Saz orkestri konsert proqramı keçirilib
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Milli Konservatoriyası və onun nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin birgə Saz Orkestrinin konsert proqramı təqdim olunub.
Modern.az xəbər verir ki, konsert iyunun 16-da Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına zalında baş tutub.
Tədbirdə konservatoriyanın və kollecin birgə fəaliyyət göstərən Saz Orkestrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Konsert proqramı milli musiqi irsinin təbliği, saz ifaçılıq ənənələrinin yaşadılması və gənc musiqiçilərin yaradıcılıq potensialının nümayiş etdirilməsi məqsədi daşıyıb.
Konsertdə müəllimlər, tələbələr, musiqisevərlər və sənət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 17 İyun 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















