Icma.az
close
up
RU
Saxta Baba (Hekayə)

Saxta Baba (Hekayə)

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fil.ü.f.d. Ofelya Sultanqızı

Düşünmürəm kimsə bayramları sevməsin və onun gəlişini səbirsizliklə gözləməsin. Məncə yaş fərqindən asılı olmayaraq bayramları hər kəs sevir. Çünki bayramlar həyatımızı daha rəngarəng edir, bizə xoş saatlar yaşadır. Hələ hədiyyələr, zənglər,təbriklər və onların bəxş etdiyi sevinc hissini demirəm. Bayramların gəlişi şəhərimizdən tutmuş əhval-ruhiyyəmizə qədər hər yerdə hiss olunur. Belə günlərdə fərqli olmağa çalışırıq.

Böyüklərimizdən eşitdiyimiz kimi bayramı hansı əhval-rühiyyə ilə keçirirsənsə, ili də o cür başa vurarsan fikrini də unutmuruq. Keçirdiyimiz xoş saatlar, əyləncələr yaddaşımızda dərin iz buraxır. Hələ uşaq vaxtı başımıza gələn maraqlı hadisələr. O vaxtlar bizi küsdürüb, ağladan hadisələri bu gün şirin-şirin xatırlayırıq. Üstündən illər keçməsinə baxmayaraq yeni illə bağlı uşaqlıq xatirəm hələ də yaddaşımdan silinməyib. Hər il Yeni il qabağı uşaqların Şaxta Babanın gəlişini necə səbirsizliklə gözlədiyini görəndə, mən də öz uşaqlığımı, bağça müəlliməmi xatırlayıram və üstündən illər keçməsinə baxmayaraq ürəyimdə hələ də onu qınayıram.

Bağçamızda Yeni ilin gəlişi ilə bağlı şənlik təşkil olunmuşdur. Şənlikdə aparıcılıq mənə həvalə edilmişdi. Bu mənim bağçada son aparıcılığım olacaqdı. Artıq qarşılayacağımızyeni ildə məktəbə gədəcəkdim. Ona görə də bu bayrama daha ciddi hazırlaşırdım. Müəlliməm “Qarlı dağlar aşaraq, çox yerlər dolaşaraq Şaxta baba sizi görməyə gəlib”- dedikdən sonra uşaqlarla bir ağızdan “şaxta baba şaxtacan, hardasan bu vaxtacan?” – deyib onu səsləyəcəkdik. Bundan sonra müəlliməmindediyi kimi şaxta baba öz hədiyyələri ilə içəri daxil olub, bizi salamlayacaqdı. Yeni il şənliyi də bundan sonra başlayacaqdı.

Şaxta Babanın gəlişini səbirsizliklə, həsrətlə gözləyirdim. Yeni il şənliyinin aparıcısı kimi öz bacarığımı nümayiş etdirməyə tələsirdim. Şeir söyləyib, rəqs edəcəkdim. Şaxta Babaya hədiyyə də hazırlamışdım. Çəkdiyim Şaxta Baba və Qar Qız rəsmimi hədiyyə edəcəkdim. Ancaq heç də mənim düşündüyüm kimi olmadı.

Müəlliməm uşaqları bəzədilmiş şam ağacının ətrafına düzüb, bir azdan Şaxta Babanın gələcəyini və bizə yerimizdən tərpənməməyi tapşırdı. Piano arxasında əyləşib, bağçamızın həkimiylə çox şirin-şirin söhbət edən musiqi müəlliminə “fikrin uşaqlarda olsun” deyib tələsik otaqdan çıxdı. Tələsik otaqdan çıxsa da geri qayıtmağa tələsmədi. Çox dəcəl olduğumu da nəzərə alsaq, artıq bir aparıcı kimi səbrim də tükənmişdi. Musiqi müəlliminin başının söhbətəqarışdığından istifadə edib, sakitcə otaqdan çıxdım. Dəhlizə göz gəzdirdim. Yüyürüb həyət qapısına baxdım. Şaxta babanın niyə gecikdiyini öyrənmək istəyirdim. Geri qayıdanda bağça müdirinin otağında qulağıma müəlliməmin səsi gəldi. Otağın qapısını yavaşca aralayıb içəri baxdım.

Müəlliməm əynindəki özünün dediyi kim çox baha qiymətə aldığı paltarı soyunurdu. Uşaq marağım mənə güc gəldiyindən gördüyüm mənzərəni axıra kimi izləməyə başladım. Sonra heç sevmədiyim bağçamızın aşbazı (yeməkləri çox dadsız olurdu) yekə bir bağlamanı müəlliməmə uzatdı. O da cəld hərəkətlə bağlamadan paltarları çıxarıb əyninə geyindi. Güzgünün qarşısına keçib, saqqal-bığ yapışdırıb, papağı başına qoyanda artıq gözlərimə inanmadım. Müəlliməm bir anın içərisində Şaxta Babaya çevrilmişdi. Özümü içəri atıb, var səsimlə qışqırmağa başladım.“Hanı Şaxta Baba, niyə gəlməyib?Sən müəllimsən, Şaxta Baba deyilsən. Onun paltarlarını niyə geyinmisən?”. Ağlaya-ağlaya suallarıma cavab istəyirdim. Hər şey bir anın içində gözümdə məhv olmuşdu. Müəlliməm məni sakitləşdirməyə çalışsada, aşbazın “Sənin Şaxta Babanı şaxta vurdu, gələ bilmədi, saxta çıxdı Şaxta Baban haha, ha, ha”- deyib, əlini-əlinə vurub, qəhqəhə çəkməsindən sonra daha da bərkdən ağlamağa başladım. Müəlliməm mənim necə uşaq olduğumu bilirdi. Aşbaza “sus” işarəsi versə də artıq gec idi. Mənim həsrətlə qarlı dağlar aşaraq bizə hədiyyə gətirəcək Şaxta Babanı elə həmin vaxt itirdim.

İndi heç kim mənə Şaxta Babaya olan sevgimi qaytara bilməzdi.O yadımdadı ki, məni sakitləşdirə bilməyən müəlliməm zəng vurub anamı çağırdı. Mən isə o an nə baş verdiyini öyrənməyə çalışan anamın əlindən tutub, qapıya tərəf çəkərək bağçadan uzaqlaşmaq istəyirdim. Mənim üçün artıq bayram şənliyi bitmişdi. Bircə o yadımdadı ki, yol boyu anam əlindəki dəsmalla gözümün yaşını, burnumun suyunu silə-silə şirin dillə məni əzizləyir, Yeni il gecəsi Şaxta Babanın bizim evimizə qonaq gələcəyinə və mənə hədiyyə gətirəcəyinə inandırmağa çalışırdı. Mən isə o an heç nə istəmirdim. Ancaq əmin idim ki, bir də səhər tezdən durub bağçaya getməyə tələsməyəcəkdim. Orda mənim üçün maraqlı olan heç nə qalmamışdı.

Üstündən görün neçə on illər keçib. Buna baxmayaraq hər yeni il – Şaxta Babanın gəlişi mənə bu əhvalatı xatırladır.

Deyirlər zaman hər şeyi unutdurur. Deməli çox şeyi unutdura bilmir zaman. Necə ki, mənim uşaq yaddaşıma həkk olanları unutdura bilmədi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Dekabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see411

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see387

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see279

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see249

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see222

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see204

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see199

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see199

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see196

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see191

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see179

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see178

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see176

Qurbanov: “Buna çox sevinirəm”

17 İyul 2026 02:00see173

“Torpedo” “Zirə”: heyətlər

16 İyul 2026 19:00see172

ÇSKA ilə oyunlara daha yaxşı hazırlaşmalıyıq, çünki komandada hələ də müəyyən çatışmazlıqlar var Qurban Qurbanov

17 İyul 2026 02:42see171

Küveyt səmasında 32 İran dronu vurulub

17 İyul 2026 02:49see167

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see159

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see158

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri