Icma.az
close
up
RU
Səbinə Salmanova: “Sumqayıtı təkcə sənaye mərkəzi deyil, həm də...”

Səbinə Salmanova: “Sumqayıtı təkcə sənaye mərkəzi deyil, həm də...”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Sumqayıt Azərbaycanın ən mühüm sənaye mərkəzlərindən biri kimi ölkə iqtisadiyyatında strateji əhəmiyyətə malikdir. 

1949-cu ildə şəhər statusu almış Sumqayıt xüsusilə kimya, metallurgiya və digər sənaye sahələrində inkişafı ilə xüsusi yer tutur. Xəzər dənizinin sahilində yerləşən bu şəhər sənaye potensialı və geostrateji mövqeyi ilə hər zaman diqqət mərkəzində olub. Ötən əsrin 70-ci illəri və 80-ci illərinin birinci yarısı Sumqayıt üçün xüsusilə əlamətdar olub. 

Bu dövrdə Ulu Öndər Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində Sumqayıt özünün tərəqqi və dirçəliş dövrünü yaşayıb. Lakin 1982-ci ildən müstəqilliyin ilk illərinədək geriləmə yaşayan şəhər daha sonra Ümummilli Liderin hakimiyyəti illərində yenidən dirçəlməyə başladı və 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində sosial-iqtisadi inkişaf baxımından ciddi yol qət etdi. 

Dövlətimizin başçısı 2003-cü ildə Prezident seçildikdən sonra regionların, o cümlədən Sumqayıtın sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirdi. Prezident İlham Əliyevin ümumilikdə Sumqayıta 30-dan çox səfər edib ki, bunların da təqribən 70 %-i iqtisadi obyektlərin, infrastruktur layihələrinin açılışı və ya təməlqoyma mərasimləri ilə yadda qalıb. Sumqayıtda həyata keçirilən sosial layihələr iqtisadi rifahın təməlidir.

Dövlətimizin başçısının Sumqayıtla bağlı ilk fəaliyyəti sosial problemlərinin həlli istiqamətində olub və bu sahədə böyük işlər görülüb. Belə ki, infrastrukturun müasirləşdirilməsi, hələ 2005-ci ildə 525 meqavat gücündə elektrik stansiyasının istifadəyə verilməsi, qazlaşdırmanın səviyyəsinin 100 %-ə çatdırılması, içməli su probleminin həlli buna əyani sübutdur. 

Həmçinin Bakı-Sumqayıt avtomobil yolunun, o cümlədən şəhərdaxili yolların tikilməsi, Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışı, Bakı-Sumqayıt dəmir yolunda dünyanın ən qabaqcıl şirkətinin istehsalı olan “Stadler”in fəaliyyət göstərməsi, müasir avtobusların gətirilməsi, böyük və geniş Sumqayıt bulvarının salınması, Sumqayıt şəhərinə əsas giriş yolunda - Sülh küçəsində aparılan əsaslı təmir və yenidənqurma, eyni zamanda Sahil küçəsində yenidənqurma işləri  şəhərin iqtisadi rifahının təmin edilməsi üçün təməl olan sosial layihələrdir. Bütün bunlar Prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə planlı şəkildə həyata keçirilib.

Sumqayıt yenə də Azərbaycanın əsas sənaye şəhəri statusunu qoruyur
Görülən işlər, verilən tapşırıqlar, aparılan iqtisadi islahatlar və həyata keçirilən layihələr hesabına Sumqayıt sənaye şəhəri kimi bugünkü çağırışlara cavab verir. Köhnədən qalan sənaye müəssisələrinin demək olar ki, hamısı artıq fəaliyyətini dayandırıb. 

Artıq həmin ərazilərdə Sumqayıt Texnologiyalar Parkı (STP) və Sumqayıt Kimya Sənaye Parkları (SKSP) yaradılıb. 2003-cü ildən bu yana şəhərdə boru, alüminium, kağız və karton, pestisidlər, termoformasiya metodu ilə şüşə istehsalı üzrə müəssisələr, qida-sənayesi və aqrar-sənaye kompleksləri, mis emalı, tikiş, yunəyrici-boyaq fabrikləri istifadəyə verilib. 

O cümlədən beton məmulatı, texniki avadanlıqlar, polad boru, yüksək sıxlıqlı polietilen, boruyayma, “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen və “SOCAR karbamid” zavodlarının açılışı sənaye sahəsində inkişafın göstəricisidir. Bütün bunlarla yanaşı zamanın tələblərinə dərhal cavab verən Sumqayıtda tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisələri də yaradılıb.

Sumqayıt Kimya Sənaye Parkı şəhərin sənaye üzrə şah damarıdır
2011-ci ildə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan, 2013-cü ildə təməli qoyulan Sumqayıt Kimya Sənaye Parkını (SKSP) artıq şəhərin sənaye üzrə şah damarı hesab etmək olar. Bu Parkın yaradılmasında məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması olub. Bu istiqamətdə inamla addımlayan SKSP artıq Cənubi Qafqazın ən böyük sənaye parkına çevrilib. Parkda istehsal edilən məhsullar dünyanın 70-dən artıq ölkəsinə satılır.

Azərbaycan iqtisadiyyatında mühüm yer tutan, Prezident İlham Əliyevin açılışlarında iştirak etdiyi və Sumqayıt Kimya Sənaye Parkında yerləşən inşaat kimyəviləri, əlvan metallar və ferroərintilər, karbamid istehsalı, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodları, tibbi maska, vərəqə şüşə istehsalı müəssisələri, tütün məmulatları istehsalı fabrikləri və digərləri bu gün Azərbaycan məhsullarının dünya bazarına çıxarılmasında müstəsna rol oynayır.

Xüsusi qeyd etmək lazımdır ki, dövlətimizin başçısının açılışında iştirak etdiyi Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzi bu gün Parkın ərazisində yerləşən müəssisə və zavodlar üçün peşəkar kadrlar yetişdirir, mütəxəssislər hazırlayır ki, bu da güclü və dayanıqlı iqtisadiyyatın əsas amillərindəndir. 

Şəhərin iqtisadi həyatında mühüm rola malik Sumqayıt Kimya Sənaye Parkı demək olar ki, hər il rezidentlərini qəbul edir və burada yeni təməlqoyma mərasimləri həyata keçirilir. 

STP-də istehsal edilən məhsullar “Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxarılır.Prezident İlham Əliyevin Sumqayıtda açılışında iştirak etdiyi bir sıra müəssisələr də var ki, onlar Sumqayıt Texnologiya Parkında yerləşir. 2012-ci ildə yaradılan, Sumqayıt Kimya Sənaye Parkının rezident üzvü olan Sumqayıt Texnologiyalar Parkı şəhərin iqtisadi həyatında xüsusi yerini tutub. 

STP regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir. Burada istehsal edilən məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə bazarlarında yüksək keyfiyyəti ilə seçilir və “Made in Azerbaijan” brendi altında satılır. STP, tarixində ilk dəfə mexaniki emal detalları və metalkonstruksiya çeşidlərindən olan məhsullarını Avropa sənayesinin lokomotivi sayılan Almaniyanın Venden və Köln şəhərlərinə ixracını da həyata keçirib. 

STP-nin ən əsas hədəflərindən biri keyfiyyətli və çox çeşitli məhsulları və xidmətləri ilə Azərbaycanı Yaxın Şərq və Avropa ölkələrində uğurla təmsil etməkdir. STP Azərbaycan Respublikasının iqtisadiyyatının stabil inkişafına öz tövhəsini verən ən iri vergi odəyicilərindən biridir.

Prezident İlham Əliyevin Sumqayıta hər səfəri şəhərin iqtisadi həyatında tarixi iz buraxıb.Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi zamandan indiyədək Sumqayıta hər səfəri bu şəhərin iqtisadi həyatında tarixi iz buraxıb, ölkə sənayesinin inkişafına mühüm töhfə olub. Bu səfərlər təkcə simvolik xarakter daşımayıb, həm də şəhərin iqtisadi inkişaf strategiyasının formalaşmasına birbaşa təsir göstərib. 

Burada açılan yeni zavodlar və fabriklər yerli əhalinin iqtisadi rifahına müsbət təsir göstərib, eyni zamanda gənclər üçün yeni iş imkanları yaradıb. Bu, ölkədə, o cümlədən şəhərdə yoxsulluğun ciddi şəkildə azalmasına və sosial sabitliyin güclənməsinə yol açıb. Sumqayıtda həyata keçirilən infrastruktur layihələri, yolların, küçələrin yenidən qurulması şəhərin nəqliyyat və logistika imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu isə investor cəlbediciliyinin artmasına gətirib çıxarıb. Həmçinin burada fəaliyyət göstərən müəssisələr hesabına idxaldan asılılıq ciddi şəkildə azalıb və xarici valyuta ehtiyatlarının ölkədə qorunub saxlanmasına xidmət edib.

Sumqayıt ənənəvi olaraq kimya və metallurgiya sənayesinə bağlı olsa da, yeni obyektlərin açılması şəhərin iqtisadi strukturunun diversifikasiyasına imkan verib, Sumqayıtı təkcə sənaye mərkəzi deyil, həm də müxtəlif iqtisadi sahələrin inkişaf etdiyi bir şəhərə çevirib.

Səbinə Salmanova
Milli Məclisin deputatı
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:550
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri