“Səbail”dən transfer qadağası ilə bağlı Rəsmi açıqlama
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
FIFA-nın I Liqa təmsilçisi “Səbail” klubuna transfer qadağası qoyması ilə bağlı məlumatlara paytaxt təmsilçisi rəsmi reaksiya verib.
Klubdan “Qafqazinfo”ya verilən açıqlamada belə bir qərarın mövcudluğu təsdiqlənsə də, məsələnin artıq hüquqi müstəvidə həll olunduğu bildirilib:
“Bəli, bu barədə müvafiq qərar mövcuddur. Bununla yanaşı bildiririk ki, “Səbail” PFK tərəfindən futbolçu Mustafa Yakubuya olan bütün əməkhaqqı öhdəlikləri 9 iyun tarixində tam həcmdə yerinə yetirilmiş, tərəflər arasında qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilmişdir.
Qeyd edirik ki, futbolçu müvafiq quruma müraciətini ödəniş həyata keçirilməzdən əvvəl etdiyi üçün sözügedən qərar qəbul edilmişdir.
Hazırda qərarın ləğv edilməsi istiqamətində bütün zəruri hüquqi və inzibati prosedurlar icra olunur. Borcun tam ödənilməsini təsdiq edən bütün rəsmi sənədlər aidiyyəti quruma təqdim edilib. Mövcud vəziyyət nəzərə alınaraq, 3-4 gün ərzində sözügedən qərarın ləğv ediləcəyi gözlənilir. Heç bir narahatlığa əsas yoxdur, heç bir borcdan söhbət gedə bilməz”.
Xatırladaq ki, buna səbəb “dənizçilər”in futbolçusu Mustafa Yakubuya qarşı maliyyə öhdəliyini yerinə yetirə bilməməsi olub. Problemi həll edilməyən oyunçu FIFA-ya müraciət edib. Ali futbol qurumu Yakubunun şikayətini araşdırdıqdan sonra onu haqlı sayıb və “Səbail”ə transfer cəzası verib.
Baxış sayı:150
Bu xəbər 17 İyul 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















