Icma.az
close
up
RU
Saytlar təhlükədə: Hakerlər niyə əngəllənmir?

Saytlar təhlükədə: Hakerlər niyə əngəllənmir?

Icma.az, News24 saytına istinadən bildirir.

Son dövrlər dövlət və özəl qurumların saytlarına edilən kiberhücumlar barədə xəbərləri tez-tez eşidirik. Bu cür hücumlar təhlükəsizliyə, iqtisadi sabitliyə təsir göstərir. Bəs önəmli strukturlar niyə hələ də kiberhücumların hədəfindədir? Müasir təhlükəsizlik sistemləri bu hücumların qarşısını almağa kifayət etmir?

Məsələ ilə bağlı News24.az-a danışan İT mütəxəssisi Elvin Həsənov bildirib ki, kiberhücumların əhəmiyyətli qurumları hədəf alması onların müdafiəsiz olması demək deyil, rəqəmsal dünyanın qlobal reallığıdır:

"Dünyanın ən güclü kibermüdafiə sistemlərinə malik ölkələri — ABŞ, Almaniya, Yaponiya və digərləri də mütəmadi olaraq belə hücumlarla üzləşirlər. Çünki kibercinayətlər yalnız texniki boşluqlardan deyil, həm də insan faktoru, sosial mühəndislik və təchizat zəncirindəki zəifliklərdən qaynaqlanır". 

Mütəxəssisin sözlərinə görə, dövlət qurumlarında adətən çoxmərhələli müdafiə sistemləri tətbiq olunur:

“Firewall, antivirus proqramları, şəbəkə monitorinqi, məlumatların şifrələnməsi və girişə nəzarət mexanizmləri kimi vasitələr mövcuddur. Amma kiberhücumların əsas xüsusiyyəti onların dinamik və hədəfli olmasıdır. Yəni bu hücumlar daim dəyişən, yenilənən və konkret məqsəd daşıyan hücumlardır. Buna görə də bəzən sistemlərə sızma cəhdləri olur, lakin onlar adətən dərhal aşkar edilərək zərərsizləşdirilir". 

Elvin Həsənov hesab edir ki, burada əsas məsələ hücumun baş verməsi deyil, ona verilən cavabın sürəti və effektivliyidir:

 “Əgər bir qurumun təhlükəsizlik mexanizmi real vaxtda hücumu aşkarlayır, mənbəni bloklayır və məlumat itkisinə yol vermirsə, bu, güclü kibermüdafiənin göstəricisidir". 

Mütəxəssis qeyd edib ki, Azərbaycanda son illərdə kibertəhlükəsizlik sahəsində ciddi addımlar atılıb:

“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, CERT strukturları və digər aidiyyəti orqanlar dövlət sistemlərinin müdafiəsini koordinasiyalı şəkildə həyata keçirirlər. Eyni zamanda, dövlət qurumlarının informasiya sistemlərinin ISO 27001 kimi beynəlxalq təhlükəsizlik standartlarına uyğunlaşdırılması, risklərin mütəmadi qiymətləndirilməsi və kibertəhlükəsizlik üzrə əməkdaşların ixtisasartırma təlimləri bu müdafiəni daha da gücləndirir". 

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Oktyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri