Icma.az
close
up
RU
​Savaş artıq Kremlin qapısını sındırıb içəri girib!

​Savaş artıq Kremlin qapısını sındırıb içəri girib!

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

İbrahim Nəbioğlu,

jurnalist

Dünya hərb tarixi son 24 saatda görünməmiş bir logistik mühasirəyə şahidlik edir. Nüfuzlu “The Telegraph” nəşrinin hərbi analitiklərinin rəsmi hesabatlarına görə, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatları (PUA) Krımı hava, quru və dəniz yollarından tamamilə qopararaq xarici dünyadan təcrid edib. İşğal altındakı yarımadanı Rusiyaya bağlayan quru dəhlizləri və dəmir yolu qovşaqlarının vurulmasının ardından, indi Krım sözün əsl mənasında nəhəng, çarəsiz bir adaya çevrilir.

Yarımadada elektrik enerjisinin tamamilə kəsilməsi, su qıtlığı və yanacaqdoldurma məntəqələrində benzinin tükənməsi ilə işğalçılar üçün əsl logistik cəhənnəm başlayıb. Amma ən dəhşətli zərbə dənizdən gəldi. Ukraynanın yeni yaradılmış Pilotsuz Sistemlər Qüvvələrinin (UAS) komandanı Robert "Madyar" Brovdinin açıqlamaları beynəlxalq mətbuatın manşetindədir:

Son 5 gün ərzində Ukraynanın zərbə dronları Azov dənizində və Kerç boğazında Rusiyanın beynəlxalq sanksiyalardan yayınaraq neft daşıdığı "kölgə donanması"na aid 90-a yaxın gəmisini, o cümlədən 75-dən çox yanacaq tankerini və bərələrini bir-bir ovlayaraq darmadağın edib!

Rusiya daxilindəki limanlarda və Azov sularında yanan tankerlərin peyk görüntüləri yayılıb. Rusiya tərəfi Azov dənizində və Don-Azov kanalında bütün gəmi hərəkətlərini tamamilə dayandırmaq məcburiyyətində qalıb. Bu, Rusiya iqtisadiyyatının dəniz ixracatının rəsmən kilidlənməsidir.

Bu zərbələrin nəticəsi: Rusiya daxilində tam benzin kollapsı!Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatlarına görə, Ukrayna zərbələri nəticəsində Rusiyanın ümumi neft emalı gücünün 40%-dən çoxu (bəzi mənbələrdə 42.74%) tamamilə sıradan çıxarılıb.

Rusiya Federasiyasının rəsmi olaraq 83 regionundan 78-də dərin yanacaq böhranı elan edilib. Şəhərlərdə kilometrlərlə uzanan benzin növbələri, yanacaq rasionu və kənd təsərrüfatı texnikalarının tam dayanması ölkəni daxildən sarsıdır. Ukrayna heç bir raketdən istifadə etmədən, yalnız PUA-ların gücü ilə imperiyanın logistika damarlarını kəsir.

Savaş artıq Kremlin qapısını sındırıb içəri girib!

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri