Icma.az
close
up
RU
Səbinə Salmanova: “Hərbi Prokurorluğun fəaliyyəti yeni mərhələyə...”

Səbinə Salmanova: “Hərbi Prokurorluğun fəaliyyəti yeni mərhələyə...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Son illər ölkəmizdə hüquq-mühafizə orqanlarında, xüsusilə də Hərbi Prokurorluq sistemində həyata keçirilən islahatlar Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda atdığı mühüm və məqsədyönlü addımlar sırasında xüsusi yer tutur”

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, müasir dövrün tələblərinə uyğun şəkildə aparılan bu islahatlar yalnız qanunvericilik bazasının təkmilləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda dövlət-vətəndaş münasibətlərinin daha şəffaf və ədalətli əsaslar üzərində qurulmasına xidmət edir:

“Hərbi sahədə qanunun aliliyinin təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, xidmət mühitində intizam və məsuliyyətin artırılması bu islahatların əsas istiqamətlərindəndir.

Aktiv idarəçilik, operativ reaksiya və ictimai nəzarət prinsiplərinə əsaslanan bu yanaşma nəticəsində Hərbi Prokurorluğun fəaliyyəti yeni mərhələyə qədəm qoymuşdur. Artıq bu qurum təkcə nəzarətedici yox, həm də maarifləndirici və cəmiyyətlə dialoq qura bilən müasir bir hüquqi institut kimi çıxış edir.

Bu islahatların məntiqi davamı olaraq Hərbi Prokurorluq daha bir mühüm yeniliyə imza atmışdır – “962” Etimad xətti istifadəyə verilmişdir. Bu layihə təkcə texniki bir yenilik deyil, eyni zamanda dövlətin insanlara verdiyi dəyərin, açıq hökumət və şəffaf idarəçilik prinsipinə sadiqliyinin bariz göstəricisidir.

Artıq hərbi qulluqçular və onların ailə üzvləri, eləcə də bu sahədə baş verən neqativ hallarla üzləşən vətəndaşlar öz narahatlıqlarını, hüquq pozuntuları ilə bağlı məlumatlarını birbaşa və maneəsiz şəkildə aidiyyəti orqanlara çatdıra biləcəklər”.

Deputat bildirib ki, “962” Etimad xətti günün 24 saatı fasiləsiz olaraq fəaliyyət göstərir, hər bir zəng səs yazısı şəklində qeydə alınır və operativ araşdırılır:

“Ən önəmlisi isə odur ki, bu xidmət həm mobil, həm də stasionar telefon vasitəsilə ölkənin istənilən nöqtəsindən tamamilə ödənişsiz şəkildə əlçatandır. Bu isə o deməkdir ki, artıq nə məsafə, nə də texniki məhdudiyyətlər ədalətə aparan yolun qarşısında maneə deyil.

Bu yenilik fonunda qeyd etmək lazımdır ki, Hərbi Prokurorluğun həyata keçirdiyi genişmiqyaslı islahatlar konkret nəticələr də verməkdədir. Son illər ərzində hərbi cinayətlərin sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur.

Bu göstərici həm profilaktik tədbirlərin gücləndirilməsinin, həm də qanunsuzluqlara qarşı sərt və prinsipial mövqenin nəticəsidir. Eyni zamanda, ictimai nəzarət mexanizmlərinin tətbiqi, şəffaflıq və hesabatlılıq prinsiplərinin ön plana çəkilməsi hərbi qulluqçular arasında hüquqi şüurun və məsuliyyət hissinin artmasına səbəb olmuşdur.

Artıq bu gün biz əminliklə deyə bilərik ki, Hərbi Prokurorluq təkcə qanunların keşiyində duran bir qurum deyil, həm də ədalətin, vicdanın, cəmiyyətlə qarşılıqlı hörmət və güvənin təminatçısıdır”.

"Cebheinfo.az"
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Avqust 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see383

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see150

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see146

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see141

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see133

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see133

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see124

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see120

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri