Icma.az
close
up
RU
Beş ay əvvəl təyin olunan ekspertiza keçirilməyib Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmə

Beş ay əvvəl təyin olunan ekspertiza keçirilməyib Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmə

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda müştərinin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərrux Əsgərov və Rabil Tağıyevlə bağlı iddia üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Əminə Abbasovanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, məhkəmənin yanvar ayında təyin etdiyi ekspertiza keçirilməyib.

Təyin olunan ekspert məhkəmə iclasına 1 həftə qalmış başqa işlərinin olması ilə əlaqədar işə baxa bilmədiyini bildirib. Zərərçəkən Maqda Kovalyova təyin olunan müddətin bitməsinə qısa müddət qalmış belə bir addım atılmasına etirazını bildirib.

Daha sonra məhkəmədə özəl ekspertizanın təyin edildiyi açıqlanıb.

Prosesin davamında təqsirləndirilən Fərrux Əskərov Maqda Kovalyovaya dəymiş ziyanın 31 min manat olduğunu bildirib. Maqda Kovalyova buna etiraz edərək dəymiş ziyanın 34 min 500 manat olduğunu deyib. O, əlavə edib ki, bununla bağlı sübutlar məhkəməyə təqdim edilib.

Fərrux Əskərov onu da deyib ki, təmirin bitməsinə az qalanda ev sahibi açarı alıb və onları məhkəməyə verəcəyini bildirib. O, problem yaranmasında səbəbkar kimi usta kimi çalışan Rabil Tahirov olduğunu deyib.

Lakin iddiaçı tərəf bildirib ki, onlar təmiri iyulda bitirəcəklərini desələr də, təmir noyabrda bitmədiyi üçün açar onlardan alınıb.

Məhkəmənin gedişindən narazı olan iddiaçı qarşı tərəfin barışıq üçün addım atmaq istəmədiyini deyib: “Mənə heç nədən qorxmadıqlarını bildirirlər. Hətta prosesdə özlərini intizamsız və kobud aparırlar. Deyirlər ki, işi görən Rabildir, sən iddiadan imtina ilə bağlı ərizə yaz, işə xitam verilsin. Sonra yenidən Rabili məhkəməyə ver. Lakin mən Rabilə pul verməmişəm, bütün pullar Fərruxa vermişəm”.

Proses iyunun 25-də davam etdiriləcək.

Qeyd edək ki, cavabdeh Fərrux Əsgərov və Rabil Tağıyev şifahi razılaşma əsasında evi təmir edib təhvil veriləcəyi ilə bağlı öhdəlik götürərək iddiaçılar Vladimir Kovalyov və Maqda Kovalyovadan ümumilikdə 33 268 manat pul alıb. Lakin o, evin təhvil vaxtını dəfələrlə müxtəlif bəhanələr gətirərək təxirə salıb. Evi tam təhvil vermədiyi üçün iddiaçı tərəf cavabdehdən evin təmiri üçün xərclənməmiş 18 min manat vəsaiti tələb edib və bununla bağlı polisə müraciət olunub. Cavabdeh tərəf onlardan vaxt istəyərək 10 gün ərzində evi təhvil verəcəklərini bildirsələr də, heç bir addım atılmayıb. Daha sonra iddiaçı tərəf məhkəməyə müraciət edib.

Zərərçəkən şəxs bildirib ki, Fərrux Əskərov evin pəncərəsini yandırıb, pəncərə kənarlarını qırıb. Bunun səbəbini soruşduqda isə ustaların etdiyini bildirib. Bununla yanaşı, eyvanda olan 3 pəncərə də düzgün yerləşdirilməyib. Maqda Kovalyova, taksi sürücüsü kimi fəaliyyət göstərın Fərrux Əskərovun vasitəçi olduğunu bildirib.

Qeyd edib ki, Fərrux Əskərov birinci xərclər smetasında ümumi xərci 23.470 manat göstərib. Rabil Tağıyevin tərtib etdiyi smetanın məbləği isə 17.470 manat təşkil edib. Təmirə başlayan zaman Fərrux Əskərov az vəsait xərcləmək üçün ucuz inşaat materiallarından istifadə edəcəyini və öz haqqını ustaların pulundan götürəcəyini deyib: “Aydındır ki, o, smetada fərqli qiymət göstərərək bizi aldadıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 İyun 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri