Icma.az
close
up
RU
Saxta estetik həkim qalmaqalı böyüyür: “Böyük pullar, maxinasiyalar...”

Saxta estetik həkim qalmaqalı böyüyür: “Böyük pullar, maxinasiyalar...”

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

“Düz 44 gündür ki, xalqımızın sağlamlığı üçün bu yolda təkbaşına mücadilə aparıram. Sağ olsun indi rəsmi orqanlar köməyə gəldi. Yaşadıqlarım, çəkdiklərim sizin gözünüzün qarşısında oldu. Heç bir paylaşımım yalan üzərində qurulmadı. Həqiqətləri, olduğu kimi üzə çıxartdım. Lakin bu mücadilə asan deyil”.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında yazıb. Azərbaycanda fəaliyyət göstərən diplomsuz həkimlərlə bağlı paylaşımlarla gündəmə gələn jurnalist bunları əlavə edib:

“Adını çəkdiyim insanların və klinikaların arxasında böyük pullar, maxinasiyalar dayanır. Bu pulların gücü ilə onlar məni hücumlara məruz qoyurlar. İnstaqram hesabımdan silinən videolar, paylaşımlar, hətta səslər – hamısı bu şikayətlərin nəticəsidir. Düşünün, Ülviyyə İlyasovanın (plastik-cərrah Ülviyyə İlyasova -red.) qurbanı olan Səbirə xanımın anasının səsi belə hesabımdan silinib. Məni qınayanlar da az deyil. Bəzən mesaj yerinə yazılan mesajlar, şərhlər məni incidir. Sanki mənə deyil, özlərindən gözlədiklərini etmədikləri üçün məni günahlandırırlar. Bəs bir dəfə də siz irəli gedin, bir saxtakarı ifşa edin. Sadəcə şikayət edin, məlumatları paylaşın”.

İzləyicilərinə müraciət edən Ataşova onlardan yardım istəyib:

“Şəkil göndərir və əmrlə “araşdır” deyirsiniz, amma siz nə edirsiniz? Mən nə dedektivəm, nə də hüquq-mühafizə orqanı. Mən təkəm. Bu mübarizəni də insanlıq üçün edirəm, Allahdan başqa heç kimdən də qorxum yoxdur. Onların pulu, əlaqələri mənim yolumu bağlaya bilməz. Amma unutmayın ki, mənim də səbrim və gücüm bir yerə qədərdir. Bu yolda nə qədər əlacsız və yaralı insanlarla tanış oldum. Onların dərdlərini dinlədim, bədənlərindəki izləri gördüm. Başa düşdüm ki, 44 gün əvvəl dünyanın ən xoşbəxt insanı idim. Bunu anlamırdım, çünki bugünkü qədər dərdli deyildim.

Plastik cərrahiyyənin arxasındakı reallığı bilsəniz, hər həkimə getməzsiniz. Bu mübarizədə mənim heç bir komandam yoxdur, tək işləyirəm. Evdə oğlum belə işlərimdən şikayət edir: “Ana, niyə yemək bişirmirsən?” deyir. Amma mənim gücüm yalnız bir yerə qədər çatır.

Rica edirəm, qınamaq əvəzinə, siz də bu yolda bir addım atın. Yazıb “niyə filan paylaşım silindi” deyə soruşmayın. Paylaşdım, siz də götürüb öz hesabınızda paylaşın. Hesabımı bağlayanda siz nə edirsiniz? Dəstək olmaq istəyirsinizsə, iş görərək olun, qınayaraq yox”. (“Yeni Sabah”)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://publika.az
archiveBu xəbər 13 Dekabr 2024 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri