Icma.az
close
up
RU
Saxa/Sak etnomədəni təbəddülat mərhələsi Bəlgəçun

Saxa/Sak etnomədəni təbəddülat mərhələsi Bəlgəçun

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Asiya qitəsininin şimal-şərqini və bütünlüklə, Saxa-Yaqut diyarını, o cümlədən, Əmir/Amur çayından Çukot yarımadasınadək geniş enlik-əraziləri e.ə.III minillikdə əhatə edən Bəlgəçun İntibah mərhələsi Amerika qitəsinin Alyaska yarımadası və Qrenlandiya adası hövzələrinin də etno-milli təşəkkülünə təsir göstərmişdir.

Bu barədə Rusiya EA-nın Sibir Bölməsinin tarixçi-etnoqraf alimlərindən A.N.Alekseyev, V.M.Dyakonov, E.N.Solovyeva, E.N.Nikolayev və Q.Q.Boeskorov tərəfindən “Arxeologiya, antropologiya və etnoqrafiya Xəbərləri” elmi jurnalının 2022-ci il tarixli 1 saylı (56) nəşrində çap etdirilən məqalədə qeyd edilmişdir.

Keçən əsrin 50-60-cı illərindən etibarən materikin Lena çayı hövzəsində aparılm bu tipli arxeoloji-etnoqrafik tədqiqatlar nəticəsində bölgədə e.ə. IV-III minilliklər dövründə çoxsaylı əski Türkdilli qəbilə-tayfa birliklərinə məxsus inkişaf etmiş ictimai-həyat tərzi komplekslərini əhatələyən yaşayış məkanlarını aşkar edilmişdir.

Haşiyə. Əski Türkdilli tayfaların dilində “Uluxan/Ulaxan Örüs”-“Böyük çay” mənasını verən (“müəyyən istiqamət üzrə axan böyük su”) və sonradan (XVI-XVII əsrdən) rus dilinin fonetikasına uyğun “Lena” kimi yazılan bu hidronim həm də dil-mənma zənginliyini yaşadır. Belə ki, “örüs” söz birləşməsi “istiqamət”, “axın yeri”... mənasını verməklə, indi dilimizdə işlədilən “örüş” sözü ilə morfogenetik bağlılıq təşkil edir.

Haqqındas danışılan və miqyasına görə iri hövzəni əhatə edən Lena çayı və onların sutoplayıcı əraziləri (Olyenok, Vulyuy, Anabar, Tompo, Aldan, Yana, İndigirka, Bıtantay... çayları), Burulqan, Momsk, Çersk...dağ silsilələr, Yana, Elqin... dağlararası yayla və geniş vadiləri, əski məskunlaşma ocaqlarını (Xandıqa, Namtsı, Mayya, Amqa, Çurapça, Itık-Küyül, Bataqay, Berdiqestyax..) əhatə edən və Üst Tunc dövrü təkamül mərhələsini tutan İntibah mədəniyyəti, dünyadərki, eləcə də, o dövrün təkamül həyat tərzini ifadə etməklə Bəlgəçun İntibah/Təkamül mərhələsində də Hun-Sak/Saxa-Quz...tayfa İttifaqının müxtəlif etnogenetik Ailə və Dil qruplarını özündə birləşdirmişdir.

Haşiyə. Saxa/Sak dilində “bataqlıq, sucaq, lehmə yerlərdə bitən ot bitkisi”nə “olyen”, “elen” deyilir, “məhv olmuş, çürümüş” mənasını verir, “ölən”, “yox olan” termini ilə eyni anlamdadır və Olyen/Elen çayı rus dili transkripsiyasına uyğun “Olyenok” adlanmışdır 1637-ci ildən, eyni adlı körfəzə tökülür bu çay. Yaqut və Evenk dillərinin kökbirliyi “Vilyuy” hidroniminin izahında özünü göstərir-“bataqlıq”, “ölü yer” mənasını verən “Buluu” sözündən bu çayın adı yaranıb. Anabar çayı Yaqut dilində “Ana su” ,”Ulu su”, “Böyük su” anlamındadır.

Çoxşaxəli Türk-Yaqut etnobirliyinin dini-sakral köklərinin ifadəsi kimi Suntar-Haya/Qaya dağ silsiləsi mistik-inanc ruhunun ölməzliyinə, Türk Səmaviliyinin ilkin inanc ocağına bir nişanədir. Əski əfsanələrə görə Suntar adlı şaman bu hövzədə ocaq qurub, ruhu hələ də bu diyarda dolaşmaqdadır. “Haya” sözbirləşməsi - “qaya”, “dağ” mənasını verir.

Suntar-Haya/Qaya dağının ən uca zirvəsi Mus-Haya/Qaya 2959 m hündürlükdədir. Türk və Yaqut dillərində arxaik ifadə olan “mus”, “muss” sözü əslində “ucqar”, “ən axırınci yer” mənasında olsa da (materiklərin və qitələrin ən ucqar yerləri “burun” kimi ifadə edilir-İynə burnu, Baba burnu....), uca dağ zirvələrinə də şamil edilmişdir. El arasında “mıcmuruğuvu”, yəni, “burnunu sallama” deyimi indi də işlədilir, rus dilində “mıs”, “nos” sözlərinin də morfogenetik əsası bu qədim Türk dilindən alınmadır.

Saxa/Sak-Yaqut diyarının Bəlgəçun Təkamül mərhələsinin təşəkkül tapdığı coğrafi ərazilərdə nəinki, maddi-mədəniyyət abidələri, qədim yaşayış ocaqları, qayaüstü rəsm nümunələrinin məzmunu, dini-sakral inanc ünsürləri, eləcə də, landşaft struktur vahidləri də əski Türkdilinin fonetik-dialekt strukturlarını qoruyub saxlamaqdadır. Belə ki, Suntar-Haya dağ silsiləsinə aid coğrafi adlar özündə e.ə. III-II minilliklərdə bu ərazilərdə yaşayan qəbilə-tayfa İttifaqının leksik-dil zənginliyini ifadə edir. Uzaq Şərqdən Şərqi Avropaya, Anadolu yaylasına, Cənubi Qafqaza, Amerika qitəsinə...yayılan bu Ailə-Dil semantikasının əski Türkdilliyi aydın anlaşılmaqdadır.

Əslində bu təkamül mərhələləri tarixi, coğrafi, dil-din, dünyadərki və etnomilli inkişaf dəyərlərinin kökünü yaşadan əski məkan hüdudlarıdır, 5-6 minillik tarixin oxunmamış, yazılmamış səhifələridr.

Avrasiya materikinin sivilizasiya ocaqları sırasında bu fiziki-coğrafi məkan əski Türk dil mədəniyyətini (yazılı və şifahi irsin) və sakral-mistik fəlsəfi təfəkkürünün formalaşmasını, minilliklərlə davamlı olmasını maddi və mənəvi irs nümunələri və yer adlarının timsalı ilə səciyyələnir.

E.ə. III minillik-Üst Tunc dövrü, Bəlgəçun Təkamül mərhələsi əhali məskunlaşması, yaşayış ocaqlarının yayılması, dini-sakral dünyadərki və həyat tərzinin formalaşması, maddi-istehsal sisteminin inkişafı....kimi istiqamətlərdə ifadə olunmaqla (eləcə də, ətraf bölgələrə-Şimal-Şərqi Asiya və Saxalin adası, Kamçatka yarımadası...hövzələrinə güclü təsir göstərmişdir), həm də zəngin tarixi-coğrafi məzmun kəsb etmişdir.

Şumer mədəniyyətinin izlərinin ifadə olunduğu bu məkanda naxışlı, mistik məzmun kəsb edən ornametli gil qabların hazırlanması, qəbirüstü abidələrin işlənilməsi, daimi yaşayış məntəqələrinin yaradılması, istehsal-mərasim-yaşayış ocaqlarının fərqlənməsi...kimi struktur vahidlərinin təşəkkülü digər ərazilərdə də (Hun-Xan dağlıq silsiləsi, Əmir/Amur çayı hövzəsi, Saxalin adası...) eyni ilə təkrar olunmuşdur.

Uzaq Şərqin antik dövr təkamül mərhələlərinin maddi-mənəvi irs nümunələri sırasında coğrafi adlar xüsusi yer tutur, bu sırada Bəlgəçun Təkamül mərhələsinin əhatə etdiyi ərazi toponimikasının Ailə-Dil semantikası baxımından əski/protoTürkdili strukturlarından əmələ gəldiyi şübhə doğurmur.

Bəlgəçun İntibah/Təkamül mərhələsinin geoloji-coğrafi-etnomilli....şərti tarix və zaman təcəssümü Lena çayının orta axarlarında Saxa-Sak diyarının Xanqala ulusunun Tabaqa yaşayış məntəqəsi (paytaxt Yaqut şəhərindən 10-15 km aralı) yaxınlığındakı, Mayya kəndinin 10 km-lik cənub-şərqində Taraqay Tarix və Mədəniyyət muzeyində qorunub saxlanılır (Amqa çayı hövzəsində).

Haşiyə. Uzaq Şərq diyarının Saxa/Sak-Yaqut diyarı, Maral Ovçuları bölgəsi (ruslar “Çukot” adlandırır) güclü qarlı fırtınalara, burulğanlı soyuq hava kütləsinə...məruz qalan ərazilərdəndir və “burulğan” sözü leksik təhrifə uğrayaraq “purqa” kimi işlədilir. “Bəlgəçün” toponimi “burulğanlı yer” mənasına uyğun gəldiyindən bu coğrafi məkanın əski Türkdillilərin yayıldığı yerlər sırasında olması tarixi-coğrafi qanunauyğunluqdur.

Mərkəzi Asiya, Sibir və Uzaq Şərq bölgələri xalqlarının təşəkkül mədəniyyəti, tarixi-coğrafi inkişaf dövrləri, arxeoloji və etnoqrafik irsi, Ailə-Dil mənsubiyyəti...istiqamətində tədqiqatlar aparmış bir sıra alimlərin (rus arxeoloqları-linqvistləri, professorlar N.F.Yakovlev (1892-1974) və A.P.Dulzon (1900-1973), “Amerika antropologiyasının atası” sayılan F.U.Boas (1858-1942) və b.) elmi-nəzəri mülahizələri göstərmişdir ki, Uzaq Şərq xalqlarının etnolinqvistik irsi və arxeoloji məkan elementləri... əski Türkdilli xalqlarının tarixi-coğrafi arealı baxımından ümumi etn və morfogenetik bağlılığını sübut edən amillərdir.

Göründüyü kimi, Asiya qitəsinin yalnız Şərq hissəsi yox, bütünlüklə ayrı-ayrı iri coğrafi əraziləri də e.ə. III-II minilliklərdə əski Türkdilli qəbilə-tayfa birliklərinin müxtəlif Ailə-Dil qruplarına (amma etnogenetik və morfogenetik baxımdan tarixi köklərə bağlı) kökənli ocaq olduğundan nəinki oxşar, eyni mənalı toponimləri özündə birləşdirir, həmçinin, İntibah Mədəniyyətinin eyniliyini ifadə edən tarixi-coğrafi səhifələrə də malikdir. Bu tarixi inkişaf dövrlərinin arxeoloji tədqiqi və nəticələrinin elmi-nəzəri təhlili ilə yanaşı, əski dünyə və sakral irsinin olduğu kimi bütövlüyünün qorunub saxlanılması və Türk dünyası ölkələri tədqiqatçılarının araşdırma/tədqiqat obyektinə çevrilməsi XXI əsrdə xüsusilə vacibdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:284
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Mart 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri