“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
Icma.az bildirir, Qol.az portalına istinadən.
Ukraynanın “Şaxtyor” klubu Venesuela millisinin vingeri Qleyker Mendosanı noyabrın 17-də Rusiya yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşünə buraxmamaq qərarına gəlib.
Qol.az xəbər verir ki, bu barədə Venesuelanın “Solovenex” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Ukrayna klubu 24 yaşlı futbolçusuna noyabrda milli komandanın keçirəcəyi ilk yoxlama matçında iştirak etməyə icazə verəcək. Belə ki, Mendoza noyabrın 14-də İspaniyanın Bilbao şəhərində Basklar ölkəsinin yığmasına qarşı keçiriləcək görüşdə meydana çıxa biləcək.
Həmin matçdan sonra o, klubunun düşərgəsinə qayıdacaq və Rusiya millisi ilə qarşılaşmada iştirak etməyəcək. Beləliklə, futbolçu Venesuela yığmasının İspaniyadakı oyununda forma geyinsə də, Krasnodarda keçiriləcək görüşü buraxmalı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 30 Oktyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















