Icma.az
close
up
RU
SEÇİCİLƏR ADINDAN ÖZÜNƏ TƏŞƏKKÜRNAMƏ YAZAN DEPUTAT Cavanşir Paşazadə “facebook” da özünü necə ”reklam edir”?

SEÇİCİLƏR ADINDAN ÖZÜNƏ TƏŞƏKKÜRNAMƏ YAZAN DEPUTAT Cavanşir Paşazadə “facebook” da özünü necə ”reklam edir”?

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Milli Məclisin bir çox üzvlərinin intellektual səviyyəsinin, biliklərinin, eləcə də müasir texniki vasitələrdən, texnologiyalardan, sosial şəbəkələrdən və s. anlayışının 10 ballıq şkala üzrə 2-3 arasında dəyişdiyi heç kimə sirr deyil. Əvəzində, özlərini, gördükləri işi(əgər görürlərsə) şişirtməkdə, əhaliyə, seçicilərə saxta canıyananlıqda həmin şkala üzrə 10-un da üzərindədirlər…

Məsələn, deputat Cavanşir Paşazadənin “facebook” səhifəsinə nəzər salsanız, maraqlı mənzərə ilə rastlaşarsınız. Səhifədən belə anlaşılır ki, bu deputat paylaşdığı statusların mahiyyətini, təyinatını, kimdən kimlərə ünvanlandığını tam anlaya bilmir. Belə ki, öz adından etdiyi paylaşımda sanki üçüncü şəxsin adından çıxış edir.

Paşazadənin son paylaşımında deyilir: “Deputat Cavanşir Paşazadə seçiciləri növbəti görüşünü keçirib”.

Elə bu cümlənin özünün “erməni-budaq cümləsi” olduğunu bir kənara qoyub, ardına baxaq.

Deputat yazır: “Millət vəkili Lənkəran rayonunun Tükəvilə, Zövlə, Separadi kənd sakinləri ilə görüşüb. Deputat görüşdə seçicilərin çoxsaylı müraciətlərini dinləyib, onların qaldırdığı problemlərlə yaxından tanış olub və operativ həll istiqamətində öz tapşırıqlarını verib. Görüşdə, həmçinin seçiciləri maraqlandıran suallar da cavablandırılıb. Sonda seçicilər göstərdiyi diqqət və qayğıya görə deputat Cavanşir Paşazadəyə təşəkkür ediblər”.

“Operativ həll istiqamətində öz tapşırıqlarını verib” deyərkən, nəyin, kimin nəzərdə tutulduğunu anlamaq çətindir. Deputatın hansı səlahiyyətləri var ki, kiməsə tapşırıq və göstəriş versin?

Digər yandan, deputat faktiki olaraq, seçicilərin adından özü özünə təşəkkürnamə yazıb. Təbii ki, bu mətni yazan Paşazadənin özü deyil, hansısa köməkçisi, yaxud “sürücüsüdür”. Çünki Cavanşir Paşazadə böyük ehtimalla artıq bir neçə il əvvəl “Facebook”-da şəxsən özü paylaşım etməyi tərgidib. Belə ki, həmin vaxt Paşazadə hesabındakı paylaşımında kobud, biabırçı orfoqrafik səhvlərə yol vermişdi.

Deputat paylaşımlarının birində “Millət vəkili” sözünü “Millət Vəkili”, “müraciətlərin” sözünü “müraciyyətlərin”, “torpaqlarımızın” əvəzinə “torpağlarımızın” kimi qeyd etmişdi. Bu səhvləri ilə deputat ümumiyyətlə, Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğunu nümayiş etdirmişdi.

Deputat cəmi bir cümlədən ibarət olan paylaşımında “prezident” sözünü “prizident”, “tərəfindən” əvəzinə “tərəfinnən”, “müşahidəçi” sözünü “muşahidəçi”, “Azərbaycan” sözünü “Azarbaycan” olaraq qeyd etmişdi. Əsl C.Paşazadə əlbəttə ki, bu idi. Yuxarıda qeyd etdiyimiz son paylaşımı isə hansısa köməkçisi edib.

Ancaq görünür, həmin adam da Paşazadənin özü kimi başa düşmür ki, öz səhifəsində paylaşım edən şəxs ya öz adından çıxış edir, ya da özü ilə bağlı hansısa məlumatı dərc edərkən, onun müəllifinə istinad edir. Yəni, bu məlumat hansısa qəzetdə, saytda, hansısa seçicinin səhifəsində gedibsə, bunu “seçicilər Paşazadəyə minnətdarlıq edib” kimi vermək olar. Əks halda, bu, deputatın öz adından özünü təşəkkür etməsidir. Elə reallıqda da belədir. Özü barəsində tərif, təşəkkür həsrətində olan deputat, görünür bunu başqaları etmədiyindən, özü-özünü tərifləmək və özünə minnətdarlıq etmək qərarına gəlib. Ancaq bu “reklam” da Paşazadənin millət vəkilliyi fəaliyyəti kimi yöndəmsiz və saxta alınıb…

Yəqin ki, öz səhifəsində bu cür savadsız paylaşım edən deputatlar az deyil. Belələrinə yalnız onu tövsiyə etmək olar ki, öz savadsızlıqlarını gizlətmək üçün seçicilərlə görüş barədə bu cür paylaşımları öz adlarından yox, üçüncü şəxsin adından, ya da görüş barədə məlumat paylaşan digər mənbələrə istinadla etsinlər…

C.Məmmədli

“AzPolitika.info”  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Oktyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri