Icma.az
close
up
RU
Saxta olduğu deyilən olimpiada ilə bağlı Açıqlama

Saxta olduğu deyilən olimpiada ilə bağlı Açıqlama

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, “Global Olympiad Center” tərəfindən Dubayda təşkil olunan FISO beynəlxalq yarışmasının saxta olması ilə bağlı iddialar yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə paylaşım edən AMEA-nın Riyaziyyat və mexanika institunun aparıcı elmi işçisi, valideyn Vəfa Məmmədova özü və övladının yarışda iştirakı üçün həmin şirkətə 5 min manat ödəniş etdiyini deyib. Ana yarışa onunla bəbabər, 200-ə yaxın şagird və valideynin qatıldığını əlavə edib. 

V.Məmmədovanın iddiasına görə, həmin yarışmaya gələnlər arasında Mozambik, Özbəkistan, Gürcüstandan 1 nəfər, Türkiyədən 2 nəfər olub, qalan iştirakçılar isə azərbaycanlı imiş.

Problemlə bağlı “Global Olympiad Center”lə əlaqə saxladıq. Mərkəzin direktoru Xəyal İbrahimzadə ünvanlarına söylənilən ittihamların əsassız olduğunu bildirdi: “FISO beynəlxalq yarışması Dubayda 13-17 iyul tarixlərində keçirilməli idi. Ölkə mərhələsində medal əldə edənlər finala vəsiqə qazanmışdılar. Ötən il olduğu kimi, bu il də final Dubayda və Koreyada keçirilirdi. Biz valideynlərlə görüşüb onlara bütün prosesi, o cümlədən ödənişlə bağlı ətraflı izahı vermişdik. Finala getmək isə könüllü idi, Vəfa xanım da həmin valideynlərdən biri idi. Ayın 13-də biz hava limanında olarkən İsrailin İranı bombalamasına görə uçuşlar dayandırıldı. Bütün ölkələr ayın 13-də orada olsa da, biz gedə bilmədik. Ayın 14-də imtahan olmalı idi, biz təşkilatçıdan xahiş etdik ki, bizə görə yarışı bir gün sonraya 15-nə dəyişsinlər. Uçuşlar bərpa olunandan sonra biz Dubaya uçduq. Lakin ölkələrin çoxu 15-i iştirak etmişdi. Təşkilatçıdan xahiş etdik ki, ayın 16-da mükafatlandırılma olan günü bizim uşaqlar üçün həm də yarış keçirilsin. 3 günə olacaq prosesi 1 günə sığışdırdıq”.

Direktor qeyd edib ki, əgər sərhədləri dünya ölkələri tərəfindən tanınan ən azı 3 ölkə iştirak edirsə, bu beynəlxalq yarışma sayılır: “Burada isə 14 ölkə - Türkiyə, Rusiya, Vyetnam, Çin, Qazaxıstan, Qırğızıstan, Malayziya, Bolqarıstan və s-dən nümayəndələr iştirak edib. FISO-nun tərəfdaş ölkələri arasında, ümumiyyətlə, Avropa ölkələri yoxdur. Azərbaycan kimi ölkələrdən şagirdlərin beynəlxalq universitetlərə qəbul almağı üçün beynəlxalq yarışlardan, olimpiadalardan mükafatlar daha çox şans deməkdir. FISO isə olimpiada deyil, beynəlxalq yarışdır. Biz həmin valideynə deməmişik ki, FISO nəticəsi hər hansı universitetə qəbul verir. Bu, sadəcə üstünlük qazandırır. FISO-nun saytında 40-da yaxın ölkə qoşulması ilə bağlı məlumat var və hər ölkə turunda nə qədər iştirakçı olduğu, neçə nəfərin qalib olması ilə bağlı məlumatlar yer alıb. Həmin valideynin ittihamları əsassızdır, arxasında kimlərsə dayanır, şər-böhtandır”.

X.İbrahimzadə həmçinin əlavə edib ki, sözügedən məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunub.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 İyun 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri