Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

SAVAŞIN DA, BARIŞIN DA QALİBİ! Komitə sədrinin məqaləsi

SAVAŞIN DA, BARIŞIN DA QALİBİ! Komitə sədrinin məqaləsi

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

15 oktyabr müasir Azərbaycan tarixinin əlamətdar günlərindən biridir. 2003-cü ildə məhz həmin gün Azərbaycan xalqı İlham Əliyevi Prezident seçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi dinamik inkişaf yolu, qüdrətli dövlətə çevrilməsi və torpaqlarını işğaldan azad etməsi Ulu Öndər Heydər Əliyevin əsaslarını müəyyən etdiyi siyasi kursun dövlətimizin və xalqımızın milli maraqlarını layiqincə təmin etdiyini göstərir.

Ümummilli Lider Heydər Əliyev xalqını düşünərək, dövlətin gələcək taleyinə biganə qalmayaraq, eyni zamanda İlham Əliyevin yüksək siyasi potensialını zamanında görüb və layiqincə qiymətləndirərək 2003-cü ildə Azərbaycan xalqına müraciət etmişdi. Müraciətdə deyilirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu Öndərin həmin tarixi müraciətindən götürülmüş "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" ifadəsi İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını ifadə edir. Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir. Bu gün İlham Əliyevin qətiyyəti ilə Azərbaycan həmin qranit dövlətçilik təməli üzərində ucalır. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək İlham Əliyevin dövləti idarə etməsinin əsasını təşkil edir.

Azərbaycanın ötən 22 illik tarixinin reallıqları Ulu Öndər Heydər Əliyevin nə qədər uzaqgörən və müdrik bir şəxsiyyət, güclü siyasi strateq olduğunu göstərir. Çünki ötən 22 ildə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı həqiqətən fərəh doğurur. Bu illər ərzində cəmiyyət həyatının bütün sahələri inkişaf edib. Prezident İlham Əliyev Ulu Öndərin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirib.

İlham Əliyevin respublikamıza rəhbərliyinin ilk günündən torpaqlarımızın işğaldan azad olunmasını fəaliyyətinin prioritet istiqamətlərindən biri elan etdi və bu məsələ dövlət siyasətinin mərkəzində dayandı. Prezident bəyan etdi ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan dövləti güc yolu ilə ərazilərini işğaldan azad edəcək. Bu məqsədlə dövlətimizin hərbi məqsədlər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə artırıldı, yeni hərbi çağırışlara ordu quruculuğu həyata keçirildi, Silahlı Qüvvələrimizin döyüş hazırlığı ən müasir səviyyəyə çatdırıldı.

Ermənistanın hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin hər zaman bəyan etdiyi kimi nəticələndi - Azərbaycan dövləti güc yolu ilə torpaqlarını işğaldan azad etdi. Bununla da Prezident İlham Əliyev həm də Müzəffər Ali Baş Komandan kimi Azərbaycanın müasir tarixinin ən şərəfli salnaməsinin müəllifinə çevrildi.

Bəli, bu gün xalqımız İlham Əliyevin uğurlu rəhbərliyi və sərkərdə missiyası nəticəsində tariximizin ən şərəfli anlarını yaşamaqdan qürur duyur. Tarix isə öz şərəf səhifəsinə Ali Baş Komandanın adını qızıl hərflərlə əbədi həkk edib. Bu zəfərimizi Azərbaycan məhz özünün güclü ordusu və dövlət-xalq birliyi ilə qazanıb. Azərbaycan 30 illik erməni separatizminə son qoymaqla yanaşı, həm də işğalla üzləşmiş digər dövlətlər üçün nümunə ortaya qoyub.

Güclü iradəyə, qətiyyətə sahib olan, "Sözümüz imzamızdır" deyərək verdiyi vədlərə sadiq qalan Prezident İlham Əliyev işğal altındakı torpaqlarımızın azad olunmasını təmin etməklə həm də regionda yeni reallıqlar yaradıb. Hətta Azərbaycanı sevməyən dünya ölkələri belə, bu reallıqları qəbul etməyə məcbur olublar.

Şuşanın azad edilməsi xəbərini xalqa çatdıran zaman Prezident İlham Əliyevin söylədiyi ifadələr xalqımızın yaddaşından heç vaxt silinməyəcək. İlham Əliyev: "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik!" söyləməklə xalqımızın qan yaddaşında formalaşmış, min illər boyu yaşatdığı ənənələrin davamçısı olduğunu bir daha sübut etdi.

Bu proseslərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolunu da xüsusi qeyd etmək lazımdır. Müharibə başlayandan bitənədək Ali Baş Komandan ilə birlikdə mübarizə aparan Mehriban xanım Əliyevanın Vətən müharibəsinin ilk günlərində xalqa müraciətində ifadə etdiyi və hər birimizin ürəyini riqqətə gətirən sözlərini yada salaq: "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!" Qəlbdən səsləndirilmiş bu müqəddəs dua və arzu 44 gün ərzində səngərdə döyüşən əsgərlərimizi daha da ruhlandıraraq onların döyüş ruhunu artırdı.

Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə dövlət bayrağını ucaltmaqla Zəfər tariximizdə daha bir şanlı səhifə yazdı. Xankəndidə xalqa müraciətində bayrağımızın ucaldılmasını tarixi hadisə adlandıran dövlət başçısı "Xalqımızın onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik" deyə bəyan etdi.

Bu qələbələrin söykəndiyi tarixi reallıqlar var. Bildiyimiz kimi, millət, xalq, cəmiyyət etnosun özünütəşkil modelinin müxtəlif səviyyələri olmaqla son dərəcə mürəkkəb sistemdir. Azər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Oktyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri