin quruması yalnız su itirməsi ilə bağlı deyil.

“Bu proses “nişastanın retroqradasiyası” adlanan elmi hadisə ilə əlaqədardır. Sobadan çıxarıldıqdan sonra nişasta molekulları yenidən kristallaşmağa başlayır və nəticədə çörək tədricən yumşaqlığını itirir.

Satış müddəti bitmiş çörəklər marketlərdən yığılaraq istehsalçı müəssisələrə, yəni çörək zavodlarına qaytarılır. Zavoda daxil olan çörəklər əvvəlcə yoxlanılır. Əgər məhsulda kiflənmə, xoşagəlməz qoxu və ya mikrobioloji pozuntu aşkarlanmazsa, onlar xüsusi qurutma kameralarına göndərilir. Daha sonra bu çörəklər qurudularaq üyüdülür və əsasən heyvan yemi kimi istifadə olunur”.

Onun sözlərinə görə, qısa müddət əvvəl vaxtı keçmiş və keyfiyyətini itirməmiş çörəklər bəzi hallarda qida təhlükəsizliyi nəzarəti altında suxarı qırıntısı istehsalına yönləndirilə bilər. Lakin bu proses ciddi sanitar qaydalar və nəzarət tələb edir.

“Köhnə çörəklərin isladılaraq yeni xəmirə qatılması ilə bağlı yayılan fikirlər müasir standartlara görə qəti şəkildə qadağandır. Çünki köhnə çörəkdə “kartof xəstəliyi” adlanan bakteriyaların sporları ola bilər və bu bakteriyalar yüksək temperaturda belə məhv olmur. Nəticədə yeni bişmiş çörək qısa müddətdə daxildən xarab ola bilər”.

Ekspert istehlakçılara çörək alarkən yalnız tarixə deyil, həm də bişirilmə saatına diqqət yetirməyi tövsiyə edib.

“Tam soyumadan paketlənən çörəyin daxilində kondensasiya yaranır və bu da kiflənmə riskini artırır. Keyfiyyətli ağ çörəyin qabığı qızılı-sarı, çovdar çörəyinin isə tünd qəhvəyi rəngdə olmalıdır. Çörəyi yüngül sıxdıqda isə o dərhal əvvəlki formasını bərpa etməlidir. Əgər çökəklik qalırsa, bu, çörəyin ya yaxşı bişmədiyini, ya da daxilində nəmlik çox olduğunu göstərir”.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Mart 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see218

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see207

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see205

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see202

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see194

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see193

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see191

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see186

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see185

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see182

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see181

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see177

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see173

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see173

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see173

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see172

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see169

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see169

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri