Icma.az
close
up
RU
Cəlil Məmmədquluzadə: xatirələrdən görünən obraz

Cəlil Məmmədquluzadə: xatirələrdən görünən obraz

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru

150 illik möhtəşəm bir tarixə malik olan Azərbaycan mətbuatının keçdiyi yolda öz izini, səsini tarixin yaddaşına həkk edən yüzlərlə qəzet və jurnallar fəaliyyət göstərib. Başda “Əkinçi” olmaqla, zamanın doğurduğu ictimai ağrıları, milli dərdlərimizi cəsarətlə yazan, xalqın gözünü açmağa çalışan klassik mətbuatımızın bir qisminin fəaliyyəti araşdırılıb, bəzilərinin ərəb qrafikasından yeni əlifbaya transliterasiyası da həyata keçirilib. Lakin hələ də bir çoxunun saralıb qurumuş səhifələrində dövrün təbəddülatlı mənzərəsini, xalqın ictimai-sosial halını, həyat tərzini və mübarizə tarixini əks etdirən mətnlər araşdırılmamış qalır. Bütün bunlar klassik mətbuat tariximizin müxtəlif aspektdən öyrənilməsini zəruri edir. Lakin tədqiq olunmuş bir sıra qəzet və jurnalların da bu gün fərqli prizmadan və yeni baxışla öyrənilməsi zərurət kimi qarşıda durur.

Bu ətrafda düşünərkən ilk olaraq Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalını nəzərə alıram. Doğrudur, mədəni abidələrimizdən sayılan bu satirik jurnalla bağlı zaman-zaman araşdırmalar aparılıb, tədqiqat əsərləri yazılıb. Firidun bəy Köçərlidən başlamış, Ə.Şərif, Ə.Mirəhmədov, M.C.Paşayev, F.Hüseynov, İ.Ağayev, Q.Məmmədli, X.Əlimirzəyev, İ.Həbibbəyli və digər ədəbiyyatşünas alimlər bir çox istiqamətdən “Molla Nəsrəddin”i tədqiqatın predmeti ediblər. Mənə gəlincə, “Molla Nəsrəddin” Mirzə Cəlil obrazının daha canlı və insani keyfiyyətlərini aydınladan ən möhtəşəm əsərdir. Bu obrazın xarakterik cizgilərini incəliklə açan, cilalayan həm də ədibin “Xatiratım”, Həmidə Məmmədquluzadənin “Mirzə Cəlil haqqında xatirələrim” əsərləri, o cümlədən qələmdaşlarının, əməl-məslək dostlarının, onu yaxından tanıyan insanların müxtəlif illərdə qələmə aldıqları xatirə yazılarıdır. Təbii ki, yazı üzərində işləyərkən həmin mənbələrə bir daha qayıdaraq yaddaşımı təzələdim...

lll

Hələ bu xatirələr yazılmamışdı. Hələ o zamandı ki, Mirzə Cəlil gəncliyində hara gedirmişsə, özüylə bir topa kağız götürürmüş ki, boş vaxtlarında cızma-qara eləsin. O səbəbdən ki, ürəyində yazıb-yaratmaq eşqi çağlayırdı. Sonralar bu istəyini yada salaraq deyirdi: “Ax, necə arzu edirdim ki, mən də sahibi-ixtiyar olub, ürəyimin dərdlərini meydana qoyub, intişar edə biləm...”

Nəhayət, zaman yetişdi “Molla Nəsrəddin” jurnalının meydana gəlməsi həm də böyük ədibin arzusunun gerçəkləşdiyi mühüm bir hadisə kimi mətbuat tariximizə yazıldı...

119 il əvvəl Azərbaycan xalqının ictimai dərdlərindən göyərən “Molla Nəsrəddin” jurnalı tənqid, ifşa, eyham yolu ilə həqiqəti söyləyir, xalqın gözünü açmağa çalışır, ictimai fikrin inkişafına kömək edirdi. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkə və şəhərlərində - Nyu-Yorkda, Hindistan, Kəlküttə, London, Berlin, Paris, Roma, İstanbul, Misir, İran, Rusiyanın isə demək olar ki, hər yerində jurnalı böyük maraqla oxuyurdular.

Mirzə Cəlil hələ jurnalın nəşrinə hazırlıq dövründən işinin ana xəttini müəyyən etmişdi. Jurnal fəaliyyəti boyu Azərbaycan mühitinin real mənzərəsini natural bir təsvirdə canlandıracaqdı. Necə ki: “Mən axundlar üçün, dərin savadlılar üçün yazmıram, ona görə də gərək mənim dilim sadə və anlaşıqlı olsun”, - deyən ədib dilin sadəliyini, təmizliyini qoruyub saxladı.

Jurnalın sahibi-ixtiyarı, redaktoru Cəlil Məmmədquluzadə olsa da, onu “yeridən”, “ətə-qana gətirən” həm də yazıçının məsləkdaşları idi. Mirzə bu həqiqəti etiraf edir, “Xatiratım” əsərində məsləkdaşlarının ədəbi zəhmətini dəyərləndirərək yazırdı: “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”. Bu, böyük aydının birgə çalışdığı qələmdaşlarının zəhmətinə dəyər verməsi, portretinə çəkilmiş qədirkeşlik cizgisi idi ki, haqqında yazılmış bir çox xatirələrdə müəlliflər belə səciyyəvi cəhətləri yazıçının obrazında çox incəliklə təsvirə alıblar.

M.Cəlilin güclü ədəbi yaddaşı vardı. Uşaqlıq çağlarında müşahidə etdiyi dini ayinlər, namaz, orucluq, digər adətlər haqqında xatirələrini, həyat-yaşam lövhələrini, ümumən “Mirzə Cəlil dövrü”nün mənzərəsini bir detalı belə, unutmadan qələmə aldığı təəssürat-təsvirləri qüdrətlidir.

Bəs “Molla Nəsrəddin”in yaranması ideyası hardan qaynaqlandı? Mirzə Cəlilin həyatında baş vermiş bir məqam - Tiflisdə Məhəmməd ağa Şahtaxtlı ilə qarşılaşması və onun “Şərqi-Rus” qəzetində işləməyə dəvət alması, ürəyinin dərdlərini meydana qoyub, intişar etməsinə açılan qapı oldu. Bu qəzetə gəlişi həyatında ciddi dəyişiklik yaratdı, mütərəqqi fikirlərinin formalaşmasına təkan verdi. Yazıçı o məqamları belə dəyərləndirirdi: “Şərqi-Rus” iki babətdən mənim üçün xoş, qiymətli yadigar olur. Birinci tərəfi budur ki, möhtərəm ədibimiz Məhəmməd ağa Şahtaxtlı məni öz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daxil etdi. İkinci tərəfi odur ki, bu qəzetin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun varlığı ilə, onun yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. Daha doğrusu, onunla bərabər, onunla birlikdə “Molla Nəsrəddin” məcmuəsini bina etdik...” Yaxud da çoxdan bəri jurnalla əlaqəsi kəsilmiş Əli Nəzmidən nigaran qalan Mirzə Cəlil “İdarədən” başlıqlı kiçik bir yazıda narahatlığını bildirirdi: “Neçə il ayrı düşəndən sonra yada salırıq yoldaşımız və ikinci Sabirimiz “Kefsiz”i (Məşədi Sijimqulunu)”. Harda olduğunu bilmədiyimiz üçün ondan bir xəbər tuta bilmədik. Ümidvarıq ki, tez bir vaxtda öz lətafətli şeirləri ilə məcmuəmizi zinətləndirəcəkdir”, - deyib onu axtarırdı. Hər iki xatırlama yazıda Mirzə Cəlilin qələmdaşlarının zəhmətinə bunca dəyər verməsi onun portretində aydın nəzərə çarpan cizgilərdir.

Etibarlı, qədirbilən insan kimi yaddaşlarda qalan Mirzə Cəlili xatırlayanlar yazırlar ki, o, şəxsi həyatında olduqca səmimi bir insan, musiqini sevən, hamı ilə xoş rəftar edən, olduğu, göründüyü yerlərdə hər kəsin məhəbbətini qazanan şəxsiyyət idi. Mirzə Cəlilin xarakterində, həyat vərdişlərində müşahidə edilən bu cəhətlər onun insani keyfiyyətlərindən doğan, obrazına mükəmməllik gətirən ştrixlərdir. Dövrün yeni Adamı, xalqın həyatında mədəni, sosial inqilabı başladan bir qüvvə timsalında görünürdü. Bu baxımdan Əbdürrəhim bəy Haqverdiyev Mirzə Cəlili və jurnalın fəaliyyətini obrazlı şəkildə belə dəyərləndirirdi: “Molla Nəsrəddin” jurnalı və xüsusən Cəlil Məmmədquluzadə haqqında xatirat yazmaq, demək, 27 sənə bundan qabaq işə düşmüş və 25 sənə dolanmaqda davam edən bir çərxi nəzərə gətirmək deməkdir. Bu çərxin məhvəri Mirzə Cəlil və onun jurnalı idi”.

Təbiətən azdanışan, sakit, alicənab və təmkinli olan Mirzə Cəlil müsahibini başa salmaqda, düz yolda olmayana təsir etməkdə, təlim-tərbiyədə mahir idi. Bu, bəlkə də onun müəllimliyindən, hal-xasiyyətindən irəli gəlirdi. O, qorxu, kin-küdurət bilməyən xeyirxah, təmiz qəlbli bir insan idi. Ə.Nəzmi xatırlayırdı ki, Qarabağdan bir şair Mirzənin haqqında həcviyyə yazmışdı. Sonralar redaksiyaya gələr, Mirzə Cəlil keçmişi nəzərə almadan həmin şairə hörmətlə yanaşar, hətta jurnalda yazılarına yer verərdi. Ə.Nəzmi bunun səbəbini soruşanda deyərmiş ki, nə olar, o, pislik edib, biz əvəzində ona yaxşılıq edərik, keçmişdə nə olub, olub, kin saxlamaq yaxşı deyil... Mirzə Cəlil gənc müxbirlərə tövsiyə edirdi ki, çalışın yazılarınızda şəxsi-qərəzlik olmasın, bir də qısa və məzmunlu yazmağı öyrənin.

Həyatda heç bir hadisə təsadüfən baş vermir. Tanrı hər kəsə doğulduğu gündən bir tale yazır. Allah Həmidə xanımı Mirzə Cəlilin qarşısına da bir zərurət kimi çıxarmışdı. Belə olmasaydı, bəlkə, tarixin məhvəri başqa cür fırlanardı. Həmidə Cavanşir C.Məmmədquluzadənin təkcə həyat yoldaşı deyil, ideoloji mübarizədə əməl, məslək dostu oldu. Cütlük birgə vardıqları yolda daim bərabər irəlilədilər. Həmidə xanımın xatirələrində Mirzə Cəlil çox məkanda təsvir olunur: Tiflisdə, Bakıda, Qarabağda, İranda, Borjomda... Təbrizdə olduğu vaxtda (1921) jurnalın 8 sayını çıxarmışdır. Amma orada yaşadığı müddətdə Azərbaycan üçün çox qəribsəyir. Sovetlər hakimiyyətini möhkəmlətdikdən sonra M.Cəlil dərhal geri qayıtmağını düşünür və deyir ki, güman edirəm, indi orda mətbuat tam azaddır və məni ora çəkən də ən çox bu cəhətdir... Mirzə belə bir şəraitdə xalqa daha çox xeyri dəyəcəyini düşünürdü.

Cəlil Məmmədquluzadə ədəbi yaradıcılığın bir çox növ və janrlarında əsərlər yazdı. Məqalələr, felyetonlar, publisistik yazılar, hekayə, povestlər, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatı və mətbuatına yeni məzmun, ideya gətirdi. Lakin Mirzə Cəlil obrazının ən mükəmməl detalını, cizgisini tamamlayan “Molla Nəsrəddin” jurnalı oldu. Başqa sözlə, bu məcmuənin 25 illik fəaliyyəti dövründə Cəlil Məmmədquluzadənin mükəmməl portreti yarandı. Bir çox şair və ədiblərin yaradıcılıqları ilk dəfə “Molla Nəsrəddin”də göründü, formalaşdı. Bir mühüm məqam da vardı ki, mövzunu da onlara Mirzə Cəlil verirdi. Necə ki, Əbdürrəhim bəy yazırdı: “Sabiri “Sabir” edən “Molla Nəsrəddin” oldu. Təb Sabirin idi, qafiyəpərdazlıq Sabirin idi, istedadı-şeiriyyə Sabirin idi, fəqət, mövzu verən “Molla Nəsrəddin və Mirzə Cəlil oldu”. Baxın, sanki zamanın nəbzi “Molla Nəsrəddin”in “ürəyində” döyünürdü...

Mirzə Cəlil harda olurdu, nə iş görürdüsə, yeni mövzu ətrafında düşünür, personajlarını göz önündən keçirir, ürəyində onlarla “həsbi-hal” edirdi. Ya da oturduğu yerdə, yainki küçədə getdiyi zaman heç bir səbəb olmadan gülümsəyirdi. Bu, çoxlarına qəribə gəlir, bəziləri bu gülüşləri yersiz sayırdı. Əslində Mirzə Cəlil daim gülməli bir mövzu ətrafında düşündüyündən canlandıracağı mənfi tiplərə gülürdü. M.S.Ordubadi Mirzənin cəsarətli, qorxmaz bir ədib olduğunu xatırlayaraq yazırdı: “Diri ikən ikiüzlü ziyalılara, qarınqulu ruhanilər, həris, xəsis tacir və hacılara gülən Mirzə Cəlil ölürkən də ölümün üzünə gülürdü...”

“Molla Nəsrəddin” Mirzə Cəlilin bir növ mənəvi övladı statusu adını aldı. İllər boyu balasını qoruyan ata kimi jurnalı da riyakarlardan, fanatiklərdən qorudu, böyütdü və özü də onunla birgə böyüdü. Bizimsə böyük Mirzə Cəlildən və onun jurnalından hələ öyrənməli olduğumuz çox mətləblər var. Bu baxımdan “Molla Nəsrəddin”i fərqli bir istiqamətdən araşdırıb öyrənmək yeni nəsil tədqiqatçıların üzərinə düşür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyun 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see490

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see277

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see207

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see125

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see123

“Rusiyanın təklifləri qəbuledilməzdir” Zelenski

04 İyun 2025 19:51see119

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see118

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see117

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see116

Azərbaycan boksçuları Gürcüstandakı turnirə qatılacaqlar

04 İyun 2025 20:09see116

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see115

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see115

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see114

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see113

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see113

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see113

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see111

Həmrəylik nümayişi, həm də bir xalq olaraq şərəfli missiyamızdır

04 İyun 2025 21:29see110

“Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransı keçirilir

04 İyun 2025 19:58see110

Sürücülərin diqqətinə Sabahdan etibarən...

05 İyun 2025 10:46see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri