Icma.az
close
up
RU
Səbinə Salmanova: “Azərbaycanda insan hüquq və azadlıqları ali dəyər kimi tanınır”

Səbinə Salmanova: “Azərbaycanda insan hüquq və azadlıqları ali dəyər kimi tanınır”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda insan hüquqları və azadlıqlarının təminatı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə atılan ən əhəmiyyətli addımlardan biri 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” olmuşdur.

Həmin proqram insan hüquqları sahəsində hüquqi və institusional islahatların aparılması üçün zəmin yaratmış, dövlətin insan hüquqlarının qorunmasına münasibətini fundamental şəkildə dəyişmişdir.

Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlıq sahəsində atılan addımlar insan hüquqları sahəsində Azərbaycanın inkişafını təmin etmişdir:

“2007-ci il 18 iyun tarixli Prezident İlham Əliyevin sərəncamı ilə bu gün “İnsan Hüquqları Günü” kimi təsis olunmuşdur”.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ali dəyər kimi tanıyır: 

“Konstitusiyanın 12-ci maddəsinə əsasən, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasıdır. Bu prinsip ölkəmizin bütün qanunvericilik sisteminin və idarəçilik siyasətinin əsasını təşkil edir. Dövlətimiz bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət yürüdür. Son illərdə qəbul olunmuş bir sıra qanunlar, dövlət proqramları, hüquqi aktlar, institusional islahatlar və beynəlxalq əməkdaşlıq bu sahədə əldə edilən uğurların əsasını təşkil edir”.

S.Salmanova qeyd edib ki, Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri bərabər şəkildə yaşayırlar:

“Təbiidir ki, buna ölkəmizdə insan hüquqlarının müdafiəsini təmin edən mükəmməl qanunvericilik bazasının yaradılması imkan vermişdir. Azərbaycan insan hüquqlarının qorunması sahəsində olduqca fəaldır. Buna görə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn bütün öhdəliklər yüksək səviyyədə yerinə yetirilir. Ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən bir sıra qurumları mühüm yer tutur”.

Millət vəkili söyləyib ki, ölkədə həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılmasıdır:

“Hazırda bu institut vətəndaşların hüquqlarının müdafiəsində mühüm rol oynayır. Ombudsman həm dövlət qurumları ilə vətəndaşlar arasında körpü funksiyası daşıyır, həm də insan hüquqları sahəsində hüquqi maarifləndirmə aparır. Hesab edirəm ki, Ombudsman institutu milli insan hüquqları mexanizmlərinin mərkəzi sütunudur. Vətəndaşların müraciətlərinə baxılması, tövsiyələrin verilməsi və bu sahədə hesabatlı fəaliyyət göstərilməsi hüquqların effektiv müdafiəsinə xidmət edir”. 

Parlamentari onu da vurğulayıb ki, insan hüquqlarının təminatında vətəndaş cəmiyyəti institutlarının, insan hüquqları müdafiəçilərinin, QHT-lərin və medianın rolu danılmazdır: 

“Hüquq mədəniyyətinin formalaşmasında insan hüquqları müdafiəçilərinin fəaliyyəti olduqca vacibdir. Hüquqların qorunması yalnız dövlətin deyil, cəmiyyətin bütün təbəqələrinin üzərinə düşən vəzifədir. Hüquq müdafiəçiləri bu sahədə ictimai nəzarəti və hüquqi şüurun yayılmasını təmin edirlər”.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyun 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see264

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see166

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see146

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see141

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see133

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see120

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see117

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see116

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see116

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see116

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see116

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see115

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri