“Səbail”ə FİF də yardım etməyəcək “dənizçilər”in pul axtarışı davam edir
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sizi “Səbail”in düşdüyü çətin durumdan xəbərdar etmişik. Maliyyə problemləriylə üzləşən komanda vəziyyətdən çıxış yolu axtarsa da, tapa bilmir. Klubun satışı da gündəmdədi, yeni sponsorun tapılması da. Ancaq hələ hadisələrin axarı hansısa irəliləyişdən xəbər vermir. Klubdaxili iclasın keçirilməsi də yubanır.
Belədə Futbolun İnkişaf Fondu (FİF) yada düşür. Düzdü, qurumun missiyası bölgə klublarına yardım etməkldi. Ancaq “Səbail”in vəziyyətini və bu yaxınlarda bölgəyə köçmək ehtimalının böyük olduğunu nəzərə alıb, FİF-in icraçı direktoru Tural Piriyevə müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında qurumun Bakı klublarıyla əməkdaşlıq etmədiyini, hazırda planda belə bir şey olmadığını dedi.
Görünür, “dənizçilər”in işi Allaha qalıb...
KƏNAN BAHADIR
Baxış sayı:117
Bu xəbər 17 İyun 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















