Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

Onları NATO dan çıxarmaq lazımdır

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Killian Mbappe: “Yamaldan əl çəkin”

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

Azı qərar, çoxu zərər...

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

Alban memarlığı yadigarları xalqımızın mədəni irsidir

Alban memarlığı yadigarları xalqımızın mədəni irsidir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bu abidələr milli kimliyimizin daş pasportudur

Vətənimiz minilliklər boyu mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu ərazi olub. Qafqazın bu qədim torpaqları müxtəlif etnos və fərqli dinlərin nümayəndələrinin birgəyaşayışına şahidlik edib, elə bu baxımdan Azərbaycan torpaqları əsrlər boyu multikulturalizm məkanı sayılıb.

Xalqımızın Azərbaycanın quzeyində yaratdığı ən qədim dövlətlərdən biri Qafqaz Albaniyası olub. Tarixdən öyrənirik ki, paytaxtı Qəbələ olan bu qədim dövlət eramızdan əvvəl IV əsrdən etibarən Qafqazda mühüm siyasi, dini və mədəni mərkəzə çevrilib, həm strateji mövqeyi, həm də dini müxtəlifliyi ilə seçilib. Burada bütpərəstlik, xristianlıq, İslam dini bir-birini əvəz edib. Albaniya eramızın IV əsrində xristianlığı qəbul edən ilk dövlətlərdən olub. Elə bu dövrdə də Qafqaz Albaniyasında xristian memarlığının əsası qoyulub. Alban-xristian memarlıq mədəniyyətinin izləri bu gün də Azərbaycanın müxtəlif bölgələrində qorunub saxlanılır.

Qəbələ şəhəri, Şəkinin dağ ətəkləri, Kiş kilsəsi, Qaxın Ləkit kəndi, Oğuzun ətraf kəndləri, Qax rayonundakı Kürmük məbədi və bu dövrün canlı şahidləridir. Albaniyanın paytaxtı olmuş Qəbələdə aparılan arxeoloji qazıntılar nəticəsində kilsə qalıqları, mozaikalar, ibadətgahlar və müxtəlif dini rəmzlər aşkar edilib. Ərazidəki tapıntılar göstərir ki, şəhər həm zərdüştilik, həm xristianlıq, həm də sonrakı dövrlərdə islam mədəniyyətinin mərkəzi olmuşdur.

Bu barədə oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə ölkə başçımız dedi: “Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi”.

Ermənilər uzun illər ölkəmizdəki bir çox alban-xristian memarlıq abidələrini öz adlarına çıxmışlar. Qafqaz Albaniyasının mədəni və dini mərkəzlərindən olan Qarabağda tikilmiş abidələr qədim dövrdə xristianlığın yayılmasında mühüm rol oynayıb, yerli əhali gəlmə ermənilərdən fərqli olaraq, türk mənşəli və Qafqaz dil qrupuna mənsub icmalardan ibarət olub. XIX əsrdə Rusiya imperiyası tərəfindən aparılan məqsədli köçürmə siyasəti nəticəsində həmin ərazilərdə yaşayan alban xristianları qriqoryanlaşdırılıb, erməniləşdirilib. Qafqaz Albaniyasına məxsus bir çox abidələr “erməni monastrı” kimi təqdim olunub. Halbuki bu abidələrin memarlıq strukturu, planlaşdırılması və bədii tərtibatı alban mənşəli olduğunu sübut edir.

Tarixi mənbələr onu deməyə əsas verir ki, türk tayfalarının Albaniya dövlətinin idarə olunmasında, onun mədəniyyətinin və memarlığının formalaşmasında mühüm rolu olmuşdur. Elə buna görə də bir çox tədqiqatçılar bu dövrün memarlığını “Alban-türk memarlığı” adlandırırlar. Albaniya dövrünün memarlığında xüsusilə dairəvi məbədlər özünəməxsus yer tutur. Bu tip tikililər erkən xristianlıq dövrünə aid olub, yalnız albanlara xas memarlıq üslubu hesab olunur. Alimlərin fikrincə, bu məbədlərin forması və plan quruluşu təsadüfi deyil, onlar günəşə ibadət ənənəsinin izlərini daşıyır. Tikililərdə dairəvi formanın seçilməsi sonsuzluğun, Tanrı nurunun və həyatın əbədi mövcudluğunun simvoludur.

Ən məşhur abidələr sırasında olan Ağoğlan monastr kompleksi (Laçın rayonu) IX əsrdə möhkəm bazalt daşdan tikilib və konstruktiv həlli ilə alban memarlığının incilərindən sayılır. Memarlıqda haça formalı zal planı və sadə fasad kompozisiyası onun tipik alban üslubuna aid olduğunu göstərir. Xudavəng monastrı (Kəlbəcər rayonu) isə çoxgülləli günbəz sistemi və relyefli daş bəzəkləri ilə alban xristian memarlığının ən möhtəşəm nümunələrindəndir. Amaras monastrı da (Xocavənd rayonu) Albaniya xristianlığının banilərindən Müqəddəs Qriqorisin fəaliyyət dövrü ilə əlaqələndirilir.

Qafqaz Albaniyasının memarlıq incilərindən biri olan Gəncəsər monastrı, alban mədəniyyətinin ən parlaq nümunəsi kimi tarixdə yer alıb. Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında, Xaçın çayının sahilində dağın zirvəsində ucalan bu monumental tikilinin divarındakı daş kitabədə yazılıb: “Yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə xatun tərəfindən 1216–1238-ci illərdə inşa edilmişdir”.

Bu yazı bir daha sübut edir ki, monastrın əsası Qafqaz Albaniyası hökmdarı Həsən Cəlal Dövlə tərəfindən qoyulub, onun dövründə tikinti və abadlıq işləri geniş vüsət alıb, knyazlığın ərazisi böyüyüb. Onun iqamətgahı ilə Gəncəsər monastrı arasında əlaqə qurulub, biri siyasi hakimiyyətin, digəri isə dinin simvolu olub. 1261-ci ildə monqol-tatar işğalı zamanı Qəzvində qətlə yetirilən Həsən Cəlalın nəşi də oğlu Atabəy tərəfindən Gəncəsərə gətirilərək dəfn edilib. Bu monastr 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun Alban kilsəsini ləğv etdiyi dövrədək alban xristianlarının dini mərkəzi olub.

Alban–xristian memarlıq nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi faktı beynəlxalq tarixşünaslığa da məlumdur. Gürcü tarixçisi Aleksandr Çavçavadze özünün “Ermənilər və qan ağlayan daşlar” əsərində bu həqiqəti açıq şəkildə göstərib: “Ermənilər aborigen albanları süni şəkildə qriqoryanlaşdıraraq, vaxtilə sığındıqları Azərbaycan torpaqlarını Hay ölkəsi – Şərqi Ermənistan adlandırırlar”.

Mütəxəssislər qeyd edirlər ki, Alban İncilləri xalqın ictimai, iqtisadi və siyasi həyatının tarixçəsi kimi mühüm əhəmiyyət daşıyıb. Xüsusilə, XIX əsrə qədər qorunub saxlanılan Çanaqçı kilsəsindəki Alban İncili bu baxımdan diqqətəlayiqdir. Həmin nüsxənin ilk və son səhifələrində Alban patriarxı Petrosun (1653–1675) fəaliyyəti, alban icmalarının yaşayış məntəqələri və dini mərkəzləri haqqında məlumatlar yer alıb, alban kilsəsi və katolikosluğunun XVIII əsrə qədər müstəqil şəkildə fəaliyyət göstərdiyi qeyd edilib. Lakin sonrakı əsrlərdə erməni kilsəsi bu faktı gizlətmək üçün məqsədyönlü şəkildə fəaliyyət göstərib. XIX əsrdə üzərində xatirə yazıları olan bütün Alban İncillərinin toplanması, dəyişdirilməsi və məhv edilməsi prosesi sürətlə aparılıb. Çanaqçı kilsəsində saxlanılan qiymətli İncil nüsxəsi də məhz həmin dövrdə yoxa çıxıb.

Müasir dövrdə erməni tarixçiləri iddia edirlər ki, Qarabağ və ətraf ərazilərdəki monastr və kilsələrin üzərindəki yazılar qədim dövrlərdən “əllə qazılmış” orijinal epiqrafik məlumatlardır. Onların bu iddiaları beynəlxalq simpoziumlarda, konfranslarda və mədəni irslə bağlı müzakirələrdə xüsusi olaraq vurğulanır. Lakin müstəqil tədqiqatlar, o cümlədən Azərbaycan alimlərinin və Qafqaz tarixçilərinin araşdırmaları sübut edir ki, bu yazıların bir çoxu sonradan əlavə edilmiş, daşıyıcı səthlərdəki təbəqələr dəyişdirilmiş, hətta bəzi hallarda orijinal alban kitabələrini tamamilə silərək onların yerinə erməni yazıları həkk edilmişdir.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Qafar Cəbiyev bu barədə deyir:

– Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsinin 30 il ərzində işğal altında saxlanılması, ermənilər tərəfindən şəhər və kəndlərimizdə törədilən misli-bərabəri olmayan vandalizm aktlarının acı mənzərəsi də bizə çox yaxşı bəllidir. Erməni işğalı nəticəsində Qarabağın şəhər və kəndləri İkinci Dünya müharibəsi zamanı nüvə silahından istifadə etməklə viranəyə çevrilmiş Naqasaki və Xirosimada olduğundan daha dəhşətli dağıntı və fəlakətlərə məruz qalıb. Xalqımıza məxsus tarixi-mədəni irs dağıdılaraq məhv və talan edilib. Təəssüf ki, dünyanın bir sıra dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları 30 il ərzində bütün bunları görməzliyə vurdu, Azərbaycan dövlətinin və xalqımızın sülhə çağırışları ciddiyə alınmadı. Beləliklə, Azərbaycan işğal altında olan ərazilərini hərbi yolla azad etmək məcburiyyətində qaldı və Azərbaycan Ordusu bu missiyanı şərəflə yerinə yetirdi.

Artıq Qarabağımızda quruculuq dönəmi başlayıb. İnsanlar 30 illik həsrətdən sonra öz ata-baba yurdlarına dönürlər. Əfsuslar olsun ki, bəzi qara qüvvələr bundan heç də məmnun deyillərmiş! Bu dairələr işğalçı dövlət olan Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda növbəti müharibə ocağı yaratmaq yolu tutublar. Sözdə demokratiya və beynəlxalq hüquqdan dəm vuran bəzi dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanı guya ki, Qarabağdakı xristian irsini məhv etməkdə ittiham edirlər. Müharibə canilərini siyasi məhbus kimi təqdim etməklə Azərbaycana təzyiq edirlər.

Bizi ittiham edən cənablar, qoy gəlib baxsınlar ki, öz gözlərilə görsünlər ki, Qarabağda mədəni irsi kimlər dağıdıb?!! Bilsinlər ki, dağıdılan irs kimə məxsusdur?!! Onu da görsünlər ki, Bakının və Şuşanın lap mərkəzində erməni kilsələrinin bir daşına belə toxunulmayıb. Cənablar, niyə gəlmirsiniz?! UNESCO niyə gəlmir?! Ona görə ki, Qarabağda görəcəkləri onların riyakar bəyanat və dəyərləndirmələrindən tam fərqlidir.

Qarabağda ermənilər tərəfindən vandalcasına məhv və talan edilmiş mədəni irs yalnız Azərbaycana məxsus deyil, həm də dünya mədəni irsinin ayrılmaz bir parçasıdır.

Ləman TƏHMƏZ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:22
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see390

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see181

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see178

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see138

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see134

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see131

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see131

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

09 Oktyabr 2025 23:18see127

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see126

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see125

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see122

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see121

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see121

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see120

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see120

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see119

“Konoru revanş döyüşünə çıxarın və görün nə baş verir” Dillon Denis

10 Oktyabr 2025 05:10see118

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see118

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see118

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri