Icma.az
close
up
RU
Saxlanılan ərəb turistlərlə bağlı qalmaqallı təklif İki problem yarana bilər

Saxlanılan ərəb turistlərlə bağlı qalmaqallı təklif İki problem yarana bilər

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Bakıda Şəhidlər xiyabanında etik normalara zidd hərəkətlər edən və bu görüntüləri sosial şəbəkələrdə paylaşan xarici ölkə vətəndaşları barəsində cinayət işi açılıb. Əksəriyyət bu addımı dəstəkləyərək həmin şəxslərin cəzalandırılmalı olduğunu bildirsə də, bu cür sərt tədbirlərin ölkənin turizminə mənfi təsir göstərəcəyinə dair fikirlər də səsləndirilir. Həmçinin turizm sektorunun və beynəlxalq imicin qorunması üçün yumşaq, nizamlı siyasəti tövsiyə edənlər də var.

Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, ötən gün turistlərin milli və mənəvi dəyərlərimizi məsxərəyə qoyduqlarına şahid olduq:

“Onlar etdiklərinin fərqində olmaya bilərlər. Lakin bütöv Azərbaycan naminə canından keçənlərin uyuduğu Şəhidlər xiyabanı və digər milli atributlar ən həssas məqamlarımızdır. Turistlərin belə hallarda maarifləndirilməsi vacibdir. Bələdçilər və turizm şirkətləri gələn turistləri bu mövzuda məlumatlandırmalı və ölkəmizin milli dəyərlərinə hörmətlə yanaşmalarını təmin etməlidirlər. İlk növbədə, qonaqpərvərliyimizi göstərməliyik, lakin eyni zamanda bu kimi halların təkrar olunmaması üçün təbliğat da aparılmalıdır”.


Ceyhun Aşurov

Ekspert qeyd edib ki, turizm yalnız sənaye işçilərinin məsuliyyəti deyil:

“Cəmiyyət olaraq biz də belə hallar baş verəndə reaksiyamızı göstərməliyik. Çünki əcnəbilər ölkəmizə gəldikdə həm mədəniyyətimizlə, həm də milli dəyərlərimizlə tanış olurlar. Buna görə bütün vətəndaşlar həssas, səbrli və təmkinli davranmalıdır.

Hər hansı bir turist qaydalara əməl etmirsə, hüquq mühafizə orqanları tədbir görəcək. Lakin cəmiyyət olaraq biz maarifləndirici mövqedən çıxış etməliyik. Aqressiya və ya qorxuducu davranışlar turistlərdə yanlış təsəvvür yarada, ölkəmizin imicinə mənfi təsir göstərə bilər. Belə hallar artarsa, növbəti dəfə ölkəyə gələn turistlərin sayında azalma müşahidə olunar. Azərbaycana səfər edən hər bir turist milli və mənəvi dəyərlərimizə hörmətlə yanaşmağa borcludur”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Avqust 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri