Səadət Məmmədova: “Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər”
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Gənc valideynlər övladlarına seriallardan adlar seçirlər".
Bizim.Media xəbər verir ki, bu sözləri “Yeni doğulan uşaqların adları və milli kimlik” mövzusunda keçirilən QHT-lərin ictimai dinləməsində "Maarifçi" Media Mərkəzi İctimai Birliyinin sədri, Mətbuat Şurasının sədrinin müavini Səadət Məmmədova jurnalistlərə açıqlamasında qeyd edib.
O bildirib ki, uşaqlara adların qoyulması sadəcə zövq məsələsi deyil:
"Ad seçimi Azərbaycan dilinin saflığının qorunmasının əsas üsullarından biridir. Son vaxtlarda uşaqlara verilən adların seçilməsi zamanı bəzi problemlər özünü göstərir. Bunlardan biri gənc valideynlərin seriallardan, cizgi filmlərdən oxuduqları xarici əsərlərdən, texnoloji yeniliklərdən övladlarına ad seçmələridir.
Bəzən isə ayrı-ayrı sözlərdən, hecaları birləşdirərək ad əmələ gətirirlər. Bu adlar isə Azərbaycan dilinin qaydalarına uyğun olmur, milli kimliyimizi əks etdirmir. Məqsədimiz övladına ad seçən valideynləri müvafiq bazalardan istifadə etməyə, milli kimliyimizi əks etdirən adlara üstünlük verməyə dəvət etməkdir" .
O, müasir yazarlara da çağırış edib.
"Əvvəllər Cəfər Cabbarlı, Rəsul Rza kimi Azərbaycan ədəbiyyatının böyük nümayəndələri yeni adlar yaradıblar. Çox istərdik ki, müasir yazarlar da bu ənənəni dirçəltsinlər, dilimizə milli adlar bəxş etsinlər".
Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 13 Aprel 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















