Icma.az
close
up
RU
Saxta estetik cərrahlar qalmaqalı səngimir Böyük pullar və... SENSASİON DETALLAR

Saxta estetik cərrahlar qalmaqalı səngimir Böyük pullar və... SENSASİON DETALLAR

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Böyük pulların dövr etdiyi bu sahədə rəqabət, yoxsa qara piar kampaniyası gedir?


Bir neçə gündür Azərbaycanda estetik cərrahlarla bağlı yayılmış informasiyalarla əlaqədar müxtəlif müzakirələr aparılır. Bildirilir ki, Azərbaycanda estetik cərrahiyə sahəsində çalışan şəxslər arasındakı bu qarşıdurma son günlərin məsələsi deyil. Belə ki, bir müddət əvvəl 17 estetik cərrah müxtəlif dövlət qurumlarına fəaliyyət göstərdikləri sahədəki digər 50-yə yaxın həmkarları barədə şikayət məktubları göndəriblər. Aralarında Vüqar Ələkbərov, Adil Cümşüdov, Dilqəm Məhərrəmov, Mahir Əliyev, Dilqəm Məmmədov və digərlərinin də olduğu həmin qrup plastik cərrahiyyə sahəsindəki vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarının tədbirlər görməsini tələb edib. (Qafqazinfo) Bundan sonra dövlət qurumları həmin estetik cərrahlar və işlədikləri klinikalarla bağlı araşdırmalara başlayıb. 10-a yaxın klinikada tibb işçilərinin ixtisasına uyğun fəaliyyət göstərməməsi müəyyən edilərək onların barəsində inzibati tədbirlər görülüb. Bunlardan bəziləri haqqında mətbuata da məlumat verilib.

Lakin qarşı tərəf də 50-yə yaxın estetik cərrahdan şikayət edən 17 həmkarının bir çoxunun özünün də müvafiq ixtisasının olmadığını, rezidenturadan keçməməsini bildirir. Belə ki, estetik cərrahiyyə ixtisası ölkəmizdə son 3-4 ildir formalaşsa da, şikayətçilərdən bəzilərinin 20 ildir plastik cərrahiyyə əməliyyatları etməsi məlum olur.

Bununla yanaşı, adları çəkilən, yəni həmkarlarından şikayətçi olan plastik cərrahların bir çoxunun ali təhsilinin tibb sahəsi üzrə olmaması da qeyd edilir. Barələrində şikayət edilmiş tibb işçiləri bildirir ki, 50 həmkarının cəzalandırılmasını istəyən həkimlər arasında Azərbaycan Beynəlxalq Universitetinin, Odlar Yurdu Universitetinin məzunu olanlar da var.

Həmçinin qeyd edilib ki, 17 estetik cərrahın qurumlara etdikləri şikayətlərdə digər cərrahların insan sağlamlığına önəm verməməsi, ağırlaşmaların olması vurğulanır. İnternet resurslarında və əvvəllər dövlət qurumlarına edilmiş müraciətlərdə isə həmin həkimlərin öz xəstələrinin də dəfələrlə onlardan şikayətçi olmasına dair məlumatlara rast gəlmək olur.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova İnstagram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib. O, həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia edib. Qarşı tərəf isə Q.Ataşovanın özünün kimlərinsə sifarişini yerinə yetirdiyini iddia edib. Məsələ bağlı Qənirə Ataşova Musavat.com-a danışıb. Jurnalist “Necə oldu ki, Bakıdakı saxta diplomlu həkimlər barəsində araşdırma aparmaq qərarına gəldiniz?” sualına belə cavab verib: “Sosial şəbəkələrdə özünü bloger, həkim və sairə adlandıran bir xanımın tez-tez vaginoplastik prosedurlarla bağlı açıq-aşkar paylaşdığı videolarla qarşılaşırdım. Düşündüm ki, bu xanım kimdir ki, otağında ədəbsizcəsinə xalqımızın qadınlarını videoya çəkir. Onun haqqında araşdırma apardım və məlum oldu ki, Günel Əzizova nəinki həkim, heç tibb işçisi deyil, amma özəl klinikalarının birində vaginasiya və vaginaplastika kimi ciddi əməliyyatlar edir. Bununla bağlı özünə və xəstəxanaya sorğular yazdım. Bu zaman müğənni Xatirə İslam mənə səs göndərdi ki, "Günel Əzizova mənim bacımdır, ona toxunma, onun kurslarının pulunu mən özüm ödəmişəm". Onun çalışdığı klinika da “feyk”dir. Həmin klinika vaxtilə ölkənin güclü nazirlərindən birinin əhatəsində olub, sonra isə kiməsə satılıb. Günel Əzizovanın özü əməliyyat apara bilmədiyindən, işə peşəkar cərrahları cəlb edir və pulu onlarla yarı bölür. Yəni əslində klinikaya xəstə cəlb edən, aldadandır. Xalqın sağlamlığı üzərində “bazarlıq” etmək olmaz! Dövlətin bir nəzarət mexanizmi olmalıdır ki, hər yerindən duran özünə həkim deməsin.

Beləliklə də mən öyrəndim ki, insanlar kurs keçərək, Bakıda əyninə tibbi xələt geyinib, əməliyyatlara, müayinələrə girir, insanların taleyi ilə oynayır. Sosial media üzərindən araşdırmalar apararkən xeyli insanlar mənə yazmağa başladı. Onların arasında daha çox uğursuz plastik əməliyyatlardan əziyyət çəkənlər idi. Həmin şəxslər özlərinə artıq vəkil tutublar və mən də onların vəkilləri ilə danışarkən qalmaqala səbəb olan siyahıya gəlib çıxdım.

Məlum olduğu kimi, 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər həkim ola bilməz. Amma heç bir estetik cərrah bu ixtisas üzrə rezidentura təhsili almayıb. Sual yaranır: Bəs necə oldu ki, bu adamlar rezidentura keçmədən istisas dəyişimi edib, estetik cərrah oldular? Sizcə, 9 günə ixtisas dəyişimi etmək olarmı? Bir vətəndaş kimi şəxsən siz öz taleyinizi 9 günə ixtisas dəyişən həkimə həvalə edərdiniz?"

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, hazırda geniş vüsət alan estetik cərrahlıq ümumi cərrahlığın yeni sahəsidir: “Bu istiqamətdə əvvəllər də əməliyyatlar həyata keçirilib. Hazırda isə çox geniş vüsət alıb. Estetik cərrah olan şəxslərin hər birinin ümumi cərrahlıq təcrübəsi olmalıdır. Bəzi ölkələrdə bu 7 bəzilərində 5 ildir. Yəni rezidentura bitdikdən sonra həmin şəxslərin ümumi cərrahlıq praktikası olmalıdır. Çünki estetik əməliyyatların böyük əksəriyyəti üzdə, qarının ön divarında və bədənin digər yerlərində aparılır ki, bu da anatomiyanın dəqiq bilicisini tələb edir. Bu baxımdan da ümumi cərrahi prinsiplərə yiyələnmək çox vacibdir. 

Əgər kimsə bu sahədə Azərbaycan qanunvericiliyini, qaydaları pozursa, saxta diplomla və yaxud sənədlə fəaliyyət göstərirsə, təbii ki, hüquqi cəzasını almalıdır. Səhiyyə Nazirliyi, Azərbaycan səhiyyəsindən məsul olan qurumlar və hüquq-mühafizə orqanları bu məsələdən məsuliyyətlidir. Hesab edirəm ki, əgər bu faktlar ortaya çıxıbsa, məsələ açılıbsa bütün amillər detallaşmalıdır. Birdəfəlik hər kəs bilməildir ki, ölkədə estetik cərrah necə, hansı sənədlərlə işləyə bilər. Buna bir aydınlıq gətirilməlidir".

Xatırladaq ki, bu ilin may ayında Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı daxil olmuş çoxsaylı müraciətlər əsasında estetik cərrahiyyə və kosmetoloji fəaliyyət sahəsində qanun pozuntularına yol verən şəxslər, eyni zamanda bu əməliyyatların aparıldığı 9 klinika və kosmetoloji mərkəzin rəhbərləri məsuliyyətə cəlb olunmuşdu.

Hüquqşünaslar bildirir ki, estetik həkimlərin səhlənkarlığı nəticəsində, hər hansı zərərin olması ilə bağlı Cinayət Məcəlləsində  və İnzibati Xətalar Məcəlləsində ayrıca  qərar yoxdur. Amma ümumiyyətlə, bu tip əməllər Cinayət Məcəlləsinin 314- cü maddəsi ilə məsuliyyətə səbəb ola bilər. Yəni müvafiq fəaliyyətlə məşğul olmasına dair lisenziyası olmayan şəxs tərəfindən bu hərəkətlər həyata keçirilirsə, həmin şəxslər İnzibati Xətalar Məcəlləsinə, lisenziyasız fəaliyyətlə məşğul olmağa görə məsuliyyətə cəlb oluna bilərlər. 

Həkimin səhlənkar, vicdansız münasibəti nəticəsində 2 ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilir. Eyni əməllər zərərçəkmişin ölümü və digər ağır nəticələrə (sifətin eybəcərləşməsi, geriyə dönüşü olmayan hal) səbəb olarsa, həkimi 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bir sual da açıq qalır: böyük pulların dövr etdiyi bu sahədə rəqabət, yoxsa qara piar kampaniyası gedir?   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 Noyabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see134

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see131

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see130

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see130

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see127

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see126

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see125

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see124

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see121

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see120

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see119

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see119

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see118

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see118

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see116

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see116

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see111

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see110

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri