Sauldan gözlənilməz qərar: Türkiyəyə gəlməyib
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Atletiko"ya məxsus futbolçu Saul Niqesin "Trabzonspor"a keçidi baş tutmayıb.
İdman.biz xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi son anda bu variantdan imtina edib.
Tərəflər müqavilənin detallarını razılaşdırsalar da, sonda ailə problemləri üzündən 30 yaşlı futbolçu Türkiyədə oynamaq istəməyib. O, "Trabzonspor"la 4 illik sövdələşmə əldə etmişdi. İspaniya mətbuatı Saulun Madrid klubunda qalacağını yazıb.
Qeyd edək ki, Saul 2012-ci ildən "Atletiko"nun formasını geyinir. Yarımmüdafiəçi “Atletiko”nun heyətində 427 oyun keçirib, 48 qol vurub və 26 məhsuldar ötürmə edib.
İdman.biz

Trampdan Türkiyəyə gözlənilməz SÜRPRİZ
23 Mart 2025 17:59
Özbəkistan, Qazaxıstan və Türkmənistan Türkiyəyə qarşı? Gözlənilməz qərar VİDEO
09 Aprel 2025 20:42
Putin bu səbəbdən Türkiyəyə gəlməyib? Qərb kəşfiyyatından iddia
15 May 2025 16:45
ABŞ dən Türkiyəyə qarşı gözlənilməz jest
15 May 2025 10:35
Suriyadan Türkiyəyə qarşı ŞOK QƏRAR
16 Yanvar 2025 10:24

