Icma.az
close
up
RU
ƏTİRGÜL Hekayə

ƏTİRGÜL Hekayə

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

(Qardaş xalqlar ədəbiyyatı - özbək ədəbiyyatı)

Holiyor Safarov(Xolyor Safarov). 1983-cü ilin 21 fevralında Qashqadaryo vilayətinin Çiroqchi rayonu, Ayrıtom kəndində anadan olmuşdur. 2005-ci ildə Samarqand Dövlət Universitetinin Özbək filologiyası fakültəsini bitirmişdir. 2003-2008-ci illərdə «Erudit» qəzetində redaktor, 2008-2019-cu illərdə «Bekajon» qəzetində müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir.

Əsərləri Özbəkistanın nüfuzlu ədəbi nəşrlərində, həmçinin Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna və Qırğızıstanda dərc edilmişdir. «Ay batmayan gecələr» (2010), «Qanadsız quşlar» (2015), «Namus və həyat» (2019), «Anamın yalanları» (2024) adlı kitabları çap olunmuşdur. Hal-hazırda «Özbəkistan Tarixi» televiziya kanalının «Sənədli filmlər» redaksiyasının baş redaktorudur. Özbəkistan Yazıçılar Birliyinin üzvüdür.

***

Malik kişi qorxudan oyandı. Başını qaldırıb, yanında hələ də yuxuda olan oğluna baxdı. Oğul dünyanı unutmuş, həyatın dadını alırdı. O, oğlunun ayağından atıb atdığı döşəyini çiyninə çəkdi və dərin bir nəfəs aldı. Gözlərini ovuşdurub, pəncərəyə baxdı. Hələ qaranlıq idi. Bir neçə maşının gurultusu eşidilirdi, amma küçə sakitdi, səhərə hələ çox vardı. Sonra gözlərini qapıya dikdi və yavaşca digər otağa qulaq verdi. Hər şey sükut içindəydi. Orada həyat yoldaşı, başındakı şişdən ötəri xəstəxanaya düşdükdən sonra, onun iki qızı ilə bir yerdə yatırdı. Sarvigül bir həftədir məktəbə getməmişdi; qardaşının işlərinə qarışıb, yemək və təmizliklə məşğul olurdu. Şükürlər olsun ki, belə vaxtlarda onu tək buraxmırdılar.

Sübh açılsaydı – üçüncü gün: arvadı Faridə reanimasiyadadır. Hələ də özünə gəlməyib.

«Ay Allah, - gözlərini tavana dikdi Malik kişi. – Görəsən, bu iki gündür ayılmır?!..»

O, qüssəli düşüncələrin min bir küçəsində gəzinib çıxdı. Gözləri önündə qanad-qanad sağlam böyüyən övladları canlandı – və birdən tir-tir əsdi. Alt dodağını dişlədi, bir an donub qaldı. Başının altında çarpazlanmış əllərinin uyuşduğunu hiss edincə yavaşca yan çevrildi. Sanki dediklərini eşidəcəkmiş kimi mışıl-mışıl yatan oğluna pıçıltıyla səsləndi:

– Oğlum, anan mütləq gələcək...

Sonra durub pəncərəni açdı. Həmişə belə edər: səhər duranda ilk işi pəncərəni açmaq olar. Dəfələrlə bu vərdişi ona baha başa gəlib – uşaqları soyuqlayıb. Amma o, adətindən dönmür. Evə təmiz hava və həyat nəfəsi girir, deyə düşünür. Bundan həzz alır, ruhən qidalanır. Ancaq bu gün bunu hissiz-hərəkətsiz etdi. Elə-belə, formal açdı və oğlunun sərin mehə bürünüb üşüyərək yan çevrildiyini, yorğanı başına çəkdiyini görüb tez pəncərəni örtdü.

«Soyuyub xəstələnməsin. Bu da çatmırmış kimi...»

Hamamda əl-üzünü yuyarkən aynaya baxdı: parlaq gözləri solub, çöhrəsi avazıyıb. Güclü bədəninə yaraşan çiyinləri çöküb. Baxışlarında nəsə itmişdi, gözləri dərin hüznlə dolu idi. Saqqalı da uzanmışdı. Üzünü qırxmağa hövsələsi çatmadı, görünür. Tələsik silinib çıxdı və uşaqları oyatdı. Tələm-tələsik bir az səhər yeməyi verdirdi. Sonra üst-başlarını dəyişdirib, qızlarını məktəbə, oğlunu bağçaya hazırladı və Sarvigilə tapşırdı ki, günorta uşaqlara yemək bişirsin.

– Kartof qızartsam, olarmı? – çiynini sıxıb utanaraq soruşdu bacısı. – Başqa yemək bişirməyi bilmirəm.

– Olar. Təki balacalar ac qalmasın. Diqqətli ol. Axşama yumurta gətirəcəm.

Malik kişi qızlarını məktəb yoluna qədər ötürdü və dərsdən sonra birbaşa evə dönmələrini tapşırdı. Qızlar “Oldu!” deyirmiş kimi başlarını yellədilər, amma atasının artıq geri dönmək istədiyi anda böyük qızı soruşdu:

– Ata, anam nə vaxt gələcək?

– Gələcək. Ədəbli qız olub, yaxşı oxuyun – ananız tezliklə sağalıb evə dönəcək.

– Tez gəlsinlər... Anamı çox darıxmışam... – deyib atasına baxa-baxa qəfil ağladı balacası.

Qızının muncuq kimi gözlərindən süzülən yaş damcıları atanın bağrını dağladı.

– Ağlama, qızım... Anan gələcək. Anan ağappaq olub gələcək, – deyə qızının göz yaşlarını yaylıqla sildi. Sonra onu yanağından öpdü.

– Sən məktəbinə get, mən də ananı gətirib gələcəm.

Malik kişi əl-ələ tutaraq məktəb həyətinə doğru gedən qızlarının arxasınca baxdı. Sonra küçədəki dükandan oğluna “çupa-çups” alıb, onu uşaq bağçasının müəlliməsinə təhvil verdi. Bağçaya çatanadək anasını xatırlamayan uşaq tərbiyəçinin əlinə keçən kimi ağlamağa başladı.

– Ata, mən anamın yanına getmək istəyirəm!

– Əgər ağlamasan, anan özü gələcək. Mən ananı gətirməyə gedirəm axı, – deyə oğlunun saçlarını sığalladı. Sonra: – Bir də belə etsən, sənə “çupa-çups” almaram! – dedi.

– Yox-yox, Odilcan ağıllı uşaqdır. Ağlamayacaq, – deyə tərbiyəçi onu ovundurdu və içəri apardı. Malik kişi isə sürətlə avtobus dayanacağına doğru getdi. Dayanacaqda bir gəncin gül buketi ilə gözlədiyini görən kimi, yoldaşının atirgülü necə sevdiyi yadıma düşdü.

– Tapdım! – sevinclə dilləndi. – Ona bir dəstə atirgülü aparım. Gözlərini açan kimi sevinəcək. Bəlkə artıq özünə gəlib. Əgər ayılıbsa, daha da yaxşı. Gülləri ona əlimlə verəcəyəm.

Malik kişi belə də etdi. Güllərlə reanimasiya şöbəsinə gələndə, həkim bir cümlə ilə onun bütün sevincini və ümidini alt-üst etdi.

– Hələ də ayılmayıb.

Ağ xalatlı, qarınlı həkimin bu xəbəri elə adi, soyuq səslə deməsi Malik kişinin nitqini qurudub, bədənini titrətdi. Elə bil başına kərpic dəydi. Gücsüz halda qapıya söykəndi və ümidlərini yerlə bir edən həkimin yastı sifətinə baxdı. Belə soyuq xəbəri bir az izzətlə, qayğı ilə deməyən bu dilsiz həkimin dilini çəkib almaq istədi, amma əli nə etdi? Özünü saxladı. Axı indi Faridanın canı onların əlindədir! Onlar onu ölümün pəncəsindən çıxarmışdılar.

– H-hələ də?.. Niyə özünə gəlmir?.. – Malik kişi tələsik sual üstündən sual yağdırdı.

– Əməliyyat ağır keçdi. Narahat olmayın, kişi, ayılacaq.

– Axı bu gün üçüncü gündür?!

– Biz əlimizdən gələni etdik. İndi hər şey Allahdandır. Gözləməkdən başqa çarə yoxdur. Hələ ki, dözümlüdür. Baş beyin əməliyyatıdır, təsəvvür edirsinizmi?

Həkimin bu sözləri ona “şükür edin ki, əməliyyatdan sağ çıxıb” kimi gəldi və daha da pərişan etdi.

– Nə, bu... – danışa bilmədi Malik kişi. – Ayılacaqmı?

– Ayılacaq! – həkim inamla dedi.

– Elə deyin də, kişi, – deyə Malik sevinclə uşaq kimi sevinərək dərindən nəfəs aldı. – İçəri girim.

– Olmaz.

– İcazə verin, tez çıxaram, – nəfəsi içində qaldı. – Bir üzünə baxım...

Həkim başı ilə “Yaxşı, girin” dedi.

– Amma tez çıxın.

Malik kişi palataya girən kimi hər günkindən daha çox diksindi. Arvadının üzünə ümid dolu baxışlarla baxdıqca, ürəyi sanki içində çəkildi.

– Farida? – deyə çarpayının yanındakı stulda oturdu. Sonra arvadına başdan-ayağa baxdı. Onun solğun vəziyyəti Malik kişini daha da haldan saldı. Sanki səhər yuxusunu alan kimi sakit və məsum uzanmışdı. Yumulmuş gözlərinə, çökən yanaqlarına baxdı. Sonra asta əli ilə arvadının sümüyə çevrilmiş biləklərini tutdu və üzünə baxdı. Baxdı və gördü ki, elə bil solmuş bir yarpaq kimi saralmış, canı çəkilmiş bu üz, qurumuş torpaq kimi çatlamış və qabıq-bağlamış dodaqları, gözlərinin ətrafındakı bənövşəyi halqalar həyat çırağının get-gedə sönməkdə olduğunu göstərir.

– Belə etmə! – kişi titrədi. – Axı uşaqlar var... Heç vaxt belə etmə, ana...

İçini-dağlayan dərdi ürəyində boğub, asta qalxdı, arvadının solğun üzündən sakitcə öpdü. Sonra yenə stula çökdü və pıçıltı ilə dedi:

– Farida, bircə gözlərini açsan...

Qadın elə bil ərinə incimiş, fanidən üz döndərmiş kimi lal və bihuş uzanmışdı; nə ərinin göz açmasını həsrətlə gözləyən sözlərini, nə də mehriban və isti əllərinin onun barmaqlarını tutduğunu hiss edirdi.

– Farida? – deyə ər arvadının hüznlü sifətinə baxaraq danışmağa başladı.

– Elə bil qəsdən gözlərini açmırsan, hə? Bunu sənə yaraşdırırammı? Gözlərin gülmək üçün yaradılıb, sənə təbəssüm yaraşır. Tap görüm sənə nə gətirmişəm? – o, hələ də əlində tutduğu gül dəstəsini qaldırıb arvadına uzatdı.

– Sənin üçün almışam. Eşidirsənmi, ana?..

Cavabsız qalan suallar Malik kişinin boğazında düyün kimi ilişdi.

– Evdə uşaqlar səni gözləyirlər... – deyə birdən ağlamağa başladı. Sonra burnunu çəkdi. – Beləcə yatma, bir düşün! Eh, sənə bax ha... – deyə incimiş kimi arvadının əlini buraxdı, gül dəstəsini çarpayının yanındakı tumba üzərinə qoyub otaqda əsəbi halda gəzişməyə başladı.

Gözləri qarşısında hər səhər və hər axşam analarını soruşan, səs-küy salan, onun qəlbini parçalaya-parçalaya sinəsinə ox kimi sancılan uşaqları canlandı. Onların baxışları, atasından bir təsəlli, bir şəfa gözləyib ala bilməmələri, küsüb evin künc-bucaqlarında dodaqlarını büzüb oturmaları, bəzən onun əsəbləri pozulanda qulaqlarını dartmasından sonra, “Sən pis adamsan! Anamız yaxşıdır!” deyə üzünə qışqırmaları gözləri önünə gəldi.

Yenidən çarpayının yanına gəlib stula oturdu və yenə arvadının hissiz əlini titrəyən, qaynar ovucuna aldı. Biləyinin damarlarına toxunub nəbz axtardı, lakin heç nə anlamadı. Gözlərini bir nöqtəyə – qadının üzünə zillədi və dərindən kədərə qərq oldu. Elə o anda qəlblər dilə gəldi, nicat gözləyən və heyrətini itirmiş baxışlar danışmağa başladı...

«Anası...»

«Gəldinizmi?..»

«Hə. Hər gün burdayam. Nə işdə, nə evdə rahatlıq var.»

«Uşaqlar yaxşıdılar?»

«Yaxşıdılar, amma səni soruşurlar. Mən hər səhər evdən “bu gün ananızı gətirəcəyəm” deyərək onları da, özümü də ümidlə yola salıram.»

«Balacamız yaxşıdır?»

«Anası, bir az da özünü düşün! Məni yox, uşaqları darıxırsansa, gözlərini aç! Bircə baxışını görmək istəyirəm...»

«Gözlərimi darıxmısan?..»

«Ehhh!.. Mən səni ilk dəfə görməyə gələn cavan oğlanam? Zarafat edirsən? Toxun aclıqdan nə dərdi ola bilər...»

«Dərhal əsəbiləşirsən ha? Yaxşı, danışmıram.»

«Məndən incimisan? Hə?»

«Sən yaxşı adam olsaydın, mən belə uzanmazdım.»

«Hə? Soyuq su içib xəstələnsən də, günahkar mən olmalıyam?»

«Güldürmə, hər yerim tir-tir titrəyir.»

«Qoy titrəsin, amma gözlərini aç, ayağa qalx. Axı sən güclü idin!»

«İndi halım yoxdur...»

«Alınar, çalış. Yadındadırmı, böyüyümüzə hamilə olanda “Ay, necə doğacağam?” deyirdin. Amma doğdun axı? Həm də elə bəyəndin ki, iki “sifariş” də verdin.»

«Ayıb olsun, utanmırsan...»

«Dur onda!»

Elə bu vaxt qapı açıldı və həkim içəri girdi.

– Bəsdir, çıxın.

– Qardaş, bir az da qalım, – deyə yalvaran səslə xahiş etdi ər. – Baxın, hələ də özünə gəlməyib axı...

– Çıxın, çıxın.

– Qardaş...

– Özünə gəlsin, sonra gəlib istədiyin qədər danışarsan.

– Gələcək, deyilmi?..

– Gələcək…

(Ardı var)

Holiyor Safarov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:17
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 İyul 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see511

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see159

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see120

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see120

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see117

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see117

Çin “Tuencou 9” yük gəmisini orbitə göndərib

15 İyul 2025 07:50see114

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

FİFA PSJ nin baş məşqçisi və futbolçusunu cəzalandıra bilər

15 İyul 2025 07:32see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see112

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see111

Ukraynanın 55 PUA sı vurulub

15 İyul 2025 08:24see111

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see110

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see109

Meningitin müalicəsi də icbari tibbi sığorta hesabına həyata keçirilir

15 İyul 2025 10:54see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri