Icma.az
close
up
RU
Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar?

Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar?

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Qızılın investisiya aləti kimi dəyərinin artması bu sahədə fırıldaqçılıq hallarını da bərabərində gətirir. Alıcılar bəzən aldıqları məhsulun keyfiyyətinə əmin olmaq istəyirlər.

Qızılın qiymətinin kəskin bahalaşması bu sahəyə marağı artırmaqla yanaşı, dələduzluq risklərini də yüksəldib. Xüsusilə investisiya və ya yığım məqsədilə qızıl alan vətəndaşlar üçün bazarda qeyri-şəffaflıq problemi daha qabarıq hiss olunur. Alıcılar iddia edirlər ki, bəzi satışa təqdim olunan qızıl məmulatlarının üzərində göstərilən əyar ilə faktiki tərkibi arasında uyğunsuzluq var.

Bu halda alıcılar aldıqları qızılın həqiqətən təmiz və göstərilən əyara uyğun olub-olmadığını necə müəyyənləşdirə bilərlər? Qızılın keyfiyyətini yoxlatdırmaq üçün hansı rəsmi və etibarlı mexanizmlər mövcuddur?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Vətəndaş aldığı qızılın keyfiyyətinə şübhə edərsə...

Qızıl işi ilə məşğul olan Aynurə Qələndərova deyir ki, fırıldaqçılıq halları daha çox brilyant və yüksək əyar qızıllarda müşahidə olunur: "Qızılın dünya bazarındakı qiyməti hər gün dəyişdiyi üçün alış zamanı fərqli mənbələrdən müqayisə aparmaq tövsiyə olunur. Bu yanaşma iki baxımdan faydalıdır. Birincisi, məhsulun cari bazar dəyərini düzgün qiymətləndirməyə imkan verir, ikincisi isə potensial fırıldaqçılıq risklərini minimuma endirir".

Qızıl satıcısı bildirir ki, qızılın qiyməti əyarları və istehsal edildiyi ölkəyə görə dəyişir: "Vətəndaş aldığı qızılın keyfiyyətinə şübhə edərsə, mütəxəssisə yoxlatması məsləhət görülür. Bunun üçün xüsusi lazer aparatları var ki, bu cihazlarda qızılın içindəki əyar, qiymətli daşların çəkisi, xalisliyi və digər parametrləri müəyyən etmək mümkündür. Alıcı lazer aparatında yoxlama aparmasa belə, bazarda "qızıl alıram" tabeli olan yerlərdə məhsulun keyfiyyətini yoxlada bilər. Qızıl alarkən etibarlı mağaza ilə əlaqə saxlamaq və seçim etmək vacibdir. Qızılın 585, 750 və ya digər əyarlara uyğunluğunu göstərən rəsmi sənədlər də mövcuddur. Alıcı məhsulu alarkən bu sənədləri və sertifikatları tələb etməlidir".

"Bunu zahiri baxışla müəyyən etmək mümkün deyil"

"Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov deyir ki, qızıl bazarında fırıldaqçılıq hallarının artması ilə bağlı assosiasiyaya nadir hallarda məlumat daxil olur: "Amma zərgərlik sənayesinin inkişaf etdiyi digər ölkələrdə olduğu kimi, qiymətli metallar bazarında da ayrı-ayrı hallarda saxtakarlıq və ya aldatma faktlarına rast gəlinməsi istisna edilmir. Belə halların yaranmasına təsir göstərən əsas amillər sırasında qiymətli metalların qiymətinin artması fonunda daha çox qazanc əldə etmək meylinin güclənməsi, eləcə də alıcının məmulatın faktiki tərkibini, əyarını və keyfiyyət göstəricilərini yerində dəqiq müəyyən edə bilməməsi göstərilə bilər. Qiymətli metalların və daşların keyfiyyətinin düzgün müəyyən olunması texniki baxımdan həssas məsələdir. Bu göstəricilərin yalnız zahiri baxış əsasında etibarlı şəkildə müəyyən edilməsi mümkün olmur".

"Əyar damğası əsas şərtlərdəndir"

R.Əmircanov bildirir ki, alıcılar nəzərə almalıdırlar ki, "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna əsasən, qanunvericilikdə nəzərdə tutulmuş istisnalar çıxılmaqla, Azərbaycan Respublikasında istehsal edilən, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır: "Buna görə də alınması nəzərdə tutulan məmulatın üzərində dövlət əyar damğasının mövcudluğu əsas şərtlərdən biri hesab edilməlidir. Bununla yanaşı, qiymətli daşlara münasibətdə sertifikatlaşdırma, ekspertiza və diaqnostika ilə bağlı məsələlər də qanunvericiliklə tənzimlənir".

Ən çox rast gəlinən saxtakarlıq üsullarına gəldikdə isə, mütəxəssis bildirir ki, belə hallardan biri aşağı əyarlı məmulatın daha yüksək əyarlı kimi təqdim olunmasıdır: "Həmçinin məmulatın çəkisi və ya üzərindəki daşlarla bağlı alıcının yanlış məlumatlandırılması da saxtakarlıq üsulları sırasına aid edilə bilər. Alıcı ilk növbədə məmulatın üzərində dövlət əyar damğasının olub-olmamasına, həmçinin göstərilən əyarın qanunvericilikdə nəzərdə tutulmuş standart əyarlardan birinə uyğun gəlib-gəlmədiyinə diqqət yetirməlidir. Qızıl üçün müəyyən edilmiş standart əyarlar 375, 500, 583, 585, 750, 958 və 999-dur. Əgər məmulatda qiymətli daşlardan istifadə olunubsa, həmin daşın xüsusiyyətlərini təsdiq edən ekspertiza sənədinin və ya sertifikatın təqdim olunması alıcının hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir".

Peşəkar yoxlama necə aparılır?

Mütəxəssis bildirir ki, peşəkar yoxlama zamanı, bir qayda olaraq, rentgen-flüoresans analizi (XRF) kimi qeyri-dağıdıcı üsullardan, zərurət yarandıqda isə kupelyasiya üsulundan (od sınağı), eləcə də digər laborator-analitik metodlardan istifadə olunur: "Beynəlxalq praktikada XRF üsulu məmulatın tərkibinin operativ qiymətləndirilməsi üçün, kupelyasiya üsulu isə qızılın tərkibinin daha yüksək dəqiqliklə müəyyən edilməsi üçün tətbiq edilir. Bəzi hallarda induktiv əlaqəli plazma-optik emissiya spektrometriyası (ICP-OES) və atom-udma spektrometriyası (AAS) kimi instrumental üsullardan da istifadə oluna bilər. Belə xidmətlər, adətən, ixtisaslaşmış laboratoriyalarda və bu sahə üzrə müvafiq texniki imkanlara malik ekspertiza mərkəzlərində həyata keçirilir. Əsas məqsəd məmulatın əyarının, kimyəvi tərkibinin və digər keyfiyyət göstəricilərinin etibarlı şəkildə müəyyən edilməsidir".

"İkinci əl məmulatların dövriyyəsi daha yüksək risk yaradır"

R.Əmircanovun sözlərinə görə, alıcı məhsulun üzərində dövlət əyar damğasının mövcudluğunu, əyar göstəricisini, çəkisini, qiymətini, satış yerinin etibarlılığını, eləcə də təqdim olunan sənədləri diqqətlə yoxlamalıdır: "Alış-verişin daimi fəaliyyət göstərən, hüquqi ünvanı və əlaqə vasitələri aydın olan etibarlı satış məntəqələrindən həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Satıcı tərəfindən qəbzin təqdim edilməsi, dəyişdirmə və geri qaytarma şərtlərinin əvvəlcədən izah olunması da mühüm əhəmiyyət kəsb edir. Məmulatda qiymətli daş olduqda, daşın növü, çəkisi, xüsusiyyətləri, habelə mümkün olduğu təqdirdə buna dair sertifikatın və ya ekspertiza sənədinin təqdim edilməsi də tələb olunmalıdır. Şübhəli dərəcədə ucuz qiymət təklifləri, sənədsiz satış, qeyri-rəsmi elanlar və mənşəyi aydın göstərilməyən məhsullar alıcı üçün əlavə risk yaradır. Praktik baxımdan alıcılar üçün ən riskli seqmentlər məhsulun mənşəyinin, qəbzin, geri qaytarma şərtlərinin, əyar təsdiqinin və qiymətli daşlara dair sertifikatın aydın olmadığı satışlardır. Belə hallarda alıcının məhsulun həqiqi keyfiyyəti, hüquqi statusu və sonradan hüquqlarının müdafiəsi imkanları barədə dolğun məlumat əldə etməsi çətinləşir. Bu baxımdan sosial media vasitəsilə irəli sürülən qeyri-rəsmi təkliflər, sənədsiz ikinci əl məmulatların dövriyyəsi və satışı daha yüksək risk yaradır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Aprel 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri