“Sea Breeze”də faciə: hovuzda ayağı nasosda sıxılan uşaq ölüb
Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Uşağa reanimatoloji müdaxilə göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb
Bakı şəhərinin Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində faciə baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən AYNA.AZ-a bildirilib ki, hadisə ilə əlaqədar əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.
Xilasedicilər və təcili tibbi yardım briqadası hadisə yerində operativ tədbirlər həyata keçirib. FHN-in məlumatına görə, uşağa reanimatoloji müdaxilə göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata əsasən, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlu hadisə nəticəsində vəfat edib.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 21 Avqust 2026 04:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















