Icma.az
close
up
RU
Azərbaycanda ancaq bəzi saytlar bağlanmayıb NİYƏ?

Azərbaycanda ancaq bəzi saytlar bağlanmayıb NİYƏ?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bu gün “Cloudflare” kimi qlobal anti-DDoS xidmətlərində yaranan fasilələr Azərbaycanda 9000 –dən çox milli resursumuzu da çökdürdü.Baş verən hadisə milli rəqəmsal infrastrukturun dayanıqlığı ilə bağlı mühüm bir reallığı üzə çıxardı: xarici asılılıqlar ciddi fəsadlar verə bilər. Yəni rəqəmsal suverenlik dediyimiz məhz bu tip məsələlərdir".

"Cebheinfo.az" xəbər verir ki,  bunu İKT üzrə ekspert Osman Gündüz deyib.

Onun sözlərinə görə,  maraqlıdır ki, qlobal problemə baxmayaraq kritik təhlükəsizliyə cavabdeh olan XRİTDX və DTX perimetrinə daxil olan bütün dövlət qurumlarının saytları normal çalışıb:

"Qısa bir monitorinq aparmaqla müəyyən etdim ki, bütün Gov.az-lar normal çalışır. XRİTDX tərəfindən mühafizə edilən dövlət informasiya ehtiyatlarına (AzStateNet və GOV.AZ zonası) baş verən qlobal problem heç bir təsir göstərməyib.

Təhlükəsizliyə cavabdeh olan bu qurumlar  bahalı olsa da, böyük xərclər tələb etsə də, kritik infrastrukturun dayanıqlığı üçün lokal mühafizə sistemlərindən və daxili AzStateNet şəbəkəsindən istifadə edir.

"Cloudflare" xidmətindən istifadə edən Azərbaycanın özəl və bəzi ictimai sektorunun, media sektorunun çox sayda resursları  isə fəaliyyətini dayandırıb. Özəllər və digər resurslar adətən dayanıqlı, rahat və güvənli fəaliyyət üçün daha ucuz və əlçatan olan "Cloudflare" xidmətlərindən istifadə edirlər. Amma görünən odur ki, bu tip güvənli qlobal  resurslar da çökə bilir.  Qlobal güvənli bir resursun sıradan çıxması ölkə daxilində biznesin dayanmasına səbəb oldu.

Bu, hər birimiz üçün, xüsusilə də kritikə aid olan özəllər üçün (qapalı informasiya olduğundan adlarını çəkmirəm, amma onların da saytlarından çökənlər vardı) ciddi bir dərsdir. Demək, hətta ən etibarlı qlobal xidmətlər belə 100% zəmanət vermir. Xarici asılılıq nəzarətinizin xaricində olan risk deməkdir".

Ekspertin fikrincə, hibrid müdafiə strategiyasına üstünlük verilməsi doğru olardı:

"Yalnız bir xarici xidmətdən asılı olmaq əvəzinə, yerli təhlükəsizlik həlləri ilə qlobal xidmətləri birləşdirən hibrid modellərə keçid daha doğru olardı.

Eyni zamanda, dövlət tərəfindən milli statusa malik olan özəl və ictimai resursların, informasiya resurslarının dayanıqlığı üçün, onlar hətta kritikə aid olmasa da, təhlükəsizlik perimetrinə daxil edilməsi üçün səylər göstərilməsi doğru və faydalı olardı".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see481

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see432

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see336

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see283

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see274

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see270

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see266

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see258

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see258

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see238

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see223

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see220

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see215

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see214

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see213

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see207

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see205

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see204

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see190

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri