Icma.az
close
up
RU
Sazda aşıq, səsdə müğənni...

Sazda aşıq, səsdə müğənni...

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Rəhilə Həsənova – 100

Tanınmış sənət adamı, Əməkdar artist Rəhilə Həsənovanın adı milli mədəniyyət tariximizə sazəndə-nazəndə qızların xoş sədalarından dərz bağlayıb, heyrət “taya”ları quran, ansamblın işıq halələrini ürəklərə yönəldən cəfakeş xanım kimi düşüb. Düz 60 il sənət yolunda can qoymuş bu unudulmaz saz-səs yiyəsi 80 yaşına 1 il qalmış fani dünyaya əlvida deyib.

Rəhilə Mirələsgər qızı Həsənova 9 fevral 1925-ci ildə nur payı, şənlik müjdəçisi kimi doğulub. 14 yaşında “aypara” ikən klublarda, özfəaliyyət dərnəklərində parlamağa başlayıb. Gəlini Kəmalə Rəhimli demişkən, sazı sinəsinə basıb və sonacan da orada saxlayıb, ətrafına dalğa-dalğa sevinc, fərəh yayıb. Və müstəsna hal kimi, çox erkən filarmoniyanın mahnı və rəqs ansamblına qəbul edilib. Ceyran baxışlı qızların əhatəsində ilk ifası “Ceyran bala” mahnısı olub.

1940-cı ildə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin tövsiyəsi ilə yaradılan sazçı qızlar ansamblı onun “vizit kartı” olub. Filarmoniyanın direktoru, Cahangir Cahangirov (yeri gəlmişkən, o vaxt gələcəyin böyük bəstəkarı heyətin tərkibindəki saz çalıb-oxuyan qızlardan biri – Tahirə xanımla ailə qurub), Rəhilənin, Elmiranın, Səmayənin, Ulduzun... ulduzlarının parlamasına şərait yaradıb. Qızlar da Aşıq Ələsgərin “Bəzən, gözəl” deməsi ilə bəzənib-düzənərək, Səməd Vurğunun vəsf elədiyi uca “Dağlar”a çıxıb, “Güloğlan”ı səsləyib, “Əylən-əylən” söyləyib, “Gecələr”i səhər ediblər. “Muğana ceyran” yaraşan kimi, Rəhiləgil də konsert salonlarına yaraşıq veriblər. “Şənlik mahnısı” oxuyublar, səhnədə “Mən neynim” desələr də, həyatda, yaradıcılıqda deməyiblər.

Gül kimi açdın, gözəlim,
Çiçəksən, çiçək.
Görəndə çaşdım, gözəlim,
Qəşəngsən, qəşəng,
Əylən, əylən, əylən...

“Sazçı qızlar” ansamblının pərvərişində mahir dirijor, böyük bəstəkar Qəmbər Hüseynlinin, saz və qarmon ifaçısı Əhəd Əliyevin də mühüm xidmətləri olub. Qənbər müəllim sazçı qızlar ansamblının zəhmətini xüsusilə çox çəkib, bu musiqi birliyi üçün ruh oxşayan silsilə nəğmələr bəstələyib.

...Bəxtiyar Vahabzadənin “Şeirlər” kitabını bağışladığı zərdablı dostu, incəsənət fədaisi olan qarmonçu Zabit Soltanov həmin kitabdakı “Gecələr”ə elə həmin gecə musiqi bəstələyib. O deyirdi: “Gecələr”i çox bəyəndilər. Şövkət xanım kövrəldi də və dedi ki, Zabit, gözəl yazmısan, amma “Gecələr”də bədbin ruh var, bilirsən də, sənətdə bədbinlik sovet adamı üçün xarakterik deyil. Biz “Hə” desək də, bunu bəstəkar mahnısı kimi efirə buraxmayacaqlar. Gəl, belə edək, get Rəhilə xanım Həsənovanın yanına, mən də ona deyəcəyəm, qoy “Gecələr”i hələlik xalq mahnısı adı ilə özünün “Sazçı qızlar” ansamblında oxusun ki, bu cür mahnı itib-batmasın, həm də, bu musiqi onun səsinə çox düşərlidir. Beləcə, ilk dəfə Rəhilə Həsənovanın ifasında xalq mahnısı kimi efirdə səslənir, televiziyaya yol tapır.

Tellərini dolayar boynuma Ay gecələr,
Mənim sirdaşımsınız, gecələr, ay gecələr!
Fikrim dağda, aranda, yuxu hara – mən hara?
Xəyalım sancılıbdır sayrışan ulduzlara.
Quştək uçur xəyalım hardan-hara gecələr,
Mən həsəd aparıram yatanlara gecələr...

Rəhilə Həsənova qeyd edirdi ki, ansambla cəlb olunan istedadlı qızlara saz çalmaq üçün ilkin qaydalardan başlayaraq sənət öyrədilirdi. Sazın çəkisinin ağır olmaması və simlərinin nazikliyi qızların onu sinədə rahat saxlamasını, zərif barmaqlarını alətin qolu üzərində rahat hərəkət etdirməsini şərtləndirirdi. Dövlət Filarmoniyasının “Sazçı qızlar”ı bu musiqi ocağının bədii kollektivləri arasında xüsusi yer tutur, sevilir, əzizlənib qorunur, diqqətdə saxlanırdı.

Ansambl 1944-cü ildə İranda olan Azərbaycan incəsənət ustalarının tərkibində uğurla çıxış edib, Cənub ordu əsgərləri qarşısında, Tehran, Təbriz, Ərdəbil, Zəncan, Ənzəli və digər şəhərlərdə konsertlər verib. Qızlar “Bəxtəvər, mən ölləm”, “A ceyran”, “Pəncərənin milləri”, “Muleyli”, “Xoş gəldin” mahnıları ilə salonları lərzəyə salıblar.

Rəhilə Həsənova və onun “Sazçı qızlar”ından söz düşəndə bu ansamblın filarmoniyada, Bakının mədəniyyət və təhsil ocaqlarında, televiziya və radioda parlaq çıxışları yada düşür. Qızların xalq havacatlarını necə şövqlə oxumaları xatırlanır. Rəhilə xanımın dediyi kimi, xəyal quştək hardan-hara uçur...

Ə.DOSTƏLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:512
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Fevral 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri