Icma.az
close
up
RU
Nəğməli ürək Həzi Həsənli yazır

Nəğməli ürək Həzi Həsənli yazır

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

 İstedad sorağında

Onun ömür yolu dünyaya göz açdığı Pirşağı kəndindən başlayır.... Köksündəki duyğular şəlalə harayına bənzəyir. Elə bil, ifaları nəğməli gur bulaq, aşıb-daşan dağ çayıdır. Nəğməli ürəklər ana bətnindən Tanrı töhfəsi kimi doğulur. Xanmurad da fitri istedadı ilə anadan ifaçı kimi doğulub. Göz açıb dünyaya boylandığı gündən öz nəğməli ürəyi ilə yaşayır. İfalarını öz nəğməli ürəyinin səsi kimi duyur, eşidir və eşitdirir. O, sənətin incəliklərinə dərindən bələd olub, onun dərinliklərinə enən, ifalarını özünəməxsusluğu ilə üzə çıxaran nadir istedadlı gənclərdəndir.

  Xanmurad həm də özündən əvvəlki nəfəsli alət ifaçılarının sənətindən bəhrələnərək, bir neçə alətdə özü kimi ifa edir. Onun ifaları bu baxımdan öz səsi, öz nəfəsi kimi seçilir. Sənət aləminin gözəlliyi də elə bundadır.

 Mahir klarnet ifaçısı kimi tanınan gənc Xanmurad Kazımov əslində tək klarnetdə deyil, o cümlədən, qara zurnada, balabanda və tütəkdə də məharətlə ifa edir. Özü həyatda həmişə təmizlik, saflıq, xeyirxahlıq, yaxşılıq kimi insani dəyərlər haqqında düşündüyü kimi, sənətin də təmiz yolu ilə gedir. Bilir ki, sənətin təmiz yolu ilə getmək daha gözəldir. Onu da yaxşı bilir ki, hər sənətin və sənətkarın öz dəyəri, öz qiyməti var. Xanmurad öz dəyərini bilən sənətkarlardandır. Ona görə də onun sənət uğurları təkcə özünü deyil, pərəstişkarlarını da sevindirir.

  Mən Xanmuradı tanıdığım gündən ona rəğbətim yarandı. İstedadı ilə yanaşı, xasiyyətindəki üstün cəhətləri də diqqətimi cəlb etdi. Atası rəhmətə getdikdən sonra onun sənət qayğıları ilə yanaşı, ailə qayğıları da çoxalıb. Öz halal zəhməti ilə dolanır, ailəsinin  və el-obasının qayğıları ilə yaşayır. Elə buna görə də Pirşağı kəndində hamı Xanmuradın sənətinə və özünə hörmətlə yanaşır.

 Onun müsiqi yaddaşı çox zəngindir. Qədim rəqs havalarını klarnetdə və digər nəfəs alətlərində xüsusi şövqlə ifa edir. İfaları sırasında ən gözəl örnəklər qəlbinin dərinliklərindən gəlir. Onu dinləyəndə, mənə elə gəlir ki, yaşanan duyğunu və qəlbə sığmayan hiss-həyacanı dinləyirəm. Deyir:

-Uşaqlıq illərimdən qonaq-qaralı, toy –büsatlı, çal-çağırlı Pirşağı kəndinə vurulmuşam.  Kəndimizdə toy, şənlik olanda ora getməyə can atırdım, musiqiçilərin ifalarını dinləyəndə çox sevinirdim, fərəhlənirdim. Onların ifasında rəngarəng musiqi nömrələrini heyranlıqla dinləyirdim. Bir toyda məşhur klarnet ifaçısı Hacı Həmidoğlunun sənətinə vuruldum. Elə həmin vaxtlardan ürəyimdə musiqiçi olmaq arzusu baş qaldırdı. Sonralar bir müddət Hacı Həmidoğlunun tələbəsi oldum və bu sənətə yiyələndim. Ustadımla birlikdə Bakı toylarında və   çoxsaylı müxtəlif tədbirlərdə iştirak etdim. Onun özü də efirlərdə mənim haqqımda dəfələrlə xoş sözlər deyib. Sənətimə yüksək qiymət verib.

  Xanmuradın xarakterindəki səmimiyyət, hisslərindəki dərinlik, ünsiyyətindəki doğruçuluq onu yetgin bir gənc kimi, bütöv şəxsiyyət kimi formalaşdırıb.

   O, 1994 –cü ildə  Bakının Pirşağı kəndində doğulub boya-başa çatıb. Pirşağı onun arzularının, ümidlərinin könül dünyasıdır. Pirşağı qəsəbəsində 112 saylı orta məktəbdə oxuyub. Eyni zamanda  Rafiq Babayev adına 25 saylı uşaq musiqi məktəbində fortopiano sinfində təhsil alıb. Dəfələrlə festivallarda laureat olub, birinci yerə layiq görülüb.  Azərbaycan respublikasının Xalq artistləri görkəmli bəstəkarlar Arif Məlikovun və Oqtay Zülfüqarovun qarşısında dəfələrlə fortopianoda  və klassik ksilofon alətində ifa edib. Arif Məlikov onun istedadına və ifaçılıq qabiliyyətinə yüksək qiymət verib.

 Xanmurad hazırda tanınmış müğənnilərlə birlikdə Bakı toylarında ifa etməklə yanaşı, Əhsən Rəhmanlının rəhbərlik etdiyi ansanblda çalışır. Bu ansanbl Mədəniyyət kanalının izləyicilərinə yaxşı tanışdır. Demək olar ki, ansanblın üzvləri, o cümlədən Xanmurad da öz rəngarəng musiqi nömrələri ilə izləyicilərin rəğbətini qazanıb. Orada ansablla birlikdə Xanmuradın da maraqlı çıxışları lentə alınıb.

 Onu da qeyd etmək lazımdır ki, həmin ansablda bir zamanlar rəhmətlik Hacı Həmidoğli çalışıb. Hazırda bu ansanblda Xanmurad ustadının sənətini onun adınalayiq davam etdirir. Xüsusilə vurğulamaq lazımdır ki,  Xanmurad ustadı Hacı Həmidoğludan ona  yadıgar qalan dörd musiqi alətlərində - klarnet, balaban, qara zurna və tütəkdə çox mahir ifaları ilə yaxşı tanınır. Ona sənətin çətin yollarında uğurlar diləyirik...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri