Icma.az
close
up
RU
Şaxtalı havada niyə gözlərimiz yaşarır?

Şaxtalı havada niyə gözlərimiz yaşarır?

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qış aylarında gözlərin yaşarması çox geniş yayılmış haldır. Bu vəziyyət xüsusilə “quru göz sindromu” olan insanlarda daha tez-tez müşahidə olunur.

Moderator.azbu göz yaşarmasının səbəblərini təqdim edir:

Şaxtada gözlər niyə yaşla dolur?

Bu bir qədər paradoksal səslənsə də, soyuq, quru və küləkli hava gözləri “reflektor yaşlar” ifraz etməyə məcbur edir. Bu, gözün nəmlik çatışmazlığını kompensasiya etmək üçün verdiyi təbii reaksiyadır.

Görmə problemi olmayan insanlarda belə külək və aşağı temperatur buynuz qişanı qıcıqlandırır və narahatlıq yaradır. Mütəxəssislər bildirirlər ki, daim salfet axtarmaq əvəzinə, soyuq mövsümdə gözləri qorumağın sadə yollarını bilmək daha faydalıdır.

Daha tez-tez göz qırpın

Yetkin insan dəqiqədə orta hesabla 15-20 dəfə göz qırpır. Lakin bu, xüsusilə kompüter qarşısında çox işləyənlər üçün kifayət olmaya bilər. Buynuz qişa üzrə mütəxəssis Sara Vaysbartın sözlərinə görə, tam və daha tez-tez göz qırpmaq göz yaşının səth üzrə bərabər paylanmasına kömək edir və qıcıqlanmanı azaldır.

Oftalmoloqlar “20/20 qaydasına” əməl etməyi də tövsiyə edirlər: hər 20 dəqiqədən bir 20 saniyəlik gözləri yummaq, onların təbii şəkildə nəmlənməsinə şərait yaradır.

Nəmləndirmə

Həkimlər kifayət qədər su içməyi və konservantsız nəmləndirici göz damcılarından istifadə etməyi məsləhət görürlər. Əgər bu damcıları gündə dörd dəfədən çox istifadə etmək zərurəti yaranırsa, oftalmoloqa müraciət etmək lazımdır.

Bəzi mütəxəssislər rasiona kətan yağı əlavə etməyi də tövsiyə edirlər. Bu yağ daxildən nəmləndirməni artırır və təkcə gözlərə deyil, qışda tez-tez quruyan dəriyə də fayda verə bilər.

Havanı nəmləndirən cihazdan istifadə edin

Quru otaq havası vəziyyəti daha da ağırlaşdırır. Yataq otağında və ya iş yerində yerləşdirilən nəmləndirici optimal rütubət səviyyəsini qorumağa və göz selikli qişasının qurumasının qarşısını almağa kömək edir.

Qışda da gün eynəyi taxın

Axıcı formalı gün eynəkləri gözləri soyuq küləkdən qoruyur və nəmin itirilməsi üçün əlavə baryer yaradır. Bundan başqa, buludlu havalarda belə gözlər üçün zərərli olan ultrabənövşəyi şüalardan qoruyur.

Başqa nələrə diqqət etmək lazımdır

İsidici və ya kondisionerdən çıxan isti havanı birbaşa üzə yönəltməyin;
quruluq hiss edirsinizsə, kontakt linzaların istifadəsini məhdudlaşdırın;
göz ətrafı dəri üçün yumşaq nəmləndirici vasitələrdən istifadə edin;
günəşdən qoruyucu krem çəkməyi unutmayın.

Əgər əlamətlər keçmirsə, həkim fərdi müalicə təyin edə bilər. Mütəxəssislər xatırladırlar ki, oftalmoloq gözlərin kompleks müalicəsi ilə məşğul olur, optometrist isə əsas müayinələri aparır və görmə korreksiyasını seçir.

(lent.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Fevral 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri