Icma.az
close
up
RU
Səbinə Salmanova: Laçının azad edilməsi həm hərbi, həm də siyasidiplomatik qələbədir

Səbinə Salmanova: Laçının azad edilməsi həm hərbi, həm də siyasidiplomatik qələbədir

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu bir güllə atılmadan və qan tökülmədən işğaldan azad edildi. Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi deməkdir".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Laçın rayonunun azad edilməsi Azərbaycan Prezidenti, qalib sərkərdə İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasətinin parlaq nəticəsinin təzahürüdür:

“Laçın rayonunun işğaldan azad edilməsi tarixi hadisə olmaqla yanaşı, həm də Azərbaycan üçün çox böyük strateji əhəmiyyətə malikdir. Çünki Laçının işğaldan azad edilməsi ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi və dövlət sərhədlərinə nəzarət etmək imkanı qazandı”.

Deputat xatırladıb ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu:

“İşğalçılar tərəfindən 200-dən çox mədəniyyət, 100-dən çox təhsil və səhiyyə müəssisəsi, 500-ə yaxın ticarət və digər infrastruktur obyektləri talan olunaraq və məhv edilib. Həmçinin ermənilər tərəfindən tarixi abidələrimiz vandalizmə uğrayıb.

Təcavüzkar Ermənistan həmçinin Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub, soyqırımları, bir çox digər hərbi cinayətlər törədib.

Bütün bunlar isə dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Çox təəssüflər olsun ki, haqdan, ədalətdən danışanlar bütün bunları da susqunluqla qarşılayırdılar. Azərbaycan digər məsələlərdə olduğu kimi, Laçını da işğaldan azad etməklə beynəlxalq hüququ bərpa etdi”.

S.Salmanova bildirib ki, işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır:

“Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. Bu gün Laçın və digər ərazilərimiz dünyanın ən gözəl yerlərindən birinə çevrilir”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see139

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see138

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see135

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see135

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see129

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri