Icma.az
close
up
RU
Saxtakarların Xudavəngə növbəti hücumu: Dadavank udi yox, erməni irsidir

Saxtakarların Xudavəngə növbəti hücumu: Dadavank udi yox, erməni irsidir

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udi dini icmasının üzvləri Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini növbəti dəfə ziyarət edəndən bəri ermənilərin qarnına “od dolub”.


Adalet.az xəbər verir ki, Ermənistanın “GEGHARD” ELMİ ANALİTİK FONDU bununla bağlı erməni mediasına məlumat verib. Fond xalqına məxsus riyakarlıqla bildirib ki, Azərbaycanlılar Xudavəngi (Dadivank -ermənilər belə adlandırır- Ə.R) udi mənəvi irsi hesab edirlər, amma reallıq başqadır: “Xudavəng orta əsr erməni monastır komplekslərindən biridir, ilk biblioqrafik qeydləri IX əsrə aiddir. Ənənəyə görə, kilsənin əsası St. 1-ci əsrdə həvari Thaddeusun davamçısı Dadde tərəfindən.

Xaçenin əsas dini və mədəniyyət mərkəzi idi. Əsas kilsə 1214-cü ildə Erməni böyük Haterk şahzadəsi Vaxtanqın arvadı Arzuxatun tərəfindən tikilmiş katolik müqəddəs nişanıdır. Məlumdur ki, 1184-cü ildə Dadivankda Mxitar Qoş özünün məşhur “Ermənilərin hökm kitabı”nı tamamlayır. Monastır kompleksinin ərazisində erməni dilində çoxlu xaçkarlar və divar yazıları qorunub saxlanılmışdır. 2021-ci ilin may ayından etibarən azərbaycanlılar tərəfindən işğal olunmuş Dadivank ərazisinə ermənilərin girişi qadağan edilib.

ədəniyyət:

Udilər xristian olsalar da, erməni xalqının mədəni təsiri altında olsalar da, onlar Erməni Apostol Kilsəsinin davamçıları idilər, lakin Dadivankın kilsə memarlığı və maddi mədəniyyəti monastır kompleksinin erməniliyinə dəlalət edir”- deyə fondun rəsmisi bildirib.
Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə isə tutarlı faktlardan istifadə edərək ermənilərin iddiasını yerlə yeksan edir. Bir neçə il əvvəl Ramin müəllimaçıqlamasında bildirdi ki, bu monastır Qafqaz Albaniyasına aid memarlıq abidəsidir:” Lakin Qərb və Rusiya tarixçiləri monastırın erməni abidəsi olduğunu iddia edir. Xudavəng monastrı 13-cü əsrin memarlıq abidəsidir və Alban Xaçın hökmdarının həyat yoldaşı Arzu Xatun tərəfindən tikilib: “Arzu Xatun əslən qıpçaq qızıdır. 1214-cü ildə abidənin kitabəsində də yazılıb ki, bu abidə Arzu xatun tərəfindən tikilib. Erməni iddiasına görə 1-ci əsrdə şərq ölkələrində xristianlığı yayan İsa peyğəmbərin 12 həvvarəsindən biri olan Faddeyin tələbəsi olan Daddi tərəfindən qoyulub.
Son dövrlərdə bu fikir daha da qabardıldı. Bilirik ki, İsa peyğəmbərin 12 həvvarəsinin heç biri erməni deyildi. Xudavəng monastırında isə elə bir kitabə yoxdur ki, üzərində əsası Daddi tərəfindən qoyulduğu qeyd olunsun.
Sadəcə olaraq ermənilər oranın adını Dadivəng qoyurlar, yəni müqəddəs Daddinin tikdirdiyi kilsə. Daddi isə Azərbaycan türklərinin istifadə etdiyi "ulu, böyük" mənasını verən "dədə" sözündəndir. Həmin "Xudavəng" sözünün özü isə "tanrı kilsəsi" deməkdir, "vəng" kilsə, "xuda" tanrı deməkdir. Xudavəngin yerli türk boylarının qədim ibadətgahlarından biri üzərində inşa olunduğu fikri var. Bilirik ki, Alban xristian abidələrinin əksəriyyəti 7 türk boylarının dini məbədləri üzərində inşa olunurdu ki, əhali o məbədləri dağıtmasın.

Xudavəng bir müddət xristian Albanlarının əsas dini mərkəzi olub. Amma 1216-cı ilə onun yanında Alban Xaçın hökmdarı üçüncü Həsən Cəlal tərəfindən 1238-ci ilə qədər Gəncəsər monastırı tikilməyə başlayır. Onun da kitabəsi var. Üzərində "Arsaq - Ərsaq soyundan olan Alban Xaçın hökmdarı Həsən Cəlal yazılıb". Görünür, burada da erməni, hay məsələsindən danışılmır. Onlar Albandır və erməniyə heç bir aidiyyatı yoxdur. Anası və həyat yoldaşı qıpçaq qızlarıdır. Qıpçaq qızları isə Qafqazda xristianlığı qəbul edən yeganə türk tayfasıdır. Oğuzlar İslamı qəbul ediblər, qalan hissəsi isə xristianlıqda qalıb. Dədə Qorqud dastanında da görürük ki, Oğuz xanı Qazan xanla Qıpçaq Şöklü Məlik arasında mübarizə gedir.
Qafqaz coğrafiyasında ermənidən, haydan, onların din xadimindən söhbət gedə bilməz. Tarixdə məlumdur ki, 1828-ci ildən sonra ermənilər Türkmənçay müqaviləsi, 1829-cu il Ədirnə müqaviləsi ilə əvvəlcə Çar Rusiyası tərəfindən Qacarlar dövlətindən, daha sonra isə Osmanlı imperiyası ərazisindən, əsas da Anadolu şərqindən ermənilər şimali Azərbaycan torpaqlarına - Qarabağ, İrəvan, Naxçıvan və Zəngəzura köçürülüb. 1828-ə qədər burada erməni kilsəsi olmayıb
Elə lap siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev də onlara Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qaldığını, onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin - türklüyünün dəqiq göstəricilərindən biri olduğunu sübut edərdi. Bu abidənin çoxsaylı oyma daş bəzəklərində Azərbaycanın müsəlman memarlığı ilə birbaşa bağlılıq da aydın hiss olunur.
Bəli, tarix də, tarixin izi itməmiş gerçəkliklər də Xudavəng monastrı haqqında dəqiq məlumat verir.


Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Yanvar 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see197

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see162

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see157

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see147

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see146

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see131

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri