Icma.az
close
up
RU
Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində panel iclası keçirilib YENİLƏNİB/FOTOLAR

Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində panel iclası keçirilib YENİLƏNİB/FOTOLAR

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli Yaddaşın Suverenliyə Çağırışı – Soyqırım və Qərbi Azərbaycan Həqiqətləri” mövzusunda panel iclas keçirilib. SİA xəbər verir ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası və İdarə Heyəti, millət vəkilləri, elm xadimləri, ziyalılar, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri, rayon ərazisində yerləşən universitetlərin tələbələri iştirak ediblər.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmişdir. Qərbi Azərbaycanın mədəniyyəti, coğrafiyası və tarixi həqiqətlərinə məxsus fotolar sərgilənib.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qədim və əzəli torpağımız olan Qərbi Azərbaycanda xalqımıza qarşı həyata keçirilmiş tarixi ədalətsizlikləri və gerçəklikləri əks etdirən sənədli videoçarx nümayiş olunub.

Çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, Millət Vəkili Nigar Arpadarai qeyd etmişlər ki, Qərbi Azərbaycan bizim dədə-baba torpağımızdır və azərbaycanlılar oradan dəfələrlə deportasiya olunub, qəddarcasına etnik təmizləmə siyasətinə məruz qalıblar. Coğrafi mövqe, tarixi miqrasiya reallıqları, toponimika və bir çox digər əlamətlər Azərbaycanın bu yerlərə, onun tarixi və mədəni irsinə haqqını aşkar şəkildə təsdiqləyir. Bu gün Azərbaycan dövləti tarixi faktların beynəlxalq səviyyədə tanıdılması və milli maraqlarımızın qorunması üçün ardıcıl addımlar atır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan qətiyyətli siyasət və regionda yaranan yeni geosiyasi reallıqlar bizə daha da güclü hüquqi və siyasi əsaslar qazandırır. Bu baxımdan, Qərbi Azərbaycana qayıdış məsələsi beynəlxalq hüququn tələbinə çevrilməlidir!

Daha sonra panel iclas Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcması Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov və Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd rayon İcmasının sədri, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın iştirakı ilə Qərbi Azərbaycana qayıdış, Qərbi Azərbaycan həqiqətlərinin təbliği və s. mövzular ətrafında müzakirələrlə davam edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar rəsmilər tərəfindən cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Aprel 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see221

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see166

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see159

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see134

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see126

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see122

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri