Icma.az
close
up
RU
Arxip baba yox, Yaqub baba və... Arzu Nehrəmlidən HEKAYƏ

Arxip baba yox, Yaqub baba və... Arzu Nehrəmlidən HEKAYƏ

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həyat heç kəsin bacara bilmədiyi ərköyünlüyümü, nadincliyimi elə susduraraq dilimi qarnıma soxmuşdu ki, məni gücsüzlüyümdən tarımar taleyimin qarşısında baş əyməyə qədər gətirib çıxarmışdı. Ərimişdim, incəlmişdim, yarımcan olmuşdum. Təzəcə əlim çatıb, ünüm yetən arzuların axırına çıxmışdım. Özü də kiməsə yar, kiməsə ana olduğumu anlayıb ləzzətini çıxarmaq istədiyim bir vaxtda. El məsəlində deyildiyi kimi, "Nə yatmışdım ki, nə də yuxu görəm".

Baba isə gözlərinin işığının azalmasını özünə sığışdırmayaraq hədəf seçdiyi tərəfə boylanmaq üçün addım-addım ora yaxınlaşmaqla könlünü ovundururdu.

"Balam gəlib keçər, görmərəm" - deyə göylərə çəkilmiş igid oğlunun gəlməyəcəyini bildiyindən onu yox, onun yeganə nübar balasının gediş-gəlişini izləmək üçün özünü alışdırmışdı bu vərdişə.

Neynəsin axı, ahıl vaxtında övlad qayğısına ehtiyac duyduğu bir zamanda əliuşaqlı olmuşdu. Hər zaman həyatın ona çəkdirdiyi atasızlığın iztirablarından gözləri dola-dola danışan babanın özünə oxşar yeni bir taleyi çıxmışdı qarşısına. Barışa bilmədiyi uşaq taleyini ahıl vaxtında basmışdı bağrına. Baba bu uşaqlığa, doqquz aylıq südəmər körpəsinə elə sarılmışdı ki, körpəsini nəinki nənəsinə, bibisinə, xalasına, heç mən taleyi ilə savaşan, başı dərdə qarışan anasına da arxayın ola bilmirdi. Elə bilirdi bağrından qopsa körpəsi atasızlığını hiss edib onun yaşadıqlarını yaşayacaq. Bu yolla dünənə üsyan edir, qalib olacağına əmin kimi sabahlarla savaşırdı baba. "Balamın toyunu görüm, oğlumun intiqamını alım, sonra öləcəyəm", - deyə ömrünü bir əsrə qədər dartıb uzatmağa çalışırdı. Unutmuşdu hər şeyi, unutmuşdu ətrafı, unutmuşdu dünyanı, bütün yer, göy, hər nə varsa, balaca Zübeydəsinin başında qərar tutmuşdu.

Mən isə çox kiçilmişdim. Babanın bağrına basdığı körpədən də körpə olmuşdum. Evin-ocağın kiçik qızına dönmüşdüm. Ətrafım aradabir dəlisovluğumdan doğan çılğınlığımı qulaqardına vurub məni yola verirdi. Necə deyim, qabağımdan qaçırdılar. Küsəyən olmuşdum. Bilirdilər ki, sözümün qabağına söz desələr, ərk etdiyim bir yer var, ora üz tutacağam. O yer isə məni bu misralarla ovundurub yola salacaq:

A sönük ülkərim, nə deyim sənə,
Söykə taleyini günün birinə.
Al ağır yükünü çiyinlərinə,
Qızımın atası, anası qayıt...

Bu yolla yaxamı ələ alan göz yaşlarımın islatdığı göynəyən sinəmin ağrısı ilə, tüstüsünə boğulduğum ocağın bir küncünə qısılmaqla babanın timsalında analığımı izləməyə göndərəcək məni. Göndərirdi də... Ətrafı bürümüş ilahi bir nəvə-baba sevgisini izləməyə.

Baba ilə nəvəni bir-birindən ayırmaq mümkün deyildi. Kim kimdən danışırdısa, baba anasının adını verdiyi Zübeydəsindən danışırdı. Dağılmış ürəyini örtən dağ çəkilmiş sinəsinə alıb, bağrında gəzdirdiyi Zübeydəsini gün üzü görməyən, qulaq sədası olmayan sözlərlə oxşayıb, əlində çıraq, gözündə nur, dizlərində qüvvət, din, iman, çiyinlərinə qonmuş mələk, yarası yarasına oxşayan vətən bilirdi. Qoxlaya-qoxlaya, üfürə-üfürə qalmışdı. Qucağındakı bal dadan əmanətə baxdıqca qocalığını unudur, dönüb həyatın sərt üzünə şillə vurur, ikrah baxışları ilə amansız olurdu. Ömrünün əvvəlindən başlamış, qocalığına qədər gətirib çıxarmış bu intiqam hissləri ilə barışa bilmir, mübarizəsini davam etdirirdi. "Balamın toyunu görüm, oğlumun intiqamını alım, öləcəyəm" - deyən baba fikrində qəti, taleyin amansızlığına qarşı dözümlü idi. Tövşiyə-tövşiyə belinə alıb gəzdirdiyi yükün ağırlığından yorulsa da, yorğunluğunu biruzə vermirdi. Pilləkənləri üzüyuxarı qalxdıqca zirvələr fəth edib ucalırdı, ucalardan uca baba, ağ saqqallı qoca baba. Bu təsirli yaşamın içindən hər gün bir baba-nəvə nağılı, hər gün bir baba-nəvə dastanı boy verib unudulmaz xatirəyə dönür, yaddaşlara yazılırdı. Elə bu nağılda olduğu kimi...

Baba ilə nəvənin söhbəti həmişəki kimi o qədər şirin idi ki, kənardan burun soxub qarışmağa adamın ürəyi gəlmirdi. Onu da deyim ki, söhbət əvvəlkindən şirin olsa da, nədənsə qulağıma aradabir qan sədası, burnuma qan iyi gəlirdi. Təkrar-təkrar eşitdiyim "qan bir", "qan iki", "qan üç", "qan dörd" söhbətindən "qan beş"ə, "qan altı"ya keçməmiş qan başıma nə təhər vurdusa, beynimə sızmamış içəri girdim:

- Dayanın, qoymaram, - dedim.

Kəskin etirazımdan diksinən baba sağ dizində oturtdurduğu Zübeydəsini çevirib hər ikisinin üzü mənə tərəf olsun deyə sol dizində oturtdu. Amma hərəkətlərinin tam əksinə olaraq söhbətin tonunu mənə xətir dəyişdirib, mülayimcəsinə:

- A qızım, niyə əsəbləşirsən axı? Gedib adam kimi söz danışmışam, aparıb balamı oralarla tanış eləmişəm, adını da yazdırmışam. İndi nə təhər dayanaq?

- Mən anayam, icazə vermərəm ki, mənim südəmər körpəmə intiqam hissi aşılayıb, qana-qırğına hazırlaşdırasan. Bir də ki, ay baba, sizin heç birinizin qan-qan deyən vaxtı deyil axı. Səninki çoxdan keçib, bununku da hələ gəlməyib. Onu da bilin ki, mən ölməmişəm, vaxtı gələndə oğlunun - Zübeydənin atasının intiqamını alçaq düşməndən özüm alacağam.

- A qızım, bir səbrin olsun, bir dayan görək axırımız necə olur. Vallah, qan-qan deyən sənsən. Qan basmış gözlərinlə ortalığa qan salma, yavaş-yavaş anlat görək nə istəyirsən.

- Nə istədiyimi yaxşı bilirsiniz. Mən indidən uşağımın beyninə döyüş, qan yeridilməsinə yol verə bilmərəm.

Döyüş sözü balaca Zübeydəni necə qıcıqlandırdısa, özünü saxlaya bilməyib mənə qarşı çıxdı:

- Ana, mən məktəbdə heç kimlə döyüşməyəcəm, orada mən boyda uşaqlar var, hər gün gedib onlarla oynayacaq, dərs öyrənəcək, dost olacağam.

- Nə oynamaq, nə məktəb? Bəs müharibə? Bəs intiqam, qan məsələsi nə olacaq, siz nə danışırsınız? Mən də elə sevinmişdim ki...

- Qanımız gəlib də. Baba dörddür, mən üç. Babam deyir ki, sən atana oxşamısan, onun da qanı üçdür, amma babama heç kəs oxşamayıb, o tək qalıb, qanı dörddür.

- Bəlkə babanınkı da öz atasının qanından olub, narahat olma, vaxt gələr, onun da qanının eynisini daşıyan tapılar...

Artıq məndə təşviş doğuran məsələyə aydınlıq gəlmiş, yerindən oynayaraq kükrəyib qalxan qan təzyiqim yavaş-yavaş yerini bilməyə başlamışdı. Balaca Zübeydənin məktəbə getmək üçün verdiyi analizdə qan qrupunun müəyyən olunması müzakirəsi başa çatmışdı. Səbirsizliyim üzündən utanantəhər olsam da, özümdə xeyli rahatlıq hiss etmişdim.

Qaldırdığım bu yanlış hay-küyü analığıma bağışlasalar da, yəqin ki, mən bir müddət özümü qınayacaq, baba ilə nəvənin üzünə baxmağa utanacaqdım... Bir də ki, mənə nə var e... Öz yaratdığım, təşviş doğuran belə hadisələrə artıq çoxdan alışmışdım. Hər gün gözümün qabağında səhnələşən, içində bulunduğum bu hadisələrin təsirindən yayınacaq halda deyildim, içimə çəkib, ürəyimdə yoğurub, canıma-qanıma hopduraraq dəmir gücə, polad iradəyə döndərdiyim yaşımdan yaşlı, coşqun təlaşlı ömrümü sürüb aparmaq məcburiyyətində idim...

Baba ilə nəvənin sevincinin həddi-hüdudu yox idi. Bu gün məktəb həyatına qədəm qoyan Zübeydəsi onu ən böyük arzusuna bir addım yaxınlaşdırmışdı. Azacıq da olsa, toxtaqlıq tapan narahat baba çox tələsirdi. Gözlədiyi günə çatmaq üçün günləri itələyib qovan babanın səbir kasası dolmuş kimi görünürdü. Günlər də ki babanın gözündə özlərini şirin etmək üçün deyərdin bəlkə sabahı açmamış dünənə dönürdülər...

***

Ömründən qovduğu günlər babanı qocalığın ən hörmətli çağına gətirib çıxarmışdı. Arzusuna addım-addım gedərək çox illər yola salmışdı. Uzağı görməyən uzaqgörən baba əsasına söykənərək hər zaman tuş aldığı səmtə yaxınlaşa-yaxınlaşa onun son addımlığında dayanmışdı. İndi illərdir, gediş-gəlişini izlədiyi nəvəsi gələcək, babasının əlindən tutub onu evə aparacaqdı. Baba çox arxayınlamışdı, əlindəki əsasına söykənərək özünü çox güvənli hiss edirdi. Uzun illərdir gözlədiyi günlərin, "Qarabağ" intiqam savaşının və ilk savaşda canını fəda edən oğlunun yadigarı Zübeydəsinin toy gününün yaxında olduğuna əmin idi. Əmin idi həssas intiqam hissi ilə döyünən baba ürəyi. Gözlədiyi gün qapısına gəlmişdi. Zübeydəsini işğal altında olan Qarabağa gəlin köçürürdü...

Nəvəsinə xeyir-duası, hədiyyəsi Qarabağ savaşının qığılcımları oldu. Bu arzularla "xoşqədəmli gəlin ol" - dedi. Bu dəfə göz yaşlarını gizlədə bilməyib hönkür-hönkür ağladı. Bu yaşları sevincindən doğduğu üçün hamımıza göstərdi. Həyata özünü, gücünü, qabiliyyətini göstərdi baba!

Günlər-aylar sonra alışan savaş qığılcımları azğın düşmənin altına top qoyub başından tufan çıxarmışdı. Bir müddət idi evdən bayıra çıxmayan baba "sabah Zübeydə məni görməyə gələcək" - deyə təlaş içində idi. Təkcə səsini eşitmək onu qane etmirdi. Uşaqlaşmışdı baba, anasının adını verdiyi Zübeydəsini "anam gələcək" - deyib gözləyirdi. Gözü qapıda qalmışdı, nədənsə bu gün çox fərqli, həyəcanlı görünürdü. Gözləri yol çəkirdi.

Gözünü dikdiyi qapıdan qəfildən girən 3 nəfərin müjdəli xəbəri babanı yerindən oynatmışdı. Zübeydəsini axtarırdı, bu xəbəri ilk olaraq onunla bölüşmək istəyirdi.

Bir az sonra ikinci xəbər də gəldi: Zübeydəsi ana olmuşdu. Baba illərdir dərə bilmədiyi nəfəsini dərərək əllərini açıb: - "Allah, şükür" - deyərək bizə gülümsəyib getdi.

Gülə-gülə getdi baba, qanı yerdə qalmayan zabit oğlunun yanına. Zəfər müjdəsini və bu gündə doğulan qarabağlı balasının sevincini bölüşməyə. Amma baba sevincindən tələsik getdiyi üçün bir xəbəri eşitmədi. Zəfər günü doğulan qarabağlı körpə qızın qanı "qan dörd" imiş.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Dekabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri