Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərənin “Lester” klubu satışa çıxarılmayacaq
QOL.az “The Telegraph”a istinadən xəbər verir ki, klubun rəhbərliyi əməkdaşlara “Lester”in satış prosesinin dayandırıldığını bildirib.
Avqust ayında satışa çıxarılan klubun bütün aktivləri üçün sahibləri 300 milyon dollar tələb edirdi.
Klubun İdarə Heyətinin sədri, tailandlı iş adamı Ayavatt Srivaddhanaprabha “Lester”in satışı ilə bağlı bütün prosesləri dayandırmaq barədə yekun qərar qəbul edib. Bu barədə həftənin əvvəlində klubun idarəedici direktoru Kamonthip Netthamonsak rəhbər heyətə məlumat verib.
Bildirilir ki, Srivaddhanaprabha əvvəlcə də klubu satmaq niyyətində olmayıb. 2010-cu ildə King Power şirkəti tərəfindən alınan “Lester”in rəhbərliyi hazırda əsas diqqətini bu mövsüm yüksək liqaya qayıtmağa yönəldib.
Qeyd edək ki, "Lester" 2015/16 mövsümündə tarixində ilk dəfə İngiltərə çempionu olub, 2020/21 mövsümündə isə ölkə kubokunu qazanıb. Lakin klub ardıcıl iki dəfə aşağı liqaya düşdükdən sonra hazırda İngiltərənin üçüncü səviyyəsi olan Birinci Liqada çıxış edir.
Baxış sayı:73
Bu xəbər 20 Noyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















