Səbinə Əliyeva: Müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsində ayrıseçkiliyə yol verilmir
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son beş ildə Ombudsmanın fəaliyyəti ilə əlaqədar qanunvericilik bazası təkmilləşdirilib.
"Report" xəbər verir ki, bu sözləri Ombudsman Səbinə Əliyeva Fövqəladə Hallar Nazirliyi (FHN) və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə keçirilən "Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar" mövzusunda konfransda deyib.
O qeyd edib ki, Ombudsman müstəqil, məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi fəaliyyət göstərir:
"Müvəkkil Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır. Qeyd etmək istəyirəm ki, ombudsman uşaqlar, qadınlar, əlilliyi olan şəxslər, ahıllar, şəhid ailələri və müharibə veteranları, hərbi qulluqçular, sosial cəhətdən həssas digər əhali qruplarının hüquqlarının müdafiəsində ayrı-seçkiliyə yol vermir".
Ombudsmanın fikrincə, Azərbaycan insan hüquqları sahəsində artıq inkişaf edən ölkələrin sırasındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 11 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















