Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Savaş 2020 ci ildə başlayıb: 3 trilyon dollarlıq sənayenin gələcəyi təhlükədə

Savaş 2020 ci ildə başlayıb: 3 trilyon dollarlıq sənayenin gələcəyi təhlükədə

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Trampın ötən həftə elan etdiyi qərar kriptovalyuta sənayesində ciddi dəyişikliklərə yol aça bilər. Bu addımla kripto sektorunun iki nəhəng oyunçusu arasındakı rəqabət yeni mərhələyə qədəm qoyub. 3 trilyon dollarlıq sənayenin gələcəyini müəyyənləşdirəcək mübarizədə hər iki tərəf artıq bütün imkanlarını səfərbər edib.

Qaynarinfo xəbər verir ki, İsveçrənin Luqano şəhərində təcrid olunmuş həyat yaşayan Cankarlo Devasini kriptovalyuta dünyasının ən nüfuzlu fiqurlarından biridir. Kripto sənayesinin əsas dayaqlarından biri olan "Tether"in sahibi olan Devasini hazırda rəqibi Ceremi Alleyrə qarşı amansız mübarizə aparır.

Ceremi Alleyr "USD Coin" (USDC) stabil kriptovalyutasının arxasında duran "Circle" şirkətinin qurucusudur. O, ABŞ Konqresi və Wall Street dairələrində yaxşı tanınan bir iş adamıdır və "Tether"ə qarşı ciddi məhdudiyyətlər gətirmək üçün hərəkətə keçib.

Trampın qərarı və yeni dövr

Donald Trampın hakimiyyətə qayıdışı ilə kriptovalyuta sənayesinin inkişaf edəcəyi gözlənilirdi. Lakin Trampın elan etdiyi "strateji kripto ehtiyatı" təşəbbüsü , bu sektoru tənzimləməyə yönəlik yeni qaydaların tətbiq ediləcəyini göstərir. Bu addım, "öldür ya da öl" prinsipi ilə kriptovalyuta sektorunda mübarizəni daha da kəskinləşdirib.

"Circle" ABŞ hökumətinə müraciət edərək "Tether" tokenlərinin qadağan olunmasını tələb edib. Avropa İttifaqı artıq 2024-cü ilin dekabrında oxşar qanunları qəbul edib və ABŞ-da da bu istiqamətdə müzakirələr aparılır.


Kriptovalyuta bazarında güc mübarizəsi

"Tether" hazırda bazarın lideridir. Kriptovalyuta əməliyyatlarının 80%-də "Tether" stabil koini istifadə edilir. "Devasini"nin 50%-lik paya sahib olduğu "Tether"ın holdinq şirkəti ötən il 13 milyard dollar xalis gəlir əldə edib.

Bu gəlirin böyük hissəsi şirkətin "Tether" tokenlərinin dəyərini 1 dollarda sabit saxlamaq üçün saxladığı ABŞ Xəzinə istiqrazlarından gəlir.

"Circle" isə tənzimləmələrin sərtləşdirilməsini istəyir. Alleyr dəfələrlə ABŞ Konqresində çıxış edərək daha ciddi nəzarət tədbirlərinin tətbiq olunmasını tələb edib. "Circle" nümayəndələri "Tether"in qanunsuz əməliyyatlarda istifadə edildiyini iddia edirlər.

2024-cü ilin oktyabrında "The Wall Street Journal" yazmışdı ki, ABŞ Ədliyyə və Maliyyə Nazirlikləri "Tether"in maliyyə cinayətlərində iştirak edib-etmədiyini araşdırır.

Alleyr açıq şəkildə bildirir:

"Məqsədimiz USDC-nin ABŞ-ın rəsmi rəqəmsal dolları kimi qəbul edilməsidir".

Devasini və "Tether"in mübarizəsi

Devasini ictimaiyyət qarşısında çox görünmür. 60 yaşlı iş adamı, uzun müddət "Tether"ın idarəsini pərdə arxasında həyata keçirib. Rəsmi olaraq şirkətin maliyyə direktoru (CFO) olsa da, əslində bütün əməliyyatları idarə edən şəxs olub.

O, yaxın çevrəsinə "Circle"ın "Tether"i sıradan çıxarmağa çalışdığını və rəqibinin tənzimləmə qurumlarına müraciət edərək "Tether"ə qarşı sanksiyalar tətbiq etdirmək istədiyini bildirib.

Devasini bir neçə ay əvvəl iş ortağına bu sözləri deyib:

"Tether" sağ qaldıqca, "Circle" qazana bilməz".

Bütün bu qarşıdurmalar fonunda Devasini ABŞ-ın yeni ticarət naziri Hovard Lutnik kimi adlara güvənir. Lutnik əvvəllər "Cantor Fitzgerald" adlı maliyyə şirkətinin rəhbəri idi və bu şirkət "Tether"in əsas investisiya partnyorlarından biridir.


"Circle" və ABŞ hökumətinin təzyiqləri

2024-cü ilin yazında ABŞ Maliyyə Nazirliyi Rusiyanın hərbi xərclərini maliyyələşdirmək üçün "Tether"in istifadə olunduğunu açıqlayıb. Bundan sonra Vaşinqton və Nyu-Yorkda "Tether"ə qarşı kampaniya başladılıb. Böyük reklam lövhələrində "Tether"in korrupsiya və cinayət şəbəkələri ilə əlaqəli olduğu iddia edildib.

Alleyr isə Avropa İttifaqı, Yaponiya, Sinqapur və Braziliya kimi böyük iqtisadiyyatlarla görüşlər keçirərək, sabit kriptovalyutaların ciddi nəzarətə alınmasını tələb edir.

Kriptovalyuta bazarında dramatik dəyişikliklər

ABŞ Maliyyə Nazirliyi "Tether"ə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir. Əgər bu sanksiyalar reallaşarsa, "Tether" ABŞ bank sistemindən tamamilə kənarlaşdırılacaq və iflasa uğraya bilər.

Bu arada "Circle" Avropa İttifaqında fəaliyyət göstərmək üçün lisenziya alıb. Bundan sonra "Coinbase" və "Binance" kimi böyük kriptovalyuta platformaları, Avropadakı əməliyyatlarında "Tether"i dəstəkləməyi dayandırıb.

"Binance"in USDC-yə keçməsi isə Devasini üçün böyük bir geriləmə olub.

Devasininin son ümidləri: Tramp və Lutnik

Lutnik "Cantor Fitzgerald" şirkətinin "Tether"ə sərmayə qoymasını şəxsən idarə edib. May ayında Devasini ilə Luqanoda görüşərək, "Tether"in qorunması üçün tədbirlər görəcəyinə dair vəd verib.

Trampın yanvar ayında prezident seçilməsindən sonra "Tether" 775 milyon dollarlıq sərmayə yatıraraq, mühafizəkar "Rumble" media platformasından səhmlər alıb. Bu investisiyanı Trampın müttəfiqləri müsbət qarşılayıb.

Senat iclaslarında Lutnikdən "Tether"lə əlaqəsi soruşulduqda, o belə cavab verib:

"Bu, cinayətkarların "Apple" telefonlarından istifadə etməsi səbəbindən "Apple"ı günahlandırmaq kimidir".

"Circle" güclənməyə davam edir

Tramp administrasiyası fevral ayında "qanuni dollar əsaslı stabil kriptovalyutaların dəstəklənməsi" barədə qərar imzalayıb.

Bu qərarın hazırlanmasında Lutnik də iştirak edib və "Circle" hökumətə dəstək üçün böyük maliyyə ianələri edib.

Son nəticədə:

* "Tethe"r-ın artımı 2024-cü ilin dekabrından etibarən zəifləyib.

* "Circle" isə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzində yeni ofisini açmağa hazırlaşır.

Kriptovalyuta dünyasındakı bu nəhəng mübarizə, sənayenin gələcəyini formalaşdıracaq və yaxın illərdə sektorun hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edəcək.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri